"Peyk istehsalı Türk dünyasında birlik, etimad və texnoloji müstəqillik mesajı verir" - Politoloq

"Peyk istehsalı Türk dünyasında birlik, etimad və texnoloji müstəqillik mesajı verir" - PolitoloqTürk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək.

Təşkilatın Qəbələ Bəyannaməsində 2025-ci il iyulun 23-də İstanbulda keçirilən ilk iclasın nəticələrinin dəstəkləndiyi ifadə olunub.

Bildirilib ki, TDT bayrağı altında, üzv dövlətlərin ortaq mütəxəssisliyi və texnoloji gücü sayəsində əldə olunan mühüm bir nailiyyət kimi 2026-cı ildə buraxılması planlaşdırılan 12U TDT-SAT Küp Peykinin istehsalı və buraxılış prosesinin sürətləndirilməsi tapşırığı verilib.

Politoloq Rəcəb Həsənov BiG.AZ-a bildirib ki, birgə peyk layihəsi üzv ölkələrdə mühəndislik və kosmik texnologiyalar sahəsində biliklərin ötürülməsini təmin edə bilər. Yerli mütəxəssislərin yetişməsi, peyk texnologiyalarının ölkəyə xas xüsusiyyətlərinin inkişaf etdirilməsi mümkündür:

"Kosmos texnologiyalarında iştirak beynəlxalq arenada prestij gətirir. Peyk göydə olmasa da, bu tip layihələrin həyata keçirilməsi dövlətlər üçün siyasi simvollar daşıyır, xarici siyasətdə həm qarşı tərəflərə, həm vətəndaşlara mesaj verir.Hüquq mübadiləsi, resursların birgə istifadəsi, texniki infrastruktur və istehsal imkanlarının paylaşılması vasitəsilə TDT daxilində koordinasiyanın güclənməsinə xidmət edə bilər.
Peyk rabitə, müşahidə, fövqəladə vəziyyətlərdə məlumat mübadiləsi kimi sahələrdə vacib ola bilər, xüsusilə regionda kommunikasiya infrastrukturu zəif olan yerlər üçün alternativ rol oynaya bilər.

Bu təşəbbüs Türk dünyasında birlik, etimad və texnoloji müstəqillik mesajı verir. TDT üzvlərinin kosmik layihələrdə əməkdaşlığı regionda strateji güclərin diqqətini çəkə bilər.
Həmçinin, belə addımlar dövlətlərarası balansın formalaşmasında mühüm rol oynaya bilər.
Azərbaycanın rolu bu kontekstdə xüsusilə önəmlidir: ölkə kosmik agentlik sahəsində etdiyi işlər, infrastrukturu və elmi müəssisələri ilə layihənin aparıcı üzvü ola bilər.

Bu layihə — "12U TDT-SAT Küp Peyki" həm simvolik dəyərə malik bir təşəbbüs, həm də real texnoloji və strateji imkanlar yarada biləcək addımdır. Əgər üzv ölkələr maliyyə, insan resursları və texniki koordinasiyanı təmin edə bilsələr, bu, Türk dünyası üçün əhəmiyyətli uğur ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 589   Tarix: 08 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransada məktəbli etirazları böyüyür: Makron hökuməti təzyiq altında

Fransanın mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda ölkənin müxtəlif bölgələrinə yayılıb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Hadisələr

15:54 164
.

Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar

Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd

18:30 117
.

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."

"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar

15:23 281
.

Əzbərləmək, yoxsa anlamaq: Təhsildə əsas məqsəd nədir?

"İmtahan zamanı şagirdin qarşısına suallar qoyulur və ondan müəyyən vaxt ərzində cavab verməsi gözlənilir. Bu, biliyi yoxlamağın əsas üsullarından biridir. Lakin imtahan nəticəsi ilə uşağın mövzunu həqiqətən nə dərəcədə başa düşməsi hər zaman eyni olmur". Bunu BİG.AZ-a açıqlamasında təhsi

11:09 179
.

Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar

"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını

16:31 154
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

12:58 216
.

Azərbaycan-Türkmənistan əməkdaşlığında üç əsas istiqamət - nəqliyyat, enerji və ticarət

"Azərbaycan Prezidentinin Türkmənistana səfəri və Avazada keçirilən 8-ci Məşvərət görüşü bir məsələyə xüsusi diqqət çəkir. Azərbaycan-Türkmənistan münasibətlərində artıq yeni imkanları konkret layihələrə çevirmək mərhələsi başlayır". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyas

16:35 150
.

Türkmənbaşıda sənədlər imzalandı

Bu gün Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezident

12:39 154
.

Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər

Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı

19:15 32
.