"TDT-nin gələcəkdə vahid təhlükəsizlik və müdafiə platformasına çevrilməsi də Prezidentin nitqində öz əksini tapıb" - Politoloq
"İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşündə çıxışı bir neçə strateji istiqamətdə diqqətəlayiq idi: təhlükəsizlik, enerji, nəqliyyat-logistika və hərbi əməkdaşlıq. Prezidentin "Türk dövlətləri vahid güc mərkəzi kimi çıxış etməlidir" fikri regionun gələcək geosiyasi xəritəsini müəyyənləşdirən əsas mesajlardan biri kimi dəyərləndirilir".
Bu sözləri politoloq Nicat Qasımov BiG.AZ-a bildirib.
O qeyd edib ki, TDT-nin gələcəkdə vahid təhlükəsizlik və müdafiə platformasına çevrilməsi də Prezidentin nitqində öz əksini tapıb.Bu, türk dövlətlərinin kollektiv müdafiə sisteminin formalaşması istiqamətində atılmış mühüm siyasi mesajdır:
"Azərbaycanın sülh gündəliyinin Vaşinqton Zirvəsində Ermənistanla sülh sazişinin paraflanması ilə nəticələnməsi Cənubi Qafqazda yeni reallığın formalaşdığını göstərir.
Azərbaycan artıq yalnız regional yox, həm də qlobal səviyyədə təhlükəsizlik, enerji və nəqliyyat əlaqələrinin mühüm aktoruna çevrilib. İlham Əliyevin Zəngəzur dəhlizinin açılması, Orta Dəhlizin genişləndirilməsi və bərpaolunan enerji sahəsində əməkdaşlıq barədə fikirləri Türk dünyası arasında iqtisadi inteqrasiyanın dərinləşəcəyini göstərir.
TDT-nin gələcəkdə vahid təhlükəsizlik və müdafiə platformasına çevrilməsi də Prezidentin nitqində öz əksini tapıb.Bu, türk dövlətlərinin kollektiv müdafiə sisteminin formalaşması istiqamətində atılmış mühüm siyasi mesajdır. Azərbaycan və Türkiyə arasında keçirilən 25-dən artıq birgə hərbi təlimin davamı olaraq 2026-cı ildə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsü regional sabitliyin təminatına yönəlib.
İlham Əliyevin çıxışı həm də Türk dünyasının ortaq kimliyinə və mədəni birliyinə çağırış idi. Bakıda keçirilmiş 1926-cı il Türkoloji Qurultayının 100 illiyinin qeyd olunması təklifi isə TDT çərçivəsində mədəni diplomatiyanın yeni mərhələsinə keçid kimi qiymətləndirilir.
Qəbələ Zirvəsi Azərbaycanın təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatının həm siyasi, həm də iqtisadi baxımdan möhkəmlənməsi yolunda mühüm dönüş nöqtəsi kimi tarixə düşür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 659 Tarix: 08 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada məktəbli etirazları böyüyür: Makron hökuməti təzyiq altında
Fransanın mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda ölkənin müxtəlif bölgələrinə yayılıb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Hadisələr
15:54 164 Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar
Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd
18:30 117 "Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."
"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar
15:23 281 Əzbərləmək, yoxsa anlamaq: Təhsildə əsas məqsəd nədir?
"İmtahan zamanı şagirdin qarşısına suallar qoyulur və ondan müəyyən vaxt ərzində cavab verməsi gözlənilir. Bu, biliyi yoxlamağın əsas üsullarından biridir. Lakin imtahan nəticəsi ilə uşağın mövzunu həqiqətən nə dərəcədə başa düşməsi hər zaman eyni olmur". Bunu BİG.AZ-a açıqlamasında təhsi
11:09 179 Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar
"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını
16:31 154 Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind
12:58 216 Azərbaycan-Türkmənistan əməkdaşlığında üç əsas istiqamət - nəqliyyat, enerji və ticarət
"Azərbaycan Prezidentinin Türkmənistana səfəri və Avazada keçirilən 8-ci Məşvərət görüşü bir məsələyə xüsusi diqqət çəkir. Azərbaycan-Türkmənistan münasibətlərində artıq yeni imkanları konkret layihələrə çevirmək mərhələsi başlayır". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyas
16:35 150 Türkmənbaşıda sənədlər imzalandı
Bu gün Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezident
12:39 154 Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər
Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı
19:15 32