Məktəb yox, kurslar – Azərbaycan təhsilində yeni reallıq

Məktəb yox, kurslar – Azərbaycan təhsilində yeni reallıqRepetitorluq modelindən kurs sisteminə keçid Azərbaycan təhsilində uzun illərdir davam edən struktur çatışmazlıqların nəticəsidir. Son 5-7 il ərzində kurslara axının artması məktəbin, müəllimin və dövlət təhsil sisteminin ictimaiyyət qarşısında nüfuzunun zəifləməsindən qaynaqlanır. Hazırda ali məktəblərə hazırlaşan abituriyentlərin əksəriyyəti – bəzi rayonlarda 80 faizə qədəri – repetitor deyil, kurs modelinə üstünlük verir. Dövlət İmtahan Mərkəzinin məlumatlarına əsasən 2024-cü ildə qəbul imtahanlarında iştirak edən 132 min abituriyentin təxminən 70 faizi hansısa tədris kursunun abituriyentidir. Bu isə məktəbin funksional yükünü öz üzərinə götürən qeyri-formal təhsil müəssisələrinin normallaşmasına işarədir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, "Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 13-cü maddəsində alternativ təhsil formaları, o cümlədən özəl kurslar haqqında müddəalar göstərilsə də, bu sahədə tətbiq edilən nəzarət mexanizmləri faktiki olaraq yetərli deyil. Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən kursların qeydiyyatı, lisenziyalaşdırılması, vergi ödəyicisi kimi nəzarətdə saxlanılması nəzərdə tutulsa da, hazırda ölkə üzrə fəaliyyət göstərən kursların yalnız az bir hissəsi (təxminən 35-40%-i) rəsmi lisenziyaya malikdir. Qalan hissə isə ya fərdi şəxslərin adından qeyri-rəsmi fəaliyyət göstərir, ya da "tədris mərkəzi" adı altında kommersiya fəaliyyəti həyata keçirir. Bu isə təhsilin özəlləşməsi deyil, anarxik bazar modelinə yönəlməsi deməkdir:
Məktəb yox, kurslar – Azərbaycan təhsilində yeni reallıq"Kursların təhsildə müəyyən qədər funksional əhəmiyyəti var. Onlar sistemli test bankları təqdim edir, müntəzəm sınaq imtahanları keçirir, şagirdin nəticələrini valideynə hesabat şəklində təqdim edir və qruplaşdırılmış təlim mühiti yaradır. Kurslar repetitorluqdan fərqli olaraq, fərdi yox, kollektiv öyrənmə modelini tətbiq edir və bu da müəyyən psixoloji və sosial dinamikanı stimullaşdırır. İmtahan nəticələrində kurs abituriyentləri repetitor hazırlığında olanlara nisbətən daha müntəzəm irəliləyiş göstərə bilir, çünki kurslar tez-tez təkrar imtahanlar və qruplar üzrə nəticə müqayisələri aparır. Bu isə rəqabət mühiti yaradır. Həmçinin, kurslar bir çox hallarda şagirdlərin məktəb təhsilində qarşılamadığı ehtiyaclarını (təkrar izah, mövzu üzrə praktika, zaman planlaması) ödəyir.

Bununla yanaşı, kurs modelinin ciddi mənfi cəhətləri var. Əvvəla, kursların əksəriyyəti təhsil keyfiyyəti deyil, qazanc prioriteti ilə fəaliyyət göstərir. Bu isə tədris prosesində məzmunun yox, sayın əsas götürülməsi ilə nəticələnir. Kurs rəhbərləri üçün önəmli olan qrupun doluluğu və valideynin ödəmə qabiliyyətidir. Bu isə müəllimin seçiminə, dərs keyfiyyətinə və öyrənmə mühitinə mənfi təsir edir. Digər tərəfdən, kurslar məktəb təhsilinin əvəzləyicisinə çevrilib. Bu gün şagirdlər məktəbə formal olaraq gedir, əsas tədrisi isə kursda alır. Belə bir model məktəbin legitimliyini və dövlət təhsilinin effektivliyini zəiflədir.

Əlavə olaraq, kurslarda pedaqoji təcrübəsi olmayan şəxslərin dərs deməsi halları artıb. Pedaqoji ixtisası və ya müəllimlik təcrübəsi olmayan şəxslər sadəcə özünün imtahan nəticələrinə və ya sosial şəbəkə populyarlığına əsaslanaraq kurslarda dərs deyir. Bu isə təhsil keyfiyyətində ciddi enməyə səbəb olur. Kurslarda şagird yüklənməsi də yüksəkdir – bir çox hallarda şagirdlər məktəb sonrası 5-6 saatlıq kurs təlimlərinə qatılır, bu isə onların psixoloji yüklənməsi, sosial izolyasiyası və dərsə qarşı ümumi marağının itməsi ilə nəticələnir.

