Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - Fotolar

Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 22-də davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili vəsatətlə çıxış edərək bildirib ki, məhkəmədə elan olunan sənədlərin çoxluğunu nəzərə alaraq, sübutların qismən tədqiqi həyata keçirilsin. Əgər hansısa epizod təqsirləndirilən şəxsin və müdafiəçinin marağında olarsa, o zaman məhkəməyə müraciət edilsin və həmin epizoda dair sübutlar tədqiq olunsun.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan vəsatətlə razı olduğunu, digər müdafiəçilər və təqsirləndirilən şəxslər, dövlət ittihamçıları, zərərçəkmiş şəxslər və onların nümayəndələri də etiraz etmədiklərini bildiriblər.

Hakim Zeynal Ağayev vəsatətin məhkəmə tərəfindən təmin edildiyini diqqətə çatdırıb.

Sonra təqsirləndirilən şəxs Bako Sahakyanın vəkili çıxış edərək, müdafiə etdiyi tərəfin ifadələri ilə tanış olmaq üçün həmin sənədlərin surətlərinin təqdim olunmasını istəyib.

Hakim bildirib ki, həmin sənədləri məhkəmə iclas katibi ilə əlaqə saxlayıb götürə bilərlər.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

1991-ci il avqustun 23-də Əsgəran rayonunun Cəmilli kəndində "UAZ" markalı avtomobilin atəşə tutulması faktı üzrə sənədin tədqiqi zamanı bildirilib ki, içərisində çoxsaylı sərnişin olan "UAZ" markalı avtomobilin ermənilər tərəfindən avtomat silahlardan atəşə tutulması nəticəsində N.F.Salahov, V.İ.Sadıxov və M.S.Abdullayeva həlak olub, çoxlu sayda sərnişin yaralanıb.

Digər cinayət işi Ermənistan ordusu tərəfindən 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin iri və kiçikçaplı silahlardan intensiv atəşə tutulması, ağır texnikalardan istifadə etməklə hər iki kəndə hücumla bağlı olub. Bu hadisələr nəticəsində Malıbəyli kənd sakinlərindən çoxlu sayda şəxs öldürülüb, bir neçə nəfər itkin düşüb, Quşçular kəndində isə bir neçə nəfər öldürülüb, çoxlu sayda şəxs isə girov götürülüb.

Daha bir cinayət işi - 1991-ci il sentyabrın 8-də Xocavənd rayonunda "LAZ" markalı avtobusun atəşə tutulması faktı üzrə sənəd tədqiq olunarkən bildirilib ki, Kiş kəndinin fermasının yaxınlığında avtomat silahlarla silahlanmış ermənilər tərəfindən avtobusa açılan atəş nəticəsində bir neçə nəfər hadisə yerində ölüb, onlarla şəxs yaralanıb.

Digər sənəd 1991-ci il noyabrın 4-5-də Qazax rayonunun Xeyrimli kəndinin silahlılar tərəfindən müxtəlif növ silahlardan atəşə tutulması ilə bağlı olub. Hadisə nəticəsində həmin kənd sakinlərindən çoxlu sayda şəxs həlak olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Təqsirləndirilən şəxs David Manukyan söz alaraq - "Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismində çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını" məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Babayan "ATƏT-in Minsk qrupunun həmsədrləri"nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid qismində cəlb olunmasını hakimdən xahiş edib. "O adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahid olarlar", - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycan ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının - general Muradov, general Kosabokov, general Anaşkin, general Volkov, general Lentsov və general Kulakovun şahid qismində cəlb olunmasını məhkəmədən xahiş edib.

"Mənim onlara bir sıra suallarım var. Onlar burada olan 15 nəfərlə birbaşa və yaxud bilvasitə əlaqədə olublar. Yenidən təkrar edirəm: birbaşa və yaxud bilvasitə. Düşünürəm ki, məhkəmənin də onlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakını videobağlantı vasitəsilə təmin edəsiniz", - deyə o əlavə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin təqdim etdiyi sənədlər tədqiq olunur.

Bundan başqa, adları qeyd olunan şəxslərlə bağlı isə qeyd edib ki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərin təqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılan ittihamlarla əlaqəsi yoxdur.

Odur ki, onların məhkəmədə şahid qismində və ümumiyyətlə hər hansı bir digər şəxs qismində dindirilməsinə zərurətin olmaması vurğulanıb. Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasına sədrlik edən tərəfləri dinləyərək verilmiş vəsatətin rədd olunması haqqında qərar qəbul edib. Qərarı əsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiə tərəfi vəsatətdə hansı halların araşdırılması, bu halların ittihamla bağlılığı və s. əhəmiyyət kəsb edən halları göstərməyib.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.

1991-ci il noyabrın 20-də hərbi vertolyotun vurulması faktı üzrə elan olunan sənəddə bildirilib ki, hadisə zamanı aralarında Azərbaycanın Baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət Qayıbov, müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə dövlət müşaviri, milis general-mayoru Məhəmməd Əsədov, Dövlət katibi Tofiq İsmayılov, Baş nazirin müavini Zülfü Hacıyev, Milli Məclisin deputatları Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini, general-mayor Saylal Serikov Dosumoviç, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, telejurnalist Alı Mustafayev və digərlərinin də olduğu 22 nəfər həlak olub. Xocavənd rayonunun Qarakənd kəndində hadisə yerinə baxış keçirilib, vertolyotun aparıcı vintinin qurtaracaq hissəsinin güllə deşmiş qırığı, vertolyotun güllə deşmiş qırıqları və s. aşkar edilib.

