"Çexiyanın Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq istəyi təsadüfi deyil" - İqtisadçı ekspert

"Çexiyanın Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq istəyi təsadüfi deyil" - İqtisadçı ekspertÇex Respublikası Avrasiya tranziti üçün davamlı və etibarlı marşrut kimi Orta Dəhlizin strateji əhəmiyyətə malik olduğunu qəbul edir.

Bu Çexiyanın nəqliyyat naziri Martin Kupka deyib.

"Bizim prioritetimiz multimodal nəqliyyat həllərini dəstəkləmək və müvafiq layihələrdə, o cümlədən Azərbaycan və digər regional tərəfdaşlarla əməkdaşlıqda iştirak etməkdir", - o bildirib.

İqtisadçı ekspert Səməd Əliyev BiG.AZ-a bildirib ki, Çexiyanın nəqliyyat naziri Martin Kupka-nın Azərbaycanla Orta Dəhliz marşrutu üzərində əməkdaşlıq prioritetlərini açıqlaması region üçün strateji əhəmiyyət daşıyır. Bu təşəbbüslərin iqtisadi, tranzit, logistika və investisiya baxımından faydaları böyükdür:

"Orta Dəhliz Rusiyadan yan keçən tranzit yoludur ki, bu, siyasi risklərin azaldılması və marşrutların diversifikasiyası üçün vacibdir. Çexiyanın belə marşrutlara marağı Avropa bazarları üçün daha etibarlı təchizat zəncirləri deməkdir.

Bakı Beynəlxalq Dəniz Limanı, Ələt Azad İqtisadi Zonası kimi infrastruktur obyektləri Çexiya və digər Avropa ölkələri üçün lojistik mərkəzlər kimi istifadə edilə bilər. Bu, daşımaların sürətini, sərfiyyatını və rəqabətqabiliyyətini yaxşılaşdırar.

Tranzit malların müxtəlif nəqliyyat növləri vasitəsilə daşınması xərclərin azaldılması, səmərəliliyin və çevikliyin artması deməkdir. Çexiyanın multimodal həllərə önəm verməsi bu baxımdan müsbətdir.

Xarici şirkətlərin, xüsusilə Çexiya nəqliyyat və tikinti sektorlarının regiona sərmayə yatırması iş yerlərinin açılması, texnoloji transfer və yerli təchizat sənayesinin inkişafı üçün imkan yaradacaq.

Çexiyanın Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq istəyini və bu istiqamətdə prioritetlərini açıqlaması təsadüfi deyil. Bu, Avropanın Asiyaya açılan qapısı kimi Bakı-mərhələsindəki mövqeyin strateji iqtisadi mənfəətini tanımasıdır. Doğru planlaşdırma, maliyyə dəstəyi və region dövlətlərinin sıx koordinasiyası ilə Orta Dəhliz tranzit marşrutunun həm regional, həm də beynəlxalq logistika xəritəsində daha önəmli mövqe qazandığını görmək mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 706   Tarix: 08 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransada məktəbli etirazları böyüyür: Makron hökuməti təzyiq altında

Fransanın mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda ölkənin müxtəlif bölgələrinə yayılıb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Hadisələr

15:54 164
.

Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar

Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd

18:30 117
.

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."

"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar

15:23 281
.

Əzbərləmək, yoxsa anlamaq: Təhsildə əsas məqsəd nədir?

"İmtahan zamanı şagirdin qarşısına suallar qoyulur və ondan müəyyən vaxt ərzində cavab verməsi gözlənilir. Bu, biliyi yoxlamağın əsas üsullarından biridir. Lakin imtahan nəticəsi ilə uşağın mövzunu həqiqətən nə dərəcədə başa düşməsi hər zaman eyni olmur". Bunu BİG.AZ-a açıqlamasında təhsi

11:09 179
.

Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar

"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını

16:31 154
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

12:58 216
.

Azərbaycan-Türkmənistan əməkdaşlığında üç əsas istiqamət - nəqliyyat, enerji və ticarət

"Azərbaycan Prezidentinin Türkmənistana səfəri və Avazada keçirilən 8-ci Məşvərət görüşü bir məsələyə xüsusi diqqət çəkir. Azərbaycan-Türkmənistan münasibətlərində artıq yeni imkanları konkret layihələrə çevirmək mərhələsi başlayır". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyas

16:35 150
.

Türkmənbaşıda sənədlər imzalandı

Bu gün Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezident

12:39 154
.

Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər

Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı

19:15 32
.