Azərbaycan Türk dünyasının strateji mərkəzi və regional sabitliyinin qarantıdır

Azərbaycan Türk dünyasının strateji mərkəzi və regional sabitliyinin qarantıdırTürk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşünün geosiyasi əhəmiyyəti həm keçirilən məkan, həm də seçilmiş mövzu ilə sıx bağlıdır. Zirvə Görüşünün əsas mövzusu - "Regional sülh və təhlükəsizlik" TDT-nin regionda sabitlik və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş strateji baxışını əks etdirir. Görüşün Qəbələdə, yəni paytaxt Bakıdan kənarda təşkili regional inkişafın və strateji əhəmiyyətə malik ərazilərin önə çəkilməsi baxımından mühüm siyasi mesaj daşıyır. Bu seçim Azərbaycanın yalnız paytaxtla məhdudlaşmayan milli potensialını və bölgələrdə sabitlik siyasətini nümayiş etdirir.
Zirvə Görüşündə Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı TDT-nin Avropa İttifaqı daxilində strateji təsir kanalları yaratmaq niyyətini nümayiş etdirərək, təşkilatın qlobal miqyasda artan ambisiyalarını ön plana çıxarır.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin rolu və gələcək vizyonu barədə mühüm mesajlar verib. Onun çıxışında tədbirin keçirildiyi Qəbələnin tarixi və mədəni önəmi, xüsusilə Qafqaz Albaniyası irsinə istinad son dövrlərdə tarix üzərindən aparılan saxtalaşdırma cəhdlərinə tutarlı cavab olmaqla yanaşı, Türk dünyasının dərin tarixi köklərinə və Azərbaycanın bu mədəni irsdəki mərkəzi roluna diqqət çəkib.
Bakının siyasi mərkəz rolunun tədricən Şuşa, Xankəndi, Naxçıvan, Qəbələ kimi qədim şəhərlərlə paylaşılması dövlətin məqsədyönlü şəkildə regional inkişafa və təhlükəsizliyin bərpasına verdiyi önəmi göstərir. Bu yanaşma postmüharibə dövründə sərhəd bölgələrinin sabitlik və rifah məkanına çevrilməsinin ən parlaq nümunəsi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev çıxışında dəfələrlə vurğuladı ki, türk dövlətlərinin bir araya gələrək məhz Azərbaycanda Zirvə Görüşü keçirməsi təsadüfi deyil. Onun sözlərinə görə, bu gün TDT, sadəcə, əməkdaşlıq və ya müzakirə platforması deyil, birbaşa mühüm geosiyasi mərkəzə çevrilib. Azərbaycanın təşkilatın institusional əsaslarının möhkəmləndirilməsi üçün maliyyə dəstəyi ayırması da bu fikri təsdiqləyir. Bu, müasir dövrdə dağılmaqda olan qlobal sistem fonunda birləşən və güclənən türk mərkəzinin formalaşdığını göstərir. Analizlər göstərir ki, bu yeni regional gücün qloballaşma modelinin əsas memarı məhz Azərbaycan rəhbərliyidir.
TDT-ni qlobal gücə çevirən amillər artıq bir çox böyük dövlətlər üçün asanlıqla təsir edilə bilməyən strateji sahəyə çevrilib. Bunun əsas səbəbi odur ki, bu gün bir çox ölkədə, o cümlədən regionumuzda daxili iqtisadi və siyasi sabitlik ciddi sınaqlarla üzləşir. Lakin Türk dünyası əməkdaşlıq və qarşılıqlı etimad sayəsində bu çətinlikləri sabitlik və inkişaf yolu ilə uğurla dəf edir.
Macarıstanın Avropadakı mövqeyi ilə Türküstan coğrafiyası arasında yerləşən Azərbaycan, faktiki olaraq Şərq və Qərb sivilizasiyaları arasında unikal əməkdaşlıq dəhlizi rolunu oynayır. Bu mövqe həm Şimal, həm də Cənub sərhədləri istiqamətində baxıldıqda aydın görünür. Məhz buna görə də Azərbaycan böyük güclər arasında toqquşma risklərinin artdığı yeni beynəlxalq nizamda təhlükəsiz əməkdaşlıq axtaran tərəflər üçün ideal körpü və sabitlik mərkəzi kimi ön plana çıxır.
Türk dünyası, eyni zamanda, gənclərin dünyasıdır. Əhalisinin yaş tərkibi onun potensialını və demoqrafik üstünlüyünü açıq şəkildə nümayiş etdirir. Təhlillər göstərir ki, yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əhalisi bir milyarda yaxınlaşa bilər, bu da türkləri dünyada böyük potensiala malik edir. Müsbət demoqrafik saldo, yəni gənc və artan əhali TDT üçün qalıcı və gələcəyə yönəlmiş vahid gücün əsas dayağıdır. Bu potensial indiki beynəlxalq şəraitdə ölçüyəgəlməz dərəcədə güclü görünür.
Zirvə Görüşünün əsas şüarı "Regional sülh və təhlükəsizlik"dir. Bu yanaşma ilk dəfə Naxçıvan Sazişi ilə təsdiqlənmiş və bu gün TDT üzvləri üçün həssas geosiyasi bölgələrdə qoruyucu zireh rolunu oynayır. Orta Asiyada, Qafqazda və Avropada qlobal güclərin maraqları həmişə əməkdaşlığa söykənmir. Azərbaycanın yanaşması sayəsində TDT özünü qorumaq və ehtiyac olduqda əməli hərbi gücə çevrilmək istiqamətində böyük addımlar atır. Hazırda qlobal nizam pozulub və onu idarə edən hüquq normaları tapdanır. Bu şəraitdə TDT-nin üzv dövlətləri üçün birlik və ayrılmama prinsipi həyati əhəmiyyət daşıyır.
Enerji təhlükəsizliyi baxımından Azərbaycanın qlobal imici mühüm dəyərlər qazandırır. Ölkəmizin nəql etdiyi karbohidrogen ehtiyatları sayəsində 14 ölkənin energetika müstəqilliyi qorunub, iqtisadi azadlığı təmin edilib, onlara siyasi güc və özünüifadə imkanları verilib. Məhz bu səbəbdən, TDT-nin əsl gücü və qalıcı dayağı Azərbaycandır. Türk dünyası Azərbaycan sayəsində tarixi varlığını gələcəyə daşımağa doğru güclü addımlar atır.