Daha bir sənəd Əsgərova Salatın Əziz qızı və digərlərinin öldürülməsi faktı üzrə olub.

1992-ci il yanvarın 28-də sərnişin helikopteri ilə bağlı sənəddə göstərilir ki, vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulub. Nəticədə vertolyot torpaq yola çırpılaraq partlayıb, 42 nəfər ölüb.

Xocalı soyqırımı ilə bağlı cinayət işinin sənədləri də diqqətə çatdırılıb. Bildirilib ki, hadisə yerinə baxış vertolyotla ərazinin üzərindən hərəkət etməklə keçirilib, bu zaman Xocalı şəhərində evlərin alovlar içərisində yandığı, şəhərin küçələrində təxminən 500-dək şəxsin meyiti, zədələnmiş və yandırılmış müxtəlif markalı avtomaşın və avtobuslar, küçələrdə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin piyada hərəkət etdikləri müşahidə edilib. Bu zaman həmin Ermənistan silahlı qüvvələri istintaq-əməliyyat qrupunun olduğu vertolyotu da avtomat silahlardan atəşə tutub.

Sənədlərə əsasən, "Azərinform"un (indiki AZƏRTAC – red.) fotomüxbiri İlqar Cəfərov şahid qismində ifadəsində göstərib ki, 1992-ci il fevralın 26-da Xocalı faciəsinin törədilməsi barədə məlumatı alan kimi əraziyə gedib, martın 1-də səhər tezdən Ağdam şəhər məscidinin önündə Xocalı qırğınından xilas olan, oradan qaçarkən soyuqdan donmuş, yaralanmış dinc sakinlərin, erməni hərbçilər tərəfindən Xocalıda qətlə yetirilmiş yaxın adamlarının meyitlərini gözləyən insanların, gətirilən meyitlərin yaxın şəxslərinin faciəsini fotoşəkillərlə qeydə alıb.

Şahid qismində dindirilmiş Baş fotoinformasiya redaksiyasının müxbiri Oqtay Məmmədov ifadəsində göstərib ki, 1992-ci il martın 3-də Bakı şəhərinin Təcili yardım xəstəxanasına gedərək Xocalıdan gətirilmiş yaralı şəxsləri fotoşəkillərini çəkib. Bunlardan hər iki valideyni qətlə yetirilmiş 8 yaşlı Xatirə Orucovanın, gözlərinin qarşısında 2 qardaşı qətlə yetirilmiş 18 yaşlı Xuramanın, Ermənistan silahlı qüvvələrinin atəşlərindən qaçarkən Naxçıvanlı kəndi yaxınlığındakı meşədə qarlı ərazidə ayaqlarını don vurmuş 13-14 yaşlı Mübariz Həmidovun və Mübariz Mahmudovun şəxsiyyətini yadda saxlasa da, qalan şəxslər barədə məlumatı olmayıb.

Habelə şahid qismində dindirilmiş "Azərinform"un Fotoxronika bölməsinin baş redaktoru Mixail Çanurovun, "Ostankino" Teleradio şirkətinin Azərbaycan Respublikasında müxbir məntəqəsinin müdiri Mais Məmmədovun da ifadələri elan edilib.

Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.

Dövlət ittihamçısı Fuad Musayev vəsatətlə çıxış edərək, məhkəmə iclasında 1991-1992-ci illərdə baş verən cinayət hadisələri tədqiq edildiyinə görə, Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin sübut kimi tədqiq olunmasını xahiş edib.

Hakim dövlət ittihamçısının vəsatətini təmin edib.

Məhkəmə prosesinin gedişində təqsirləndirilən şəxs Davit İşxanyan vəkili ilə konfidensial görüş üçün imkan yaradılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Konfidensial görüşdən sonra təqdim olunan videomüsahibədə M.Qriqoryan Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş cinayətlərdə iştirak etdiyini söyləyir. O, müsahibəsində rəhbərlik etdiyi cinayətkar təşkilatın fəaliyyətindən, onun üzvlərinin silahlanaraq Azərbaycan ərazilərinə göndərilməsindən də danışır. "Hətta onları yoldan oğurlayırdıq, tuturduq, döyürdük, qorxudurduq ki, gəlməsinlər... Ağbulaq məktəbində həm erməni, həm də türklər birlikdə idilər, böyük məktəb idi. Biz məktəblərdə uşaqlarla işləyirdik ki, türkləri döysünlər...", - kimi ifadələr səsləndirən M.Qriqoryan müsahibəsində qeyd edir ki, "hər şeyi bilərək, yəni biz idarə edirdik...".

Məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - FotolarXocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan olundu - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 22 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"

Tez-tez sosial şəbəkələrdə marketlərlə bağlı şikayətlər səslənir. İstehlakçıların qarşılaşdığı problem vitrində başqa, kassada başqa qiymətlə qarşılaşmaqdır. Kassada məhsulun qiyməti 50 qəpik, bir, hətta iki-üç manat artıq hesablanır. Kassirdən soruşduqda isə "vitrindəki qiymət köhnədir", "endiri

08.10.2026 187
.

Maduronun xanımı həbsxanada infarkt keçirdi

Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ həbsxanasında səhhətinin ciddi şəkildə pisləşdiyi bildirilir. Onun iyul ayında infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox arıqladığı açıqlanıb. xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliy

08.10.2026 190
.

Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə

Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar

08.10.2026 200
.

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman

08.10.2026 168
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 174
.

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək

Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini

08.10.2026 213
.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca

08.10.2026 210
.

Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?

"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

08.10.2026 193
.

İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun

08.10.2026 175
.