Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlandı
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.
DİM-dən BiG.AZ-a verilən məlumata görə, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 22237 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 246 nəfər (o cümlədən 126 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 15662 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.66% dolub. Cəmi 212 yer (1.34%) boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
Sentyabrın 4-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent" jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 15 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 770 Tarix: 03 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident geniş tərkibdə iclasda iştirak etdi - Fotolar
Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sonra MDB çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb
12:28 162 Dostluğun təntənəsi
"Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanı
15:59 139 "Vahid forma məktəblərdə ayrı-seçkiliyin qarşısını alacaq" - MÜTƏXƏSSİS
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin
17:42 94 Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib
Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim
12:22 217 "Azərbaycandan keçən tranzit daşımalarının həcmi 8 milyon tona çatıb"
"Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MD
11:05 156 İsraildə yüksək kirayə qiymətləri rusiyalı ailəni çətin vəziyyətə saldı
Rusiyalı səyahət bloqçusu İsrailə köçdükdən sonra vətəninə qayıdan həmyerlisi ilə söhbət edib. Həmsöhbəti İsraildə yaşadığı müddətdə yerli həyat tərzinə tam uyğunlaşa bilmədiyini və qarşılaşdığı çətinlikləri bölüşüb. xəbər verir ki, müəllif müşahidələrini Zen platformasında "Like Travel Travel"
11:15 197 Qarşılıqlı hörmətə əsaslanan münasibətlər
"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı
15:38 140 Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?
"Türk dünyası ilə, xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin dərinləşdirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə mühüm imkanlar yarada bilər. Türkmənistan zəngin enerji ehtiyatlarına, Azərbaycan isə Avropa bazarlarına çıxış imkanlarına, liman və nəqliyyat infrastrukturuna malikdir. Bu üstünlükləri
11:55 170 İlham Əliyevin Türkmənistan səfəri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir
16:47 117