Orban: Ukrayna üç zonaya bölünəcək

Orban: Ukrayna üç zonaya bölünəcəkMacarıstanın Baş naziri Viktor Orban Ukraynanın təhlükəsizliyi ilə bağlı aparılan danışıqların nəticəsində ölkənin üç zonaya bölünəcəyini iddia edib. Onun sözlərinə görə, bunlar Rusiyanın nəzarətində olan ərazilər, hərbisizləşdirilmiş zona və "Qərb zonası" olacaq.

Orban qeyd edib ki, Avropada hazırda aparılan müzakirələr "Rusiya zonası"nın mövcudluğunu qəbul edir və yalnız onun ölçüsü və formatı müzakirə olunur. Bundan əlavə, o, bir daha Ukraynanın Aİ və NATO-ya daxil olmasına qarşı çıxaraq bunun Rusiya ilə müharibəyə səbəb olacağını və Avropa iqtisadiyyatını çökdürəcəyini vurğulayıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, təhlükəsizlik danışıqlarında Ukraynanın de-fakto bölünməsi variantı gündəmdə deyil:

"Ümumiyyətlə, Orban Ukrayna məsələsinə yanaşmasında pessimist mövqedən çıxış edir. O, Ukraynanın artıq bölündüyünü deyir və bunu legitimləşdirməyə yönəlmiş tendensiyalardan danışır. Bu isə Ukraynanın suverenliyi və ərazi bütövlüyü baxımından ciddi narahatlıq doğurur. Çünki bu cür yanaşma beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə də dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipinə ziddir. Ən yaxşı halda, kompromis əsasında neytral bölgə və ya müəyyən atəşkəs razılaşması mümkündür, lakin bu, Ukraynanın üç yerə bölünməsi anlamına gəlmir".

Politoloqun fikrincə, Orbanın Ukraynanın Aİ və NATO-ya üzvlüyünə qarşı çıxması müəyyən məntiq daşıyır: o, Avropanın təhlükəsizliyini Ukraynanın Qərblə inteqrasiyasında deyil, Rusiya ilə münasibətlərin qorunmasında görür.
Orban: Ukrayna üç zonaya bölünəcəkBu mövzuda skeptik yanaşan yeganə Avropa lideri Orban deyil. Polşa Prezidenti Karol Navroçki də Ukraynanın Aİ və NATO-ya üzvlüyünün təxirə salınmasını təklif edib. O, vurğulayıb ki, müharibə vəziyyətində olan ölkə NATO-ya daxil ola bilməz, əks halda Polşa münaqişəyə cəlb oluna bilər. Polşa müdafiə naziri Vladislav Kosiniyak-Kamış isə əlavə edib ki, Volın hadisələri ilə bağlı gərginlik həll olunmasa, Ukraynanın Aİ-yə üzvlüyü çətinləşəcək.

Bütün bunlar göstərir ki, Avropa İttifaqı və NATO daxilində Ukraynanın gələcəyi ilə bağlı vahid mövqe yoxdur. Bəzi ölkələr Kiyevi strateji tərəfdaş kimi dəstəkləsə də, digərləri iqtisadi yük və müharibə riskinə görə ehtiyatlı davranır.

Rusiya Prezidenti Vladimir Putin də bu tərəddüdləri nəzərə alaraq Ukraynanın Aİ-yə üzvlüyünün onun qanuni seçimi olduğunu deyib. Lakin o da anlayır ki, NATO ilə birbaşa müharibə nə Rusiya, nə də Avropa üçün qəbuledilməzdir.

Beləliklə, Orbanın açıqlamaları daha çox narahatlıq və pessimizm, Navroçkinin fikirləri isə xəbərdarlıq xarakteri daşıyır. Aydındır ki, Avropada Ukraynanın gələcəyi ilə bağlı konsensus yox, kompromis axtarışları davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 785   Tarix: 09 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi

Beynəlxalq Fizika Olimpiadası tarixində ilkə imza atılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Belə ki, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-c

10:58 190
.

Bəhreyndə üçüncü dəfə sirena səsləri eşidilib

Bəhreyn Daxili İşlər Nazirliyi bazar ertəsi günü səhər saat 9-dan (06:00 GMT) əvvəl Manamada təcili yardım siqnalı verdiyini bildirib. Bu, bazar ertəsi günü üçüncü siren siqnalıdır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hazırda Bəhreyn İranın ağır bombardımanı altındadır. Müəllif: İlkin Məmmədkərimo

10:36 133
.

İran Hörmüz boğazının bağlı olduğunu, ABŞ isə nəqliyyatın hərəkət etdiyini deyir

İslam İnqilabı Keşikçiləri Korpusu bazar günü Hörmüz boğazının bağlı olduğunu bildirsə də, ABŞ Mərkəzi Komandanlığı boğazın beynəlxalq su yolundan qanuni şəkildə keçmək istəyən bütün gəmilər üçün açıq olduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, CENTCOM X-də paylaşımda bildirib ki, "İra

10:43 144
.

Küveytdə ABŞ hədəflərinə zərbə: İİKK-dən yeni açıqlama

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdəki ABŞ hədəflərinə endirilən zərbələr zamanı HIMARS raket sistemlərini və onlara məxsus sursatları məhv etdiyini iddia edib. xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. İİKK-nin bəyanatında deyilir:. "Bu əməliyyat zamanı İrana doğr

10:25 131
.

İran Hörmüz boğazını bağladı

ABŞ və İran qüvvələri ağır raket və pilotsuz təyyarə hücumları mübadiləsi aparıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tehran bazar günü Körfəzin o tayındakı dövlətlərdəki ABŞ obyektlərini hədəfə alıb və həyati əhəmiyyətli Hörmüz boğazını yenidən bağladığını bildirib. Müəllif: İlkin Məmmədkərimo

11:01 141
.

ABŞ-ın İrana ikinci gecə hücumlarından sonra Körfəz ölkələri yeni hücumlara oyandı

ABŞ bazar günü gecəsi İrana qarşı bir neçə saatlıq hücum dalğasına başlayıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son hücumlarında onlarla İran hərbi hədəfinə zərbə endirdiyini bildirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) məlumatına görə, Körfəz üzərind

10:20 152
.

Bakıda internetə görə qonşular arasında dava - Ölən var

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən bildirir ki, hadisə Binə qəsəbəsinin "Sovxoz" ərazisində qeydə alınıb. Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib. Bu zaman tərəflər arasında mübahis

12.07.2026 364
.

Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər

ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"

12.07.2026 248
.

Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir

Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi

12.07.2026 228
.

TOP MP3