Dünya təcrübəsi göstərir ki, effektiv təhsil sistemi olan ölkələrdə kurs və repetitorluğa ehtiyac olmur. Məsələn, Finlandiya, Norveç, Niderland, Estoniya kimi ölkələrdə məktəb sistemi elə qurulub ki, şagird məktəbdən kənarda əlavə hazırlığa ehtiyac duymur. PISA 2022 nəticələrinə əsasən bu ölkələrdə şagirdlərin 80 faizindən çoxu yalnız məktəb təhsili ilə yüksək nəticə əldə edir. Əvəzində, Cənubi Koreya, Yaponiya və Çində kurs sektorları çox inkişaf edib. Koreyada "hagwon" adlanan hazırlıq kursları məktəbdən sonra məcburi tədris modeli kimi qəbul olunur. Lakin bu ölkələrdə son illərdə təhsil bərabərsizliyi, psixoloji yüklənmə və sosial təzyiqlərlə bağlı ciddi tənqidlər var. Koreya hökuməti 2023-cü ildən etibarən gecə saat 10-dan sonra kursların fəaliyyətini qadağan edib və məktəb proqramlarının təkmilləşdirilməsi istiqamətində islahatlara başlayıb.

Azərbaycan təhsil sistemində bu kurs mərkəzlərinin yayılması məktəb sisteminin keyfiyyət problemi ilə birbaşa bağlıdır. Əgər məktəb, müəllim və dərslik sistemi şagirdin imtahana hazırlığını tam təmin edə bilsəydi, kurslara bu qədər ehtiyac olmazdı. Məsələn, 2024-cü ilin rəsmi məlumatlarına əsasən, orta məktəblərdə 11-ci sinif şagirdlərinin yalnız 18 faizi ali məktəbə hazırlığı məktəbdən aldıqlarını etiraf edib. Bu isə məktəbin ali təhsilə hazırlıq funksiyasını yerinə yetirmədiyini göstərir.

Hazırkı vəziyyətdə kursların əsas təhsilə çevrilməsi normallaşdırılır. Lakin bu normallaşma təhsildə ciddi bərabərsizliklər yaradır. Aztəminatlı ailələrin övladları bu kurslara gedə bilmədiyi üçün yarışdan əvvəlcədən kənarda qalır. Bu isə sosial mənşəyə görə savad fərqinin yaranmasına səbəb olur. Bütün bu problemlər təhsilin kommersiyalaşdırılması fonunda daha da dərinləşir.

Bu modelin dəyişməsi üçün məktəb sistemi gücləndirilməli, təhsil proqramları real imtahan modelinə uyğunlaşdırılmalı, müəllim hazırlığı təkmilləşdirilməli və dövlət tərəfindən ictimai kurslar təşkil olunmalıdır. Həmçinin kurs mərkəzlərinin lisenziyalaşdırılması ciddi şəkildə nəzarətə götürülməli, müəllim heyəti sertifikatlaşdırılmalı, təhsil keyfiyyəti monitorinq edilməlidir. Əgər bu istiqamətdə dəyişikliklər baş verməzsə, yaxın 5 ildə məktəb sadəcə sertifikat alma yeri, kurs isə real təhsil məkanı kimi qəbul ediləcək və bu, təhsil sisteminin dağılmasına gətirib çıxaracaq.

Əslində, kurslar təhsildə dəstəkçi funksiyanı yerinə yetirməlidir, əsas funksiyanı isə məktəb daşımalıdır. Amma Azərbaycanda bu funksiya dəyişib. Nəticədə valideyn məktəbdən yox, kursdan nəticə gözləyir. Bu isə təkcə təhsilin yox, dövlətin maarifçilik ideologiyasının da məğlubiyyətidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 913   Tarix: 09 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 327
.

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir

12:28 130
.

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdı

08.10.2026 295
.

Fərid Qayıbov: "Gənclərimiz beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir"

"Biz müxtəlif sahələrdə yeni qələbələrin şahidi oluruq. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var". BİG.AZ xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zaman

10:47 135
.

Papuaşvili: "Brüsselə qulaq assaydıq, Gürcüstan yalnız kağız üzərində dövlət olardı"

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, yalnız kağız üzərində dövlət olmaqdan daha yaxşısı yalnız kağız üzərində Avropa İttifaqına (Aİ) namizəd ölkə olmaqdır. xəbər verir ki, bu barədə Sputnik Georgia məlumat yayıb. "Düşünürəm ki, yalnız kağız üzərində dövlət olmaqdansa, yalnı

11:03 153
.

İlham Əliyev iclasda iştirak etmək üçün "Avaza" Kompleksinə getdi - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb

10:05 126
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 273
.

"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər

11:10 0
.

Azərbaycan çoxtərəfli əməkdaşlıq platformalarının fəal aktorudur

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, qlobal miqyasda yeni çağırışlar formalaşır. Bu proseslər fonunda regional əməkdaşlıq formatlarının rolu daha da artır, xüsusilə Müstəqil Dövlətlər Birliyi kimi çoxtərəfli platformalar sabitlik, qarşılıqlı etimad və birgə tərəqqinin təminind

12:24 138
.