Payızdan zövq alacağınız 5 yer
Payı bəzən xoş olmayan hava ilə yanaşı, səyahətsevərlərə səfərlərini nağıla çevirən parlaq rənglər də gətirir.
BiG.AZ lent.az-a istinadla Avropada payız gözəlliklərindən həzz almaq üçün ən yaxşı beş məkan barədə xəbər verir.
Bern, İsveçrə
İsveçrənin paytaxtı Bern elə bir nağıl şəhərini xatırladır ki, sanki uşaq kitabının üz qabığından düşüb: daş döşəməli küçələr, zəngin bəzədilmiş fəvvarələr, möhtəşəm kilsə və məşhur orta əsr saat qülləsi. Şəhər Alp dağları ilə əhatə olunub və burada iynəyarpaqlı meşələr payızda parlaq sarı rəngə boyanır. Turistlərə Bern funikulyoru ilə Gurten dağının zirvəsinə qalxmağı tövsiyə edirlər. Burada meşə yolları ilə gəzmək və Alp mənzərəsindən həzz almaq mümkündür.
Voss, Norveç
Bergenə yaxın bu kiçik şəhər əsasən qış istirahəti və xizək kurortları ilə tanınır. Lakin o, payızda da gözəl məkan sayılır. Ən diqqətəlayiq yer Voss gölüdür. Güzgü kimi parıldayan buzlaq suları və qızılı rəngdə ağcaqayınlarla əhatələnmiş sahil turistləri valeh edir. Şəhər mərkəzindən qondola ilə Hanguren panoramasına qalxaraq gölə yuxarıdan baxmaq olar. Burada çoxlu gəzinti yolları var, meşələr isə ağcaqayın və şamlarla doludur. Həmçinin payız yarpaqları ilə əhatələnmiş möhtəşəm Tvindefossen şəlaləsini ziyarət etməyə dəyər.
Yanina, Yunanıstan
Görünüşünə görə çoxları Yunanıstanı yalnız yay istiqaməti kimi görür, amma Yanina payızda xüsusi cazibəyə malikdir. Bu, göl kənarında yerləşən orta əsr şəhəridir və dağlarla əhatə olunub. Pamvotis gölü öz kiçik adası ilə seçilir, ora yalnız qayıqla getmək mümkündür. Burada sərin payız gəzintisi etmək, qədim Bizans monastırlarını ziyarət etmək olar. Şəhərin mərkəzində isə daş döşəməli küçələrdə yerləşən Yanina qalası diqqəti cəlb edir.
Bled, Sloveniya
Avropanın ən gözəl Alp göllərindən birinin sahilində yerləşən Bled açıqca nağıl mənzərəsini xatırladır: kristal təmiz göl, kiçik adadakı orta əsr kilsəsi və dağın başındakı möhtəşəm qala. Payızın sentyabr-oktyabr ayları səfər üçün ən yaxşı vaxtdır: hələ hava çox soyumayıb, yarpaqlar isə bütün ənbər çalarlarına boyanır. Bu dövrdə hələ də kanoe və digər açıq hava əyləncələrindən yararlanmaq olar. Bundan əlavə, göl ətrafında yerləşən spa otellərdə istirahət edib, hovuzdan və sağaldıcı prosedurlardan həzz almaq mümkündür.
Vandom, Fransa
Mədəniyyət və təbiəti birləşdirən sakit bir məkan axtaranlar üçün Vandom ideal seçimdir. Bu kiçik şəhər Luar vadisinin mərkəzində yerləşir və orta əsr memarlığı ilə tanınır. Şəhərin üzərində qədim Vandom qalasının xarabalıqları ucalır, çayın sahilində isə Ronsar parkı yerləşir. Rəngarəng payız yarpaqları, piyada körpüsü və sakit mənzərəsi ilə gəzinti üçün gözəl yerdir. Burada orta əsr evlərini, qotik Müqəddəs Üçlük abbatlığını və müxtəlif dadlara uyğun bistro və kafe ziyarət etmək olar.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 881 Tarix: 29 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNecə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201