Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur

Prezidentin siyasi peşəkarlığı uğurların əsasında dururAzərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 22 ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verərək Heydər Əliyevin siyasi kursuna verdi.
Keçən müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika alıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Deməli, Azərbaycan Prezidenti çox düzgün, müasir, səmərəli və fayda gətirən kurs həyata keçirir.
İlk dəfə 2003-cü ilin oktyabrın 15-də ölkə rəhbəri seçilən İlham Əliyev göstərdiyi yüksək siyasi fəaliyyətinə görə sonra xalq tərəfindən iki dəfə də Prezident seçildi. Bu müddətdə İlham Əliyevin daim milli və dövləti maraqlardan çıxış edərək, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını hər kəs etiraf edir. Dünyanın böyü dövlətlərinin başçıları Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətində yüksək nüfuza malik olmasını, ölkədə sabitliyin tam bərqərar olunduğunu və uğurlu idarəetməni nəzərə alaraq, əməkdaşlığa can atırlar.
İndi İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi bu 22 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinə əmin oluruq. Bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövlətidir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev əminliklə deyir: "Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz".
Daxili siyasətdə Azərbaycan Prezidenti idarəetmədəki islahatları tamamilə sosial-iqtisadi, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət, ekologiya, sənaye, kənd təsərrüfatı, hərbi və başqa sferalardakı yeniləşmələrlə, iri həcmli maliyyə tələb edən proqramlarla uyğunlaşdıra bilib. Bu iki aspekti isə cəmiyyətdə həyata keçirilən və vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən islahatlarla harmoniya halına sala bilib.
Sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların analizi göstərir ki, Azərbaycan 22 il müddətində sözün həqiqi mənasında nəhəng irəliləyiş əldə edib. Bu irəliləyişin ən gözəl cəhəti ondan ibarətdir ki, həm ayrı-ayrı sferalarda aparılan islahatlar bir-birini tamamlayırlar, həm də onların hər biri insanların həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına xidmət edir.
Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi bu 22 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.
Prezidentin rəhbərliyi ilə ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin inkişafına da təsir göstərdi. Güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü.
Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Nəhayət 2023-cü il sentyabrın 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən zəruri olan tədbir - Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri keçirildi. Azərbaycan ordusu cəmi bir gün ərzində lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı, qarşıda duran bütün vəzifələr yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilir, elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur və bu işlər sürətlə davam edir. Ölkə başçısı qeyd etdiyi kimi "bu işlər heç bir kənar yardım olmadan, yalnız ölkəmizin vəsaiti hesabına görülür". Artıq bu şərait Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və digər kəndlərdə yaradılır. Bununla da, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb.
Beləliklə əminliklə bildirmək lazımdır ki, cənab Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 723   Tarix: 09 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır"

"Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib:. "Biz bütün dünyaya göstərdi

11.07.2026 184
.

Azərbaycan Prezidenti: "Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"

"Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlha

11.07.2026 164
.

NASA Ay və Mars üçün 4 könüllü axtarır

ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars ekspedisiyalarına hazırlıq məqsədilə yeni simulyasiya layihəsinə iştirakçı qəbulu elan edib. xəbər verir ki, məlumata görə, bir il davam edəcək proqram 2027-ci ilin avqust ayında Hyustondakı Conson Kosmik Mərkəzində start götürəcək

11.07.2026 186
.

Trampa qarşı sui-qəsd cəhdi olsa, İrana "minlərlə raket zərbəsi" endirilə bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran tərəfindən ona qarşı sui-qəsd cəhdi olsa, ABŞ İrana "minlərlə raket zərbəsi" endirəcək. "Report" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb. "Min raket istifadəyə hazırdır v

11:45 41
.

Bu gün paytaxtın 544 küçəsi yuyuldu - FOTO

İyulun 11-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməcilikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhə

11.07.2026 200
.

Məktəbli formalarının qiyməti bahalaşacaq? - Açıqlama

Yeni tədris ilinin başlamasına hələ iki aydan artıq vaxt qalsa da, valideynləri düşündürən əsas məsələlərdən biri məktəbli formalarının qiymətləridir. Bu il məktəbli formaların qiyməti bahalaşacaq? . xəbər verir ki, məsələ ilə bağlı satıcı Günel Salmanovanın sözlərinə görə, hazırda qiymətlər ötən ill

00:13 213
.

Kimlər hərbi xidmətə yararsız sayılır? - RƏSMİ AÇIQLAMA

Hər il hərbi xidmətə çağırış prosesi başladıqda cəmiyyətdə eyni suallar yenidən gündəmə gəlir. Vətəndaşların bir qismi hərbi xidmətə cəlb olunsa da, müəyyən kateqoriyaya aid şəxslər sağlamlıq vəziyyəti, fiziki göstəriciləri və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslara görə hərbi xidmətə yararsı

00:17 261
.

Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? - VACİB MƏLUMAT

Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələri yenidən gündəmə gətirən statistika açıqlanıb. Rəsmi məlumatlara əsasən, son beş ildə 65 yaşına çatmadan vəfat edən kişilərin sayı 88 min 100 nəfər olub. Bu, həmin dövrdə vəfat edən kişilərin 48,5 faizini təşkil edir. Bəs pensiya yaşına çatmadan vəfa

11.07.2026 198
.

Müctəba Xamenei atasının ölümünə görə qisas alınacağına söz verdi

İranın dini lideri Müctəba Xamenei Tehranın ABŞ-İsrail zərbələrinin qurbanı olan Əli Xameneinin və digər iranlıların ölümünə görə qisas alacağına söz verib. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Müctəba Xamenei atası, keçmiş dini liderin dəfn mərasimi münasibətilə yazılı müraciətində bildirib

11.07.2026 174
.

TOP MP3