"Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı" layihəsi çərçivəsində gənclərlə görüş keçirilib
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı" layihəsi çərçivəsində Sabirabad və Ağcabədi rayonlarında gənclərlə görüş keçirilib.
Sabirabad rayonunda keçirilən görüş zamanı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov belə tədbirlərin gənclərin inkişafına və onların media sahəsində fəallığının artırılmasına mühüm töhfə verdiyini qeyd edib. Medianın İnkişafı Agentliyinin nümayəndəsi Əkbər Mikayılov, Gənclər Fondunun regional nümayəndəsi Əli Nağıyev və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Aqil İsmayılzadə keçirilən media təlimlərinin gənclərin media savadlılığının artırılması, rəqəmsal mühitdə düzgün məlumat idarəçiliyi bacarıqlarının formalaşdırılması və ictimai fəallığın təşviqi baxımından əhəmiyyətindən danışıblar. Ardınca Space TV-nin Xəbər xidmətinin rəhbəri Elman Vəliyev informasiya təhlükəsizliyi, mediada düzgün məlumatın yoxlanılması, etibarlı mənbələrin seçilməsi və jurnalistikanın praktik aspektləri mövzularından bəhs edib.
Ağcabədi rayonunda keçirilən növbəti görüşdə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı, Gənclər Fondunun regional nümayəndəsi Coşqun İsmayılov və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Elxan Məmmədov iştirakçıları salamlayaraq bu görüşlərin gənclərin media savadlılığının artırılmasına, onların informasiya cəmiyyətində daha fəal iştirakına və milli mətbuat ənənələrinin təbliğinə mühüm töhfə verdiyini vurğulayıblar. Daha sonra iştirakçılar peşəkar jurnalist və tanınmış aparıcı Ceyhun Səfərov tərəfindən informasiya savadlılığı, rəqəmsal dövrdə medianın rolu, sosial şəbəkələrdə düzgün informasiya idarəçiliyi və yalan xəbərlərə qarşı mübarizə mövzularında məlumatlandırılıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi rəqəmsal əsrdə gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, yeni media alətlərindən istifadə bacarıqlarının inkişaf etdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmə işinin gücləndirilməsi və gənclər arasında həmrəyliyin artırılmasıdır.























BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 784 Tarix: 10 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda ən çox edilən estetik əməliyyatlar
Azərbaycanda 2025-ci il ərzində 5 751 estetik əməliyyat həyata keçirilib. -a istinadən xəbər verir ki, ötən il plastik cərrahiyyə sahəsində ən çox üstünlük verilən əməliyyat növü rinoplastika, yəni burun əməliyyatları olub. Digər estetik əməliyyatlar isə belə sıralanıb:. Üz nahiyəsinin cavanlaşdırılmas
10:39 178 Əliyevi "Avaza" Kompleksində qarşıladı - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gəlib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədo
11:05 170 Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək
Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini
16:52 115 Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır
"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin
12:19 214 Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl
10:14 349 Əzbərləmək, yoxsa anlamaq: Təhsildə əsas məqsəd nədir?
"İmtahan zamanı şagirdin qarşısına suallar qoyulur və ondan müəyyən vaxt ərzində cavab verməsi gözlənilir. Bu, biliyi yoxlamağın əsas üsullarından biridir. Lakin imtahan nəticəsi ilə uşağın mövzunu həqiqətən nə dərəcədə başa düşməsi hər zaman eyni olmur". Bunu BİG.AZ-a açıqlamasında təhsi
11:09 177 Deputat: Azərbaycan-Türkmənistan əlaqələri bütün sahələrdə inkişaf edir
Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqul
14:30 155 İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi
14:13 195 Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün şərtlər irəli sürdü
Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün yeni plan təqdim edib. Üç bənddən ibarət təklif Kiyev tərəfindən əvvəlki təşəbbüslərlə müqayisədə daha əhatəli hesab olunub. xəbər verir ki, planın birinci bəndinə əsasən, tərəflər enerji və digər mühüm infrastruktura hücumları dayandırmalıdır. İkinc
10:48 164