"Fransa Azərbaycanla münasibətlərin gələcəyinə real dəyər verirsə, qarşılıqlı güzəştləri və dialoqu önə çəkməlidir" - Politoloq

"Fransa Azərbaycanla münasibətlərin gələcəyinə real dəyər verirsə, qarşılıqlı güzəştləri və dialoqu önə çəkməlidir" - PolitoloqAzərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bildirib ki, Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasına ümid edir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Rauf Əkbərov qeyd edib ki, Fransa Azərbaycanla münasibətlərin gələcəyinə real dəyər verirsə, gərginlikdən çıxış yolu kimi qarşılıqlı güzəştləri və dialoqu önə çəkməlidir:

"Bakı ilə Paris arasında münasibətlərin normallaşması üçün bir sıra şərtlərin yerinə yetirilməsi vacibdir. Hazırkı mərhələdə tərəflərin maraqları bir neçə əsas istiqamətdə kəsişir. Son dövrlərdə tərəflər arasında yüksək səviyyəli təmaslar minimuma enib. Bu isə anlaşılmazlıqları dərinləşdirir. Münasibətlərin normallaşması üçün əvvəlcə diplomatik dialoqun intensivliyi artırılmalıdır.
Son illərdə Fransa tərəfindən Azərbaycanın ünvanına sərt bəyanatlar səsləndirilib. Bakı tərəfi isə buna cavab olaraq kəskin mövqe nümayiş etdirib. Ritorikanın dəyişdirilməsi və daha konstruktiv açıqlamaların verilməsi tərəflər arasında inamın bərpası üçün əsas şərtdir. Enerji, nəqliyyat və investisiya layihələri Fransa ilə Azərbaycan arasında əlaqələrin ən sabit hissəsini təşkil edir. Əgər siyasi məsələlərdə razılaşma çətin görünürsə, ən azı iqtisadi əməkdaşlığın davam etdirilməsi iki tərəf arasında körpü rolunu oynaya bilər.
Tələbə proqramları, mədəniyyət tədbirləri və informasiya layihələri münasibətləri yumşaltmaq üçün əlavə vasitələrdir. Çünki cəmiyyətlər arasında yaranacaq müsbət əlaqələr siyasi gərginliyi qismən də olsa neytrallaşdıra bilər.

Əgər Fransa Azərbaycanla münasibətlərin gələcəyinə real dəyər verirsə, gərginlikdən çıxış yolu kimi qarşılıqlı güzəştləri və dialoqu önə çəkməlidir. Əks halda, ikitərəfli münasibətlər uzunmüddətli böhran vəziyyətində qala bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 934   Tarix: 09 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə

08.10.2026 305
.

Maduronun xanımı həbsxanada infarkt keçirdi

Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ həbsxanasında səhhətinin ciddi şəkildə pisləşdiyi bildirilir. Onun iyul ayında infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox arıqladığı açıqlanıb. xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliy

08.10.2026 291
.

Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq

Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. -ın əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-

10:41 162
.

Fərid Qayıbov: "Gənclərimiz beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir"

"Biz müxtəlif sahələrdə yeni qələbələrin şahidi oluruq. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var". BİG.AZ xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zaman

10:47 136
.

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdı

08.10.2026 296
.

Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır

"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş

14:12 86
.

Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir

14:43 10
.

Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?

"Türk dünyası ilə, xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin dərinləşdirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə mühüm imkanlar yarada bilər. Türkmənistan zəngin enerji ehtiyatlarına, Azərbaycan isə Avropa bazarlarına çıxış imkanlarına, liman və nəqliyyat infrastrukturuna malikdir. Bu üstünlükləri

11:55 152
.

Azərbaycan çoxtərəfli əməkdaşlıq platformalarının fəal aktorudur

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, qlobal miqyasda yeni çağırışlar formalaşır. Bu proseslər fonunda regional əməkdaşlıq formatlarının rolu daha da artır, xüsusilə Müstəqil Dövlətlər Birliyi kimi çoxtərəfli platformalar sabitlik, qarşılıqlı etimad və birgə tərəqqinin təminind

12:24 143
.