27 sentyabr – yaddaşlara həkk olunan Anım günü

27 sentyabr – yaddaşlara həkk olunan Anım günüArtıq 5-ci ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncamı şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir.
Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadan gənclərdir. 44 günlük İkinci Vətən Müharibəsində Azərbaycan gənclərimiz öz şücaətləri ilə sübut etdilər.
Ermənistanın hərbi qüvvələri tərəfindən Azərbaycanın Tovuz, Gəncə, Tərtər, Mingəçevir və digər rayonlarımıza açılan cavab atəşləri nəticəsində düşmənin məkrli niyyətinin qarşısı alınması istiqamətində xalqımız birlik nümayiş etdirdi. Bu döyüşlər nəticəsində, çox təəssüf ki, Azərbaycan Ordusu şəhidlər verdi, ancaq bütün bunlar Azərbaycan xalqının vətən-torpaq sevgisini, mübarizə əzmini, qələbə arzusunu daha da alovlandırdı. Azərbaycanın müxtəlif şəhər və rayonlarında onminlərlə vətəndaşımız bir anda ayağa qalxaraq yürüşlərə başladı, ordumuza, dövlətimizə dəstəyini nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur.
Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi, ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 30 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır.
Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi noyabrın 10-da Ermənistan "ağ bayraq" qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Ərazi bütövlüyümüz təmin olundu. Bir sözlə, "Qarabağ Azərbaycandır və nida işarəsi"-söyləyən Prezidentimiz hər zaman olduğu kimi, bu dəfə də vədinə əməl etdi.
2020-ci ilin 10 noyabr tarixi Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü. Bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Bu həmrəylikdən "Dəmir yumruğa"a gedən, güclənən, möhkəmlənən Qalib Azərbaycan Ordusudur. 27 sentyabr 2020-ci il tarixi xalqımızın yaddaşından, hərb tariximizdən heç bir vaxt silinməyəcək. Çünki 27 sentyabr ərazilərimizin geri qaytarılması ümidlərinin, Qarabağa aparan zəfər tarixidir.

Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası, Bakı Texniki Kollecinin bədən tərbiyəsi rəhbəri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 851   Tarix: 23 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"

Tez-tez sosial şəbəkələrdə marketlərlə bağlı şikayətlər səslənir. İstehlakçıların qarşılaşdığı problem vitrində başqa, kassada başqa qiymətlə qarşılaşmaqdır. Kassada məhsulun qiyməti 50 qəpik, bir, hətta iki-üç manat artıq hesablanır. Kassirdən soruşduqda isə "vitrindəki qiymət köhnədir", "endiri

08.10.2026 187
.

Maduronun xanımı həbsxanada infarkt keçirdi

Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ həbsxanasında səhhətinin ciddi şəkildə pisləşdiyi bildirilir. Onun iyul ayında infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox arıqladığı açıqlanıb. xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliy

08.10.2026 190
.

Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə

Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar

08.10.2026 200
.

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman

08.10.2026 168
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 174
.

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək

Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini

08.10.2026 213
.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca

08.10.2026 210
.

Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?

"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

08.10.2026 193
.

İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun

08.10.2026 175
.