Qadınlar 50 yaşdan sonra niyə boşanır? - Səbəb məlum oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? - Səbəb məlum olduStatistikaya görə, son illərdə boşananlar arasında gənclərlə yanaşı 50 yaşdan sonra nikahını sonlandıranlara da rast gəlinir. Bəzi iddialara əsasən, bu yaşda nikahın pozulması təşəbbüsünü daha çox xanımlar irəli sürür, boşanmaq üçün ərizə ilə müraciət edirlər. Bəs bu nə ilə bağlıdır?

Məsələ ilə bağlı "Yeni Sabah"a danışan sosioloq Mail Yaqub hesab edir ki, boşanmanın əsasən bir səbəbi olur.

O bildirib ki, əgər ailədə sevgi yoxdursa, qadın həyat yoldaşından dəyər görmürsə onda boşanma məsələsi aktuallaşır: "Qadın qisas almaq, müəyyən yaş dövründə ailə yükündən xilas olmaq və həyat yoldaşına baxmamaq üçün belə bir addım ata bilər".

M.Yaqub söyləyib ki, amma boşanmanın səbəbləri yalnız bununla məhdudlaşmır, bəzən bu addımı kişi atır, bəzən isə qadın: "Səbəblər müxtəlifdir və konkret biri üzərində dayanmamaq lazımdır. Başqa səbəblər də mövcuddur: qadın kişini bezdirə, kişi qadını bezdirə bilər. Belə olanda hər ikisi dözə bilmir. İnsanlar 30 yaşında belə boşanmaq istəyərdilər, amma ümid edirdilər ki, bəlkə hər şey yoluna düşər. Təəssüf ki, bu alınmadıqda 45-50 yaşlarında boşanırlar".

Sosioloqun fikrincə, hər bir halda, boşanmanın konkret səbəbləri olur: "Əsas səbəb psixoloji faktorlardır. Kişi və qadının hərəkətləri və sözləri ilə bir-birini bezdirməsi boşanmaların əsas mənbəyidir. Sosial və iqtisadi səbəblər də mövcuddur, məsələn, kişinin gəliri azdır deyə boşanma hallarına rast gəlinir, amma Azərbaycan reallığında bu halların sayı azdır. Əsas səbəb kişinin qadına qarşı təhqir, şiddət göstərməsi, qadının kişiyə qarşı sayğısızlığı və özbaşınalığıdır. Ona görə də bu sahədə ciddi iş aparmaq, insanların bir-biri ilə ünsiyyətini formalaşdırmaq və normallaşdırmaq vacibdir".

Psixoloq Samirə Bağırova isə düşünür ki, dövr dəyişdikcə qaydalar da yenilənir və insanlar oyanış mərhələsinə keçid edirlər:

"Qadınlar avamlığı ləng də olsa geridə qoyurlar. Ələlxüsus qadınların oyanışı, boşanmalara səbəb olur, kişiləri təəccübdə qoyur. Statistika da göstərir ki, 50 yaş civarında boşanma qərarını çox vaxt qadınlar verirlər. Çünki illərlə ailə məsuliyyəti, övladların böyüdülməsi, qayğı yükünü daşıyırlar. Kişilər illərlə özlərini yalnız pul qazanmağa aid etdiklərindən, ailədə yalnız avtoritar obrazda olduğundan bütün məsuliyyət qadına yüklənirdi. Eləcə də hər hansı bir yanlışda qadın günahkar olurdu. Bu günün qadını özünü həm maddi, həm mənəvi inkişaf etdirmək gücünə sahibdir. Yaşından asılı olmayaraq, özünü ifadə etmək imkanını, şəxsi bacarıqlarını, ürəyindəki arzularını reallaşdırır, bunun heç də gec olmadığını anlayaraq özünü psixoloji basqıdan, avtoritar, yaxud narsistik münasibətdən qurtarır".

Onun sözlərinə görə, uşaqlar böyüyüb evdən ayrıldıqdan sonra qadın özünə "mənim həyatıma nə qaldı?" sualı verir. Psixoloq düşünür ki, bundan sonra ər-arvad arasında illərlə yığılan gərginlik daha qabarıq şəkildə özünü göstərməyə başlayır: "Bu səbəbdən də qadın özü üçün yaşamağı seçir. İllərlə diqqətsizlik, hörmət və sevgi çatışmazlığı dərin bir boşluq yaradır. Kişilər üçün isə boşanma qəribə və çətin görünür, çünki ailənin, daha doğrusu, qadının kişiyə verdiyi "sosial dayaq" və gündəlik qayğının rahatlığını itirmək istəmirlər. Bu günün gənc nəslin oğlanları artıq başqa qaydalarla tərbiyə olunur. Hər bir oğlan uşağı artıq altı yaşından şəxsi əşyalarını, yatağını, süfrəsini, yeməyini hazırlamağı, ev işlərində dəstək olmağı öyrənməlidir. Eləcə də gələcəyin atası olaraq övladına ana səviyyəsində baxmağı öyrəndikcə tam bərabərhüquqlu, sağlam ailələr ərsəyə gəlmiş olacaq. Həmçinin birgə çəkilən zəhmətlərin bağı daha möhkəm olur".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1051   Tarix: 12 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qeyri-adi tapmaca: cavabını tapa bilərsinizmi?

Sosial mediada sadə bir artı işarəsinin tamamilə fərqli bir qaydanı gizlətdiyi bir riyazi tapmaca populyarlıq qazanır. -ın xəbərinə görə, məqsəd sağdakı rəqəmlərin necə əldə edildiyini anlamaq və sonuncu nümunənin nəticəsini müəyyən etməkdir. Şəkildə aşağıdakı tənliklər göstərilir: 6 + 3 = 15, 7 +

27.09.2026 191
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20.09.2026 212
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20.09.2026 222
.

Sabunun məişətdə 10 faydalı istifadə üsulu

Adi təsərrüfat sabunu təmizlik və paltar yuma üçün istifadə olunan bir çox vasitəni əvəz edə bilər. Onun əsas üstünlüyü yağ və çirklə yaxşı mübarizə aparmasıdır. -ın xarici mediaya istinadən xəbərinə görə, sabunun tərkibindəki maddələr həm su, həm də yağ hissəcikləri ilə qarşılıqlı təsir göstərdiyində

27.09.2026 214
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20.09.2026 288
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20.09.2026 346
.

Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya

"Android" smartfonlarının istifadəçiləri bəzən ekranın yuxarı hissəsində, mobil şəbəkə, Wi-Fi və batareya işarələrinin yanında kiçik "n" hərfini görə bilərlər. Bir çoxları bu işarənin nə demək olduğunu bilmir. xarici mediaya istinadən xəbər verir ki, "n" hərfi telefond

27.09.2026 358
.

WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ

WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri

27.09.2026 296
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20.09.2026 221
.