Baş nazirdən bu institutlarla bağlı - Qərar

Baş nazirdən bu institutlarla bağlı - QərarElm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır.

BiG.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Sənədə əsasən, müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması məqsədilə qərara alınır:

1. Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın:

- Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;

- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;

- Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu;

- Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;

- İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;

- Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;

- Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu;

- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu.

2. Elm və Təhsil Nazirliyinin tabeliyindəki:

- Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə verilsin;

- Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə verilsin; 2.3. Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilsin.

3. Bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə, elmi müəssisələrin yenidən təşkili və ləğv edilməsi Elm və Təhsil Nazirliyinə tapşırılıb.

Elm və Təhsil Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrini iki ay müddətində təsdiq etməlidir. Publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli və Qərardan irəli gələn digər məsələləri həll etməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 08 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda uşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər: ev, təhsil, iş…

Dünyanın müxtəlif ölkələrində uşağın doğulması ilə bağlı ailələrə yalnız birdəfəlik ödəniş deyil, uzunmüddətli maliyyə dəstəyi də göstərilir. Bu vəsait uşağın böyüdülməsi, təhsili, mənzil təminatı və gələcəyi ilə bağlı xərclərin qarşılanmasına yönəldilir. Belə mexanizmlər ailələrin üzərinə düşən maliyy

11:24 231
.

Rövşanə Ağasəfqızı bu kanala keçdi

Aparıcı Rövşanə Ağasəfqızı yeni mövsümdə Space TV-də efirə çıxacaq. Axşam.az xəbər verir ki, aparıcı yeni verilişi ilə bağlı paylaşım edib. O, sosial şəbəkə hesabında yeni layihəyə başlayacağını bildirsə də, hansı kanalda olacağını gizli saxlsyıb. "Yeni veriliş başlayır… Yanımda olan hər kəsə sevgilər

11:50 204
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

12:58 216
.

İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi

14:13 209
.

"Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir" - Yenilənib

"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir". "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfəri

11:53 170
.

Mal-qaranı 36 manata sığortalamaq olar - fermerlərə MÜJDƏ

Qarşıdan gələn qış mövsümü təkcə əkin sahələri üçün deyil, heyvandarlıq təsərrüfatları üçün də yüksək risk dövrüdür. Soyuq havalarda təsərrüfatı qızdırmaq üçün istifadə olunan qızdırıcılar bəzi hallarda yanğına və heyvanların tələf olmasına səbəb olur. Digər tərəfdən, qışda yem tapmaq çətinləşdiyində

12:40 208
.

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - Fotolar - Yenilənib

Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. *. Prezident İlham Əliyevin çıxışı. - Hörmətli Sərdar Qurbanquliyeviç. Hörmətli dövlət başçıları

11:13 183
.

Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - Video

Dünən Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avtomobil piyada keçidində hərəkət edən qadınla azyaşlı oğlunun üstündən keçib. Bu zama

17:14 606
.

Zaur Kamaldan efirə qayıtması haqda suala cavab

Aparıcı Zaur Kamal yeni televiziya layihəsi üzərində çalışdığını açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə canlı yayım zamanı hazırda fəaliyyəti və görünüşü ilə bağlı sualları cavablandırıb. "Radioda və ARB TV-də işləyirəm. İşə gedib gəlirəm, maaşımı alıram. Yeni layihələr üzərind

14:50 230
.