Aysel Mənsimova - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 748   Tarix: 08 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda uşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər: ev, təhsil, iş…

Dünyanın müxtəlif ölkələrində uşağın doğulması ilə bağlı ailələrə yalnız birdəfəlik ödəniş deyil, uzunmüddətli maliyyə dəstəyi də göstərilir. Bu vəsait uşağın böyüdülməsi, təhsili, mənzil təminatı və gələcəyi ilə bağlı xərclərin qarşılanmasına yönəldilir. Belə mexanizmlər ailələrin üzərinə düşən maliyy

11:24 231
.

Rövşanə Ağasəfqızı bu kanala keçdi

Aparıcı Rövşanə Ağasəfqızı yeni mövsümdə Space TV-də efirə çıxacaq. Axşam.az xəbər verir ki, aparıcı yeni verilişi ilə bağlı paylaşım edib. O, sosial şəbəkə hesabında yeni layihəyə başlayacağını bildirsə də, hansı kanalda olacağını gizli saxlsyıb. "Yeni veriliş başlayır… Yanımda olan hər kəsə sevgilər

11:50 204
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

12:58 216
.

İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi

14:13 209
.

"Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir" - Yenilənib

"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir". "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfəri

11:53 170
.

Mal-qaranı 36 manata sığortalamaq olar - fermerlərə MÜJDƏ

Qarşıdan gələn qış mövsümü təkcə əkin sahələri üçün deyil, heyvandarlıq təsərrüfatları üçün də yüksək risk dövrüdür. Soyuq havalarda təsərrüfatı qızdırmaq üçün istifadə olunan qızdırıcılar bəzi hallarda yanğına və heyvanların tələf olmasına səbəb olur. Digər tərəfdən, qışda yem tapmaq çətinləşdiyində

12:40 208
.

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - Fotolar - Yenilənib

Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. *. Prezident İlham Əliyevin çıxışı. - Hörmətli Sərdar Qurbanquliyeviç. Hörmətli dövlət başçıları

11:13 183
.

Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - Video

Dünən Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avtomobil piyada keçidində hərəkət edən qadınla azyaşlı oğlunun üstündən keçib. Bu zama

17:14 606
.

Zaur Kamaldan efirə qayıtması haqda suala cavab

Aparıcı Zaur Kamal yeni televiziya layihəsi üzərində çalışdığını açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə canlı yayım zamanı hazırda fəaliyyəti və görünüşü ilə bağlı sualları cavablandırıb. "Radioda və ARB TV-də işləyirəm. İşə gedib gəlirəm, maaşımı alıram. Yeni layihələr üzərind

14:50 230
.