"Möhnətov mənə dəyən 200 mindən çox ziyanı ödəmir" - "EuroHome"da kompensasiya qalmaqalı

"Möhnətov mənə dəyən 200 mindən çox ziyanı ödəmir" - "EuroHome"da kompensasiya qalmaqalı"EuroHome" inşaat materialları bazarında kompensasiya qalmaqalı yaşanır.

BiG.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, iddialara görə, "EuroHome"un sahibi Azay Möhnətov 2019-cu ildə bazarda baş vermiş yanğına görə bəzi icarədarların kompensasiyasını ödəməyib.

A.Möhnətov onlara kompensasiya ödəniləcəyini vəd etsə də, sonradan müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınıb. Məlumatda bildirilir ki, icarədarlar indiyədək Azay Möhnətovun vədlərinə inanaraq susub. Amma artıq onlar bazar sahibi barədə şikayət etmək qərarına gəliblər.

Məlumat üçün deyək ki, bazarda baş vermiş yanğından sonra icarədarlar kompensasiya tələbi ilə Bakı-Sumqayıt yolunu bağlamışdı. Həmin vaxt Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev icarədarlarla görüşmüşdü. Görüşdə əsas müzakirə mövzusu kompensasiya məsələsi olmuşdu.

Araşdırma nəticəsində məlum olub ki, kompensasiya almayan icarədarlardan biri də Rafiq Ocaqverdiyevdir. Onun bazarda elektrik materiallarının satışını həyata keçirən mağazası olub. Bildirilir ki, yanğın zamanı R.Ocaqverdiyevə 200 000 manatdan çox ziyan dəyib.

Azay Möhnətov ona dəymiş ziyanın ödəniləcəyini vəd edib. Bazar sahibi hətta dövlət qurumlarında keçirilən görüşlərdə də bununla bağlı söz verib. Lakin 6 il keçməsinə baxmayaraq, hələ də adıçəkilən icarədara kompensasiya ödənilməyib.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan, sahibkarlıq fəaliyyətindən əvvəl bir sıra vəzifələrdə çalışan, məntəqə sədri kimi seçki prosesində hakim partiyanı təmsil edən R.Ocaqverdiyev məsələ ilə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edib.

İcarədar bildirib ki, Azay Möhnətov artıq 6 ildir ona kompensasiya ödəməkdən yayınır: "Hər dəfə bir bəhanə gətirir. Əvvəl guya icarəhaqqında güzəşt etdi. Bizdən icarəhaqqı almadı. Bu, bir il çəkdi. Bir ildən sonra isə icarəhaqqını iki dəfə artırdı. Bununla da öz ziyanını kompensasiya etdi. Amma bizim kompensasiyamızı hələ də ödəmir.

Azay Möhnətov dəfələrlə mənə bildirib ki, kompensasiya ödəniləcək. Hər dəfə də bir bəhanə ilə verdiyi vədi yerinə yetirməkdən yayınıb. Təsəvvür edin, borc ödəməkdən cana doymuşuq. Mənim səhhətimdə problem yaranıb. Bir dəfə infarkt keçirmişəm. Amma bütün bunlar Azay Möhnətovun vecinə deyil. Ona görə də qərara gəldim ki, məsələ barədə ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edim".

Rafiq Ocaqverdiyev 2019-cu ildə baş vermiş yanğın hadisəsinə diqqət çəkərək bildirib ki, baş verənlərdə bilavasitə bazarın rəhbərliyi təqsirkardır. Onun sözlərinə görə, yanğın təhlükəsizliyinə ciddi riayət olunmaması yanğının genişmiqyaslı olmasını şərtləndirib.

"Bu səhlənkarlıqdan ziyan çəkən, kredit, borc ödəyən bizik. Mən Azay Möhnətovdan artıq pul istəmirəm. Mənə dəymiş ziyanı tələbi edirəm. Bazarda hər kəs də bilir ki, mənə 200 000 manatdan artıq ziyan dəyib", - deyə Rafiq Ocaqverdiyev vurğulayıb.

Onun sözlərinə görə, artıq bazarda mağazasını bağlayıb: "Borclara görə işləmək mümkün deyil. İflas həddində olduğumuz üçün mağazanı bağlamaq qərarına gəldik. Beləliklə, neçə ailə çörəkdən məhrum oldu. Azay Möhnətov öz əməlləri ilə faktiki olaraq sahibkarlıq fəaliyyətinə zərbə vurur. Halbuki ölkə rəhbərliyinin yürütdüyü siyasətdə sahibkarlığın inkişafı əsas yer tutur".

İcarədar sonda deyib ki, etdiyi müraciətlərin nəticəsi olacaq: "Azərbaycan hüquqi dövlətdir. İnanıram ki, müraciətlərimin bir nəticəsi olacaq. Ola bilər ki, Azay Möhnətov imkanlarına güvənir. Mən isə dövlətə və qanuna güvənirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 686   Tarix: 29 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

08.10.2026 130
.

Can Yaman dəyişdi

Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c

08.10.2026 212
.

Kosmosda ilk dəfə insanların rentgen şəkilləri çəkildi

"Fram2" kommersiya missiyası zamanı ilk dəfə kosmosda insanların diaqnostika üçün yararlı rentgen görüntüləri əldə edilib. Təcrübə gələcək Ay və Mars uçuşlarında astronavtların müayinəsi üçün yeni imkanlar açır. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada üç ekipaj üzvü iştirak edib

08.10.2026 181
.

Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"

Tez-tez sosial şəbəkələrdə marketlərlə bağlı şikayətlər səslənir. İstehlakçıların qarşılaşdığı problem vitrində başqa, kassada başqa qiymətlə qarşılaşmaqdır. Kassada məhsulun qiyməti 50 qəpik, bir, hətta iki-üç manat artıq hesablanır. Kassirdən soruşduqda isə "vitrindəki qiymət köhnədir", "endiri

08.10.2026 187
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 159
.

Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind

08.10.2026 206
.

İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi

08.10.2026 230
.

Antibiotik qəbul edirsinizsə, BUNU yeməyin

Antibiotik müalicəsi zamanı qidalanmaya da diqqət etmək lazım olduğu müəyyənləşib. Yeni araşdırmaya görə, yüksək şəkərli qidalar antibiotiklərin bağırsaq mikrobiomuna təsirini daha da gücləndirə və faydalı bakteriyaların azalmasına səbəb ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçıla

08.10.2026 214
.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca

08.10.2026 210
.