Ən etibarlı ikinci əl avtomobillər - Yenilərdən daha uzunömürlüdürlər
Son illərin avtomobil bazarı göstərir ki, işlənmiş maşınlar yeni avtomobillərdən heç də az etibarlı deyil, hətta bəzən xidmət müddətinə görə onları üstələyə bilər. Artıq 320 min kilometrdən çox resursa malik avtomobil axtarışı maliyyə planlaşdırmasının bir hissəsinə çevrilib və bu şəraitdə mütəxəssislər sınanmış modellərə üstünlük verməyi məsləhət görürlər.
Lent.az xəbər verir ki, analitikləri ən azı 10 model ili olan iki milyondan çox avtomobili araşdıraraq müəyyən ediblər ki, bəzi modellər müntəzəm texniki qulluq edildiyi halda 394 mindən 477 min kilometrədək məsafə qət edə bilirlər.
"Toyota Sequoia" - 477 000 km
Reytinqdə ən uzunömürlü SUV. "Sequoia" möhkəmlik və etibarlılığın birləşməsi sayəsində liderdir.
"Toyota Land Cruiser" - 451 000 km
İllərdir möhkəmliyini sübut edən əfsanəvi yolsuzluq avtomobili. Hətta böyük yürüşdən sonra da "Land Cruiser" etibarlılığını saxlayır və təcrübəli sürücülər tərəfindən cəsarətlə seçilir.
"Chevrolet Suburban" - 426 000 km
Ən dözümlü iri SUV-lardan biridir. Tədqiqat nəticələrinə görə, "Suburban" "Ford Expedition", "Dodge Durango" və "Jeep Wagoneer" kimi rəqiblərini qabaqlayır.
"Toyota Tundra" - 412 000 km
Pikaplar adətən ağır şəraitdə işləyir, amma "Tundra" xüsusi etibarlılığı ilə seçilir və 400 min km-dən çox məsafəni problemsiz qət edir.
"GMC Yukon XL" - 406 000 km
Sahiblərinə 20 ildən çox xidmət edə bilən iri SUV. Elektronika və avadanlıqda ara-sıra nasazlıqlar olsa da, mühərrik və transmissiya son dərəcə dözümlüdür.
"Toyota Prius" - 403 000 km
Qənaətcillik və uzunömürlülüyün simvoluna çevrilmiş hibrid. Batareyası aşınmaya qarşı yüksək davamlılıq göstərir və "Prius" kompakt avtomobillər arasında etibarlılıq reytinqlərinin zirvəsindədir.
"Chevrolet Tahoe" - 403 000 km
"Tahoe" yürüşü "udmaq" bacarığı və ümumi resurs baxımından rəqiblərini qabaqlaması ilə tanınır.
"Honda Ridgeline" - 400 000 km
Pikap və minik avtomobilinin xüsusiyyətlərini birləşdirən universal seçim. Düzgün qulluq edildikdə 480 min km-ə qədər qət edə bilər.
"Toyota Avalon" - 395 000 km
İstehsalı 2022-ci ildə dayandırılsa da, "Avalon" hələ də uzunömürlü avtomobillər siyahısına daxildir. Onun resursu ən azı on il istismar imkanı verir.
"Toyota Highlander Hybrid" - 394 000 km
Üçsıralı, yüksək etibarlılığa malik krossover. Orta resursu 390 min km-dən çoxdur, texniki xidmət xərcləri isə münasib səviyyədə qalır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 683 Tarix: 14 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNecə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549