Altı dəqiqəlik qaranlıq: Əsrin ən uzun tutulması yaxınlaşır
2 avqust 2027-ci ildə Yer kürəsində XXI əsrin ən uzun tam günəş tutulması baş verəcək. Tam qaranlıq mərhələsi 6 dəqiqə 23 saniyə davam edəcək ki, bu da 1991-ci ildən bəri ən böyük rekord olacaq.
Qaynarinfo xəbər verir ki, bu "The Daily Galaxy" yazıb.
Ən əlverişli müşahidə şəraiti Misirdə, xüsusilə Luksorda olacaq. Burada tutulma günorta saatlarına təsadüf edəcək və qədim məbədlər ilə Fironlar vadisinin üzərindən keçəcək. Astronomlar bildirirlər ki, bölgədə aydın səmanın demək olar ki, zəmanəti var - Liviya və Qərbi Misirdə son onilliklərdə avqust tutulmaları zamanı buludlu hava qeydə alınmayıb.
Tutulmanın kölgə zolağı 15 min kilometrdən çox məsafəni əhatə edəcək: Atlantik okeanından başlayaraq İspaniya, Şimali Afrika və Yaxın Şərqdən keçib Yəmən və Şərqi Afrikaya qədər uzanacaq. İspaniyanın cənubunda qaranlıq təxminən 3 dəqiqə davam edəcək, Fransada isə tutulma yalnız qismən görünəcək.
Hadisə həm alimlər, həm də turistlər arasında böyük maraq doğurub. Luksordakı otellər indidən tam doludur, NASA və Avropa universitetləri isə müşahidə missiyaları və qlobal canlı yayımlar hazırlayır.
Bundan başqa, tutulma Günəş tacının və kosmik hava proseslərinin araşdırılması üçün nadir imkan yaradacaq. Misir üçün isə bu hadisə simvolik xarakter daşıyır, çünki günəş tutulmalarını qədim dövrlərdə də kahinlər müşahidə etmiş və məbədlərin divarlarında qeyd etmişdilər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 875 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1619 14-cü mərtəbədən yıxılan kişi sağ qaldı
Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın
01.11.2026 490 111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı
Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar
08.11.2026 232 Payızda yarpaqların rəngini dəyişən görünməz proses
Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni
06.11.2026 419 Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 627 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür
Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri
08.11.2026 411 Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər
Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır
01.11.2026 718 İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət
İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini
01.11.2026 596 Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər
Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric
01.11.2026 706