Bakının mərkəzindəki bu gecə klubu bağlandı - Video

Bakının mərkəzindəki bu gecə klubu bağlandı - VideoBakıda daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.

BiG.AZ xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən "Decapo" əyləncə klubunda yoxlama keçirilib.

Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki;

- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya və təxliyə işıqlandırıcıları ilə tam təmin edilməyib;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunur;

- odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;

- tüstü borusu yanğın təhlükəsizliyi tələblərinə uyğun quraşdırılmayıb;

- obyektin zirzəmisi təyinatına uyğun olmayaraq anbar kimi istifadə edilir və orada yanar materialların saxlanılmasına yol verilir;

- obyektdə yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq yanğın təhlükəli effekt verən (qığılcım yaradan) pirotexniki vasitələrdən istifadə olunur;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən "Decapo" əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 792   Tarix: 16 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Washington Post": ABŞ Ukrayna üçün nəzərdə tutulan silahları Yaxın Şərqə göndərə bilər

Pentaqon Ukraynaya verilməsi planlaşdırılan silahları Yaxın Şərqə göndərməyi düşünür. Bu barədə "The Washington Post" məsələdən məlumatlı üç mənbəyə istinadən xəbər verir. Bildirilib ki, sözügedən hərbi yardım ABŞ-ın regiondakı qüvvələrinin silah anbarlarını doldurmaq üçün Yaxın Şərqə göndəril

13:38 163
.

Azərbaycan nefti UCUZLAŞIB

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2.30 ABŞ dolları və ya 1.98% azalaraq 113.70 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116 ABŞ dolları təşkil edib

10:17 181
.

Gəncədə evdə yanğın olub, bir nəfər ölüb

Gəncədə yanğın hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı e

11:02 212
.

Gəncədə 73 yaşlı kişinin meyiti tapıldı

Gəncə şəhərində 73 yaşlı kişinin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, şəhər sakini 1953-cü il təvəllüdlü Elman Həsənovun meyiti yaşadığı mənzildə aşkarlanıb. İlkin ehtimala görə, onun ürək çatışmazlığından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

13:36 173
.

"Bloomberg": ABŞ neftin qiymətinin 200 dollara qədər yüksələcəyi ssenarisinə hazırlaşır

ABŞ administrasiyası neft qiymətlərinin 200 dollara qədər yüksəlməsinin ölkə iqtisadiyyatına necə təsir edəcəyini araşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, enerji qiymətlərinin kəskin şəkildə artması ssenarisini modelləşdirmə

10:15 181
.

Rusiya hücuma keçdi, Rumıniya F-16-ları qaldırdı

Rusiya Rumıniya ilə sərhəddə Ukrayna hədəflərinə qarşı yeni bir sıra pilotsuz təyyarə hücumları həyata keçirib. xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb. "Hava vəziyyətini izləmək üçün iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb. Ukrayna hava hücumundan müdafiə sistemində

13:10 202
.

Hörmüz boğazı gərginliyi: Hindistanda yanacaq çatışmazlığı hiss olunur

Hindistanın Əhmədabad şəhərində benzin doldurma məntəqələrinin önündə uzun növbələr yaranıb. xarici mediaya istinadən xəbər verir ki, sözügedən məsələ Hörmüz boğazının bağlı qalmasına görə baş verib. Hindistan Hörmüz boğazının bağlanmasından ən çox təsirlənən ölkələr arasında yer alır. Qeyd edək ki

14:03 151
.

İranda müharibədə ölənlərin sayı 1 937 nəfərə çatıb

İranda ABŞ və İsrailin hava zərbələri nəticəsində ölənlərin sayı 1 937 nəfərə çatıb. Bu barədə İranın səhiyyə nazirinin müavini Əli Cəfərian "Al Jazeera"ya kanalına danışıb. Onun sözlərinə görə, həlak olanların 240 nəfəri qadın, 212 nəfəri isə uşaqdır. Xəsarət alanların sayı isə 24 800-ü ötü

15:34 43
.

"Qoç Ət"in pendiri qalmaqal yaratdı - Video

Müştəri aldığı "Qoç Ət" şirkətinə məxsus "Çanaq pendiri"nin keyfiyyətindən narazı qalıb və pendirin keyfiyyətsiz olduğunu bildirib. xəbər verir ki, bu barədə müştəri Pərvanə adlı xanım sosial şəbəkələrdə yazıb. Şikayətçi bildirib ki, pendir yapışqan formalı olub:. "Bu gün aldığı

11:53 280
.

TOP MP3