117 il yaşayan qadının uzunömürlülük SİRRİ AÇIQLANDI - Hər gün 3 porsiya...

117 il yaşayan qadının uzunömürlülük SİRRİ AÇIQLANDI - Hər gün 3 porsiya...117 il yaşamış Maria Branyas Moreranın genetik kodu araşdırılıb. Elmi nəticələr göstərib ki, bu qədər uzun yaşamağın sirri həm genetik şans, həm də sağlam həyat tərzi ilə bağlıdır.

ABŞ-də doğulmuş, İspaniya vətəndaşı Maria Branyas 2024-cü ildə 117 yaşında vəfat edib. Onun genomu Barselonadakı Josep Carreras Leykoz Tədqiqat İnstitutu tərəfindən analiz edilib və nəticələr Cell Reports Medicine elmi jurnalında dərc olunub.

Tədqiqatı aparan Dr. Manel Esteller bildirib ki, Maria Branyas yaşlanma ilə bağlı bir çox xəstəliklərə qarşı qoruyucu genlərə malik olub. Bu genlər:

İmmun sistemini gücləndirir,

Beyin fəaliyyətini dəstəkləyir,

Yağ mübadiləsini tənzimləyir.

Ancaq onun yalnız genləri deyil, həyat tərzi də çox sağlam olub:

Heç vaxt siqaret və alkoqol istifadə etməyib,

Kənd mühitində yaşayıb,

Hər gün 1 saat gəzintiyə çıxıb,

Aralıq dənizi pəhrizinə üstünlük verib.

Qatıq və gənc bağırsağın sirri

Tədqiqatçılar bildiriblər ki, Maria hər gün 3 porsiya qatıq yeyirmiş. Bu vərdiş onun bağırsaq mikroblarını gənc saxlayıb, iltihabı isə aşağı səviyyədə tutub.
Mütəxəssislər qeyd edirlər ki, təkcə qatıq möcüzə yaratmır - onun ümumi həyat tərzi və sağlam qidalanması bu nəticəyə səbəb olub.

Alimlər vurğulayır ki, Maria Branyasın həyatı yaşlanmanın hər zaman xəstəlik və zəifliklə əlaqəli olmadığını göstərir. King's College London professoru Claire Steves deyib:

"Yaşlılıqla xəstəlik eyni şey deyil. Bəzi bioloji mexanizmlərlə bu proses dəyişdirilə bilər."

Mütəxəssislər hesab edir ki, uzunömürlülüklə bağlı gen və zülalların müəyyənləşdirilməsi gələcəkdə yeni müalicə üsullarına yol aça bilər. Dr. Estellerin sözlərinə görə, məqsəd hər kəsi 117 yaşına çatdırmaq deyil - yaşlılıq dövründə xəstəlik və əzabları minimuma endirməkdir.(milli.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 840   Tarix: 28 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20.09.2026 346
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

20.09.2026 199
.

Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?

Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard

27.09.2026 188
.

Qayğanağa bu məhsulu əlavə edin - səhər yeməyiniz daha faydalı olsun

Qayğanağa avokado əlavə etməklə adi səhər yeməyini lif, vitamin və minerallarla daha zəngin etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, qayğanaq səhər yeməyi üçün ən sadə və qidalı seçimlərdən biri sayılır. Lakin mütəxəssislər bildirirlər ki, yumurtanın tərkibində demək olar ki, lif yoxdur

27.09.2026 185
.

Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı

Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli

20.09.2026 247
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20.09.2026 250
.

Sabunun məişətdə 10 faydalı istifadə üsulu

Adi təsərrüfat sabunu təmizlik və paltar yuma üçün istifadə olunan bir çox vasitəni əvəz edə bilər. Onun əsas üstünlüyü yağ və çirklə yaxşı mübarizə aparmasıdır. -ın xarici mediaya istinadən xəbərinə görə, sabunun tərkibindəki maddələr həm su, həm də yağ hissəcikləri ilə qarşılıqlı təsir göstərdiyində

27.09.2026 214
.

Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə "Nature" jurnalında dərc olunan araşdırmada yer alıb. xarici KİV-ə istinadla bildirir ki, yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yən

27.09.2026 158
.

Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı

Artıq qalan və ya bişirilən yeməklərin saxlama qabına köçürülmədən bişirildikləri qazan və tavalarla birbaşa soyuducuya qoyulması sağlamlıq baxımından ciddi risklər daşıyır. Mütəxəssislər və mətbəx gigiyenası rəsmiləri bişmiş qidaların belə mikroorqanizmlər üçün cəlbedici mühit yaratdığına diqqət çəkərə

26.09.2026 184
.