Azərbaycan sığorta bazarında icbari və Kasko sığortasının fərqləri

Azərbaycan sığorta bazarında icbari və Kasko sığortasının fərqləriAzərbaycanın sığorta sektorunda ən çox tələb olunan məhsullar avtomobillərin icbari sığortası və Kasko sığortasıdır. Avtonəqliyyat vasitəsi sahibləri arasında icbari sığortaya tələbat daha yüksəkdir. Bunun əsas səbəbi məhsulun qanunla məcburi olması və sığortasız idarəetməyə görə cərimə sanksiyalarının tətbiq edilməsidir.

Buna qarşılıq olaraq, Kasko sığortası könüllü növ hesab olunur və bazarda geniş populyarlıq qazanmayıb. Sürücülərin əksəriyyəti bu məhsuldan imtina edir, nəticədə satış həcmi aşağı səviyyədə qalır.

Bu barədə BiG.AZ-a açıqlamasında sığorta eksperti Şahin İsmayılov bildirib.

O, qeyd edib ki, sürücülər sığorta məhsullarına müraciət edərkən adətən iki əsas meyara diqqət yetirirlər: məhsulun verdiyi təminatlar və sığorta haqqının məbləği. Əlçatan qiymət və aşağı sığorta haqqı müştərilərin seçimində həlledici rol oynayır:

"İcbari sığortanın qiymət siyasəti "İcbari Sığortalar haqqında" Qanun ilə tənzimlənir. Sığorta şirkətlərinin fərdi qiymət təklifləri verməsi mümkün deyil – qiymətlər yalnız qanunla müəyyən edilmiş çərçivədə ola bilər.

2022-ci ilə qədər sığorta haqları aşağıdakı meyarlara əsasən hesablanırdı:

minik avtomobilləri üçün mühərrik həcmi,

sərnişin nəqliyyatı üçün oturacaq yerlərinin sayı,

yük avtomobilləri üçün yükgötürmə qabiliyyəti.

Hər qəzasız sığorta ilinə görə sürücülərə 5% endirim tətbiq olunurdu. Beləliklə, 10 ildən artıq qəzasız sürücülük təcrübəsi olanlar sığorta haqqını 50–55% endirimlə ödəyirdilər.
Azərbaycan sığorta bazarında icbari və Kasko sığortasının fərqləriLakin illər ərzində ehtiyat hissələrinin və təmir xidmətlərinin qiymətləri artdığı halda, sığorta haqları dəyişməz qaldı. Bu, sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərdi və bəzi şirkətlər bazardan çıxmaq məcburiyyətində qaldı.
Mərkəzi Bankın 2022-ci ildə tətbiq etdiyi dəyişikliklər sığorta bazarına canlanma gətirdi. Yeni qaydalara əsasən, icbari sığorta haqqı aşağıdakı amillərə görə hesablanır:

avtomobilin mühərrik həcmi,

avtomobilin istehsal ili,

sürücünün yaşı və təcrübəsi,

avtomobilin istifadə olunduğu region,

avtomobilə verilmiş etibarnamələrin sayı.

Bu dəyişikliklər nəticəsində sığorta haqları qismən artdı, lakin şirkətlərin maliyyə sabitliyində stabil vəziyyət yarandı. Sürücülər qiymət artımını narazılıqla qarşılasalar da, bu addım sığorta bazarının dayanıqlılığı üçün vacib hesab edilir.

Kasko sığortası könüllü növ olduğu üçün, şirkətlər burada fərdi qiymət siyasəti tətbiq edə bilirlər. Eyni avtomobil üçün müxtəlif şirkətlər fərqli qiymətlər təklif edə bilər.

Kasko sığortasının qiyməti əsasən aşağıdakı meyarlara görə müəyyən olunur:

avtomobilin bazar dəyəri və istehsal ili,

istifadənin məqsədi (şəxsi və ya biznes məqsədli).

Məsələn, şəxsi istifadə üçün olan avtomobillərin sığorta haqqı biznes məqsədli avtomobillərlə müqayisədə xeyli ucuz olur.

Azərbaycan sığorta bazarında qiymət siyasətində son illərdə həyata keçirilən dəyişikliklər şirkətlərin maliyyə sabitliyini qismən təmin etsə də, müştərilərin məmnuniyyəti hələ də istənilən səviyyədə deyil. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə rəqabətə əsaslanan şəffaf qiymət formalaşması həm sürücülərin maraqlarını qoruyacaq, həm də sığorta şirkətlərinin davamlı fəaliyyətini təmin edəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 766   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar

Azərbaycanda 2025-ci il ərzində 5 751 estetik əməliyyat həyata keçirilib. -a istinadən xəbər verir ki, ötən il plastik cərrahiyyə sahəsində ən çox üstünlük verilən əməliyyat növü rinoplastika, yəni burun əməliyyatları olub. Digər estetik əməliyyatlar isə belə sıralanıb:. Üz nahiyəsinin cavanlaşdırılmas

10:39 178
.

Əliyevi "Avaza" Kompleksində qarşıladı - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gəlib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədo

11:05 170
.

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək

Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini

16:52 115
.

Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır

"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin

12:19 214
.

Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl

10:14 349
.

Əzbərləmək, yoxsa anlamaq: Təhsildə əsas məqsəd nədir?

"İmtahan zamanı şagirdin qarşısına suallar qoyulur və ondan müəyyən vaxt ərzində cavab verməsi gözlənilir. Bu, biliyi yoxlamağın əsas üsullarından biridir. Lakin imtahan nəticəsi ilə uşağın mövzunu həqiqətən nə dərəcədə başa düşməsi hər zaman eyni olmur". Bunu BİG.AZ-a açıqlamasında təhsi

11:09 177
.

Deputat: Azərbaycan-Türkmənistan əlaqələri bütün sahələrdə inkişaf edir

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqul

14:30 155
.

İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi

14:13 195
.

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün şərtlər irəli sürdü

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün yeni plan təqdim edib. Üç bənddən ibarət təklif Kiyev tərəfindən əvvəlki təşəbbüslərlə müqayisədə daha əhatəli hesab olunub. xəbər verir ki, planın birinci bəndinə əsasən, tərəflər enerji və digər mühüm infrastruktura hücumları dayandırmalıdır. İkinc

10:48 164
.