Azərbaycan bələdiyyələrinin 25 ili: Birləşdirmə prosesləri və gələcək perspektivlər

Azərbaycan bələdiyyələrinin 25 ili: Birləşdirmə prosesləri və gələcək perspektivlərBu il Azərbaycan bələdiyyələrinin fəaliyyətinin 25 ili tamam olur. Bu müddət ərzində bələdiyyələr müəyyən inkişaf yolu keçib, lakin bu yol çətinliklər və neqativ hallar olmadan keçməyib. Fəaliyyətin ilk 15 ilində bəzən bacarıqsız insanların seçilməsi və icra hakimiyyətinin bələdiyyələrə təsiri nəticəsində problemlər yaranıb. Bunun nəticəsində bələdiyyələr uzun müddət "torpaq satan" kimi neqativ imiclə xatırlanıb.

Son 10 ildə isə Azərbaycan bələdiyyələri vətəndaşlara yüksək səviyyədə xidmət göstərməyə başlayıb. Şəhid və qazilər ailələrinə, sosial layihələrin icrasına və digər sahələrə dəstək göstərilib.

Bütün prosesləri araşdırdıqda aydın olur ki, bələdiyyələr müəyyən uğurlara imza atsa da, çətinliklər davam edir. Bu problemlərin aradan qaldırılmasında dövlət bir sıra planlar həyata keçirir. Bunlardan biri bələdiyyələrin birləşdirilməsidir. Hazırda ölkədə 685 bələdiyyə var ki, bu say Azərbaycan üçün çox hesab olunur və gələcəkdə bu proses davam etdirilməlidir.

Bələdiyyələr üzrə ekspert Vüqar Tofiqli bildirib ki, bələdiyyələrin birləşdirilməsi maliyyə sisteminin təmərküzləşməsinə və vəsaitin artmasına, həmçinin xərclərin azalmasına səbəb ola bilər.

Ekspert əlavə edib ki, Azərbaycanda bələdiyyələr birpilləli sistemlə fəaliyyət göstərir, bu da bəzi problemlərin mənbəyidir. Dünyada iki pilləli sistem tətbiq edilir və bu zaman bələdiyyə sədrlərinin fəaliyyətində hüquqi fərqlilik yaranır. Birləşdirilmə bələdiyyələrin nüfuzunu artıracaq və onların cəmiyyətdə rolunu gücləndirəcək.

Lakin bələdiyyələrin maliyyə imkanları hələ də tam təmin olunmayıb. Bir sıra vergilər və rüsumlar bələdiyyələrdən alınaraq dövlət büdcəsinə yönəldilir, qanunvericiliyə görə isə bu vəsaitlərin bir hissəsi yenidən bələdiyyə hesabına keçirilməlidir. Bu boşluqlar bələdiyyələrin cəmiyyətdə nüfuzuna mənfi təsir göstərir və vətəndaşların müraciətlərini operativ həll etməyə mane olur.

Vüqar Tofiqli vurğulayıb: "Bəzən ‘Bələdiyyələr ləğv edilməlidir’ kimi fikirlər səslənir, lakin bu, adətən vergi verməkdən yayınan şəxslərin mövqeyidir. Bələdiyyələrin birləşdirilməsi onların fəaliyyətinə daha sivil şərait yaradacaq və problemləri kompleks şəkildə həll etməyə imkan verəcək."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 838   Tarix: 22 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"

Tez-tez sosial şəbəkələrdə marketlərlə bağlı şikayətlər səslənir. İstehlakçıların qarşılaşdığı problem vitrində başqa, kassada başqa qiymətlə qarşılaşmaqdır. Kassada məhsulun qiyməti 50 qəpik, bir, hətta iki-üç manat artıq hesablanır. Kassirdən soruşduqda isə "vitrindəki qiymət köhnədir", "endiri

08.10.2026 187
.

Maduronun xanımı həbsxanada infarkt keçirdi

Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ həbsxanasında səhhətinin ciddi şəkildə pisləşdiyi bildirilir. Onun iyul ayında infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox arıqladığı açıqlanıb. xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliy

08.10.2026 190
.

Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə

Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar

08.10.2026 200
.

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman

08.10.2026 168
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 174
.

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək

Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini

08.10.2026 213
.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca

08.10.2026 210
.

Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?

"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

08.10.2026 193
.

İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun

08.10.2026 175
.