Azərbaycanın qazandığı qələbələrin memarı – Prezident İlham Əliyev

Azərbaycanın qazandığı qələbələrin memarı – Prezident İlham Əliyev15 oktyabr 2003-cü il müstəqil Azərbaycan Respublikasının tarixinə yazılmış ən əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan üçün o baxımdan əlamətdardır ki, xalqımız öz dövlətçiliyinin gələcəyi, rifahının yüksəkliyinə doğru inamlı bir addım atdı. Belə ki, müdrik Azərbaycan xalqı 2003-cü il 15 oktyabrda keçirilmiş prezident seçkilərində tam əminliklə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verdi.
Xalqın öz gələcəyi ilə bağlı verdiyi qərarların ən doğru qiymətini zaman verir. Ötən illərimizin tarixi həqiqətəndə nə qədər uzaqgörən və doğru qərar verdiyimizi sübuta yetirdi. 2003-cü ildən bu günümüzə qədər ötən müddət ərzində hansı uğurlara imza atdığımıza diqqət yetirsək, qeyd edilən fikirlərin doğruluğuna bir daha əmin olarıq.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi dönəminə nəzər salsaq bu illər ərzində qazandığımız böyük uğurlara şahidlik etmiş olarıq. Möhkəm siyasi sabitlik, böyük həcmdə sərmayələrin ölkəyə cəlb olunması, dayanıqlı iqtisadi inkişaf, xarici siyasətin şaxələndirilməsi, əhalinin rifah halının gündən-günə yüksəldilməsi, müdafiə sənayesinin yaradılması, güclü ordu quruculuğu, sağlam təməl üzərində formalaşmış xalq-iqtidar birliyi son illərdə qazandığımız ən diqqətçəkən uğurlardır. Nəhayət, 8 noyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsində mənfur düşmən üzərində qazandığımız parlaq qələbə - Zəfər günümüz cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizə rəhbərliyi tarixinə sözün əsl mənasında qızıl hərflərlə yazılacaq misilsiz dərəcədə əlamətdar bir hadisədir. Hələ 44 günlük Vətən müharibəsindən əvvəlki dövrdə ölkə prezidentimiz bu qələbənin möhkəm və sağlam təməlini formalaşdırdı. 2023-cü il il sentyabrın 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən zəruri olan tədbir - Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri keçirildi. Azərbaycan ordusu cəmi bir gün ərzində lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı, qarşıda duran bütün vəzifələr yerinə yetirildi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın rifahı naminə yorulmadan çalışır. Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının firavan və təhlükəsiz həyatı dayanır. Torpaqlarımız düşmən tapdağından azad edildikdən sonra qarşımızda daha mühüm bir missiya dayanır - Erməni vandalları tərəfindən dağıdılmış, viran qoyulmuş doğma yurd yerlərimizi bərpa etmək. Ölkə prezidenti bu missiyanı da uğurla həyata keçirmək üçün bütün lazımi Sərəncam və tapşırıqları vermişdir. Bərpa-quruculuq işlərinin keyfiyyətlə və qısa zaman ərzində həyata keçirilməsinə ciddi nəzarət olunur.
Postmüharibə dövründə qarşıda duran digər mühüm vəzifə keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə geri qayıtmalarını təmin etməkdir. Artıq "Böyük Qayıdış" xalqımızın milli ideyasıdır. Biz tam əminik ki, Qarabağ və Zəngəzur ən qısa zamanda bərpa ediləcək. Bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti və prinsipial mövqeyidir. Artıq ölkə başçımız bütün beynəlxalq toplantılarda Azərbaycanı qalib xalqın-qalib prezidenti kimi təmsil edir. Dünya dövlətlərinin başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çox böyük hörmət və ehtiram göstərir, onun müxtəlif məsələlərin həllindəki qətiyyətli mövqeyi ilə hesablaşırlar. Azərbaycan xalqı öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında hələ neçə-neçə qələbələr qazanacaq.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 09 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransada məktəbli etirazları böyüyür: Makron hökuməti təzyiq altında

Fransanın mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda ölkənin müxtəlif bölgələrinə yayılıb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Hadisələr

15:54 164
.

Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar

Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd

18:30 117
.

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."

"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar

15:23 281
.

Əzbərləmək, yoxsa anlamaq: Təhsildə əsas məqsəd nədir?

"İmtahan zamanı şagirdin qarşısına suallar qoyulur və ondan müəyyən vaxt ərzində cavab verməsi gözlənilir. Bu, biliyi yoxlamağın əsas üsullarından biridir. Lakin imtahan nəticəsi ilə uşağın mövzunu həqiqətən nə dərəcədə başa düşməsi hər zaman eyni olmur". Bunu BİG.AZ-a açıqlamasında təhsi

11:09 179
.

Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar

"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını

16:31 154
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

12:58 216
.

Azərbaycan-Türkmənistan əməkdaşlığında üç əsas istiqamət - nəqliyyat, enerji və ticarət

"Azərbaycan Prezidentinin Türkmənistana səfəri və Avazada keçirilən 8-ci Məşvərət görüşü bir məsələyə xüsusi diqqət çəkir. Azərbaycan-Türkmənistan münasibətlərində artıq yeni imkanları konkret layihələrə çevirmək mərhələsi başlayır". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyas

16:35 150
.

Türkmənbaşıda sənədlər imzalandı

Bu gün Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezident

12:39 154
.

Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər

Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı

19:15 32
.