13 milyon manat ayrıldı, amma dərsliklər hələ də keyfiyyətsizdir

13 milyon manat ayrıldı, amma dərsliklər hələ də keyfiyyətsizdir2025-ci ildə Azərbaycanda dərsliklərin yenilənməsi üçün 13 milyon manat vəsait ayrılıb. Bu, dövlətin təhsilə diqqətini göstərsə də, illərdir təkrar olunan struktur problemlər dərs vəsaitlərinin məntiqsiz və qeyri-effektiv xərcləndiyini ortaya qoyur. Hər il milyonlarla manat ayrılmasına baxmayaraq, dərsliklərin elmi-pedaqoji keyfiyyəti, psixoloji uyğunluğu və praktik tətbiqi hələ də sual altındadır.

Dərsliklərdəki əsas problemlər bunlardır:

Psixoloji uyğunluq: Mətnlər və tapşırıqlar şagirdin yaş xüsusiyyətləri nəzərə alınmadan hazırlanır. Məsələn, I və II sinif "Azərbaycan dili" dərsliyindəki mətnlər ağır lüğət tərkibi və mürəkkəb cümlə quruluşuna malikdir ki, bu da Piaget və Vıqotskinin "proksimal inkişaf zonası" prinsipinə ziddir.

Məzmunun ardıcıllığı və inteqrativliyi: Riyaziyyat, informatika və coğrafiya dərsliklərində anlayışlar arasındakı məntiqi əlaqələr zəifdir, bu isə şagirdin nəticə çıxarma və tətbiqetmə bacarıqlarına mənfi təsir göstərir.
13 milyon manat ayrıldı, amma dərsliklər hələ də keyfiyyətsizdirVizual materialların keyfiyyəti: Şəkil, diaqram və cədvəllərin keyfiyyəti və uyğunluğu zəifdir, bu da müəllimin təlimini çətinləşdirir.

Faktoloji və terminoloji səhvlər: Təkrarçılıq, uyğunsuz sual və tapşırıqlar, yanlış ədəbi və tarixi mənbə interpretasiyaları, ideoloji qərəzlik və metodiki göstərişlərin natamamlığı dərsliklərin sistematik zəifliyini göstərir. Dövlət İmtahan Mərkəzinin illik yoxlamalarında dərsliklərə istinadla 100-dən çox sual xətası qeydə alınır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunu dərs vəsaitlərinin şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun olmasını tələb edir, lakin praktiki nəzarət zəifdir. Nəticədə, ayrılan büdcə yalnız səmərəsiz xərclənmiş resurs kimi deyil, şagirdlərin inkişafına zərbə kimi dəyərləndirilir:

"Dünya təcrübəsində dərsliklər açıq müsabiqə, ictimai iştirak və çoxsəviyyəli ekspertiza prinsipi ilə hazırlanır. Finlandiyada dərsliklər müxtəlif nəşriyyatlar arasında müsabiqə ilə seçilir və yalnız müəllimlər, psixoloqlar, valideynlər və pedaqoji ekspertlərdən ibarət şura tərəfindən təsdiqlənir. Gürcüstanda dərsliklərin ictimai müzakirəsi məcburidir, Türkiyədə isə dəyişikliklər yalnız üç ildən bir və ictimai monitorinq əsasında həyata keçirilir. Azərbaycanda isə dərslik yazımı qapalı şəkildə, eyni müəllif və ekspert qrupu tərəfindən həyata keçirilir ki, bu da yaradıcılıq və müxtəlif baxışların çatışmazlığına səbəb olur.

Əgər bu sahədə ciddi islahatlar aparılmazsa, illik milyonlarla manatlıq vəsait itirilmiş büdcə olaraq qalacaq, müəllim və şagirdlər isə sistemsizliklə mübarizə aparmağa məhkum ediləcək. Dərslik siyasətində açıq müsabiqə sisteminə keçilməli, şəffaf ictimai rəy mexanizmi qurulmalı və dərsliklər psixoloq, pedaqoq, fənn müəllimi və metodistlərin ortaq iştirakı ilə hazırlanmalıdır.

Dərslik sadəcə kağız üzərində bilik deyil, şagirdin dünyagörüşünü, düşünmə tərzini və şəxsiyyətini formalaşdıran əsas vasitədir. Keyfiyyətsiz dərslik təhsilin bütövlükdə keyfiyyətinə ciddi zərbə vurur və dövlət tərəfindən ayrılan milyonların faydasını sıfıra endirir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 879   Tarix: 03 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident geniş tərkibdə iclasda iştirak etdi - Fotolar

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sonra MDB çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb

12:28 162
.

Dostluğun təntənəsi

"Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanı

15:59 139
.

"Vahid forma məktəblərdə ayrı-seçkiliyin qarşısını alacaq" - MÜTƏXƏSSİS

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin

17:42 94
.

Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim

12:22 217
.

"Azərbaycandan keçən tranzit daşımalarının həcmi 8 milyon tona çatıb"

"Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MD

11:05 156
.

İsraildə yüksək kirayə qiymətləri rusiyalı ailəni çətin vəziyyətə saldı

Rusiyalı səyahət bloqçusu İsrailə köçdükdən sonra vətəninə qayıdan həmyerlisi ilə söhbət edib. Həmsöhbəti İsraildə yaşadığı müddətdə yerli həyat tərzinə tam uyğunlaşa bilmədiyini və qarşılaşdığı çətinlikləri bölüşüb. xəbər verir ki, müəllif müşahidələrini Zen platformasında "Like Travel Travel"

11:15 197
.

Qarşılıqlı hörmətə əsaslanan münasibətlər

"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

15:38 140
.

Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?

"Türk dünyası ilə, xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin dərinləşdirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə mühüm imkanlar yarada bilər. Türkmənistan zəngin enerji ehtiyatlarına, Azərbaycan isə Avropa bazarlarına çıxış imkanlarına, liman və nəqliyyat infrastrukturuna malikdir. Bu üstünlükləri

11:55 170
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:47 117
.