Dünyanın gizli tarixi: Planetimizin taleyini dəyişdirən 5 böyük dönüş nöqtəsi

Dünyanın gizli tarixi: Planetimizin taleyini dəyişdirən 5 böyük dönüş nöqtəsiPlanetimizin 4,5 milyard illik tarixində baş verən dərin dəyişikliklər bu günkü təbii tarazlığı necə formalaşdırıb?

BiG.AZ xəbər verir ki, Ayın yaranmasından kütləvi yoxolmalara, insan təsirinə qədər Yer kürəsinin keçirdiyi mühüm mərhələlər, həyatın formalaşmasında həlledici rol oynayıb.

1. Ayın yaranışı – toqquşmadan doğan sabitlik

Təxminən 4,5 milyard il əvvəl Günəş sisteminin formalaşma mərhələsində, Mars ölçüsündə olan Theia adlı səma cismi Yerə çırpılıb. Bu zərbə nəticəsində Yer qabığından qoparaq kosmosa sovrulan maddələr birləşərək bugünkü Ayı əmələ gətirib.

Ay təkcə gecələr səmanı işıqlandıran bir cisim deyil, həm də Yerin ox meyilliyini sabit saxlayan əsas tarazlıq amilidir. Əgər Ayın cazibə qüvvəsi olmasaydı, Yer daim dəyişən bir ox əyilməsi ilə qeyri-sabit iqlimlərə sahib olardı və bu da həyatın yaranmasını mümkünsüz edərdi. Beləcə, bir fəlakət nəticəsində yaranan Ay, həyat üçün zəruri sabitliyin əsas səbəblərindən birinə çevrilib.

2. Böyük oksidləşmə hadisəsi – atmosferi dəyişdirən canlılar

Təxminən 2,4 milyard il əvvəl Yerin atmosferində oksigen demək olar ki, yox idi; onu əsasən metan və karbon qazı təşkil edirdi. Lakin siyanobakteriyalar fotosintezə başlayanda vəziyyət birdəfəlik dəyişib. Onların "yan məhsulu" kimi yaranan oksigen əvvəlcə dənizlərdəki minerallarla, daha sonra isə atmosferlə reaksiyaya girib və yığılmağa başlayıb.

"Böyük oksidləşmə hadisəsi" adlanan bu proses, oksigensiz mühitdə yaşayan saysız mikroorqanizmin məhv olması ilə nəticələnib. Amma eyni zamanda oksigenli atmosferin yaranması, daha mürəkkəb canlı formalarının təkamülünə şərait yaradıb. Oksigenin metanla reaksiyası iqlimin soyumasına gətirib çıxardı və Yer tarixində ilk böyük buzlaşma dövrünü başladıb.

3. Kembri dövrü partlayışı – həyatın dizayn inqilabı

Təxminən 540 milyon il əvvəl baş verən "Kembri partlayışı" Yerdə həyatın inkişafında inanılmaz bir sıçrayış olub. Bu dövrdən əvvəl canlılar əsasən sadə və mikroskopik idi, lakin qısa bir geoloji müddətdə çoxhüceyrəli, mürəkkəb orqanizmlər sürətlə müxtəlifləşib.

Bu mərhələdə qabıqlar, xarici skeletlər, ilkin onurğalılar və mürəkkəb görmə sistemləri ortaya çıxıb. Müasir heyvan qruplarının əksəriyyətinin ilkin formaları məhz bu dövrdə yaranıb. Alimlər bu sıçrayışı atmosferdə oksigen artımı, genetik mexanizmlərin inkişafı və ətraf mühit dəyişikliklərinin birləşməsi ilə izah edirlər.

4. "Böyük ölüm" – həyatın ən dağıdıcı kütləvi yox olması

Təxminən 252 milyon il əvvəl baş verən Perm-Triyas sərhədi faciəsi, Yer tarixinin ən böyük kütləvi yox olma hadisəsi hesab olunur. "Böyük ölüm" zamanı bütün canlı növlərinin 90 faizdən çoxu məhv olub.

Ən çox qəbul edilən nəzəriyyəyə görə, bu fəlakət indiki Sibir ərazisində baş verən nəhəng vulkan püskürmələri nəticəsində yaranıb. Atmosferə yayılan nəhəng miqdarda qazlar iqlimi kəskin şəkildə qızdırıb, okeanları turşulaşdırıb və oksigen səviyyəsini azaldıb. Həyat demək olar ki, sıfırdan başladı, lakin bu böhran sonradan dinozavrlar və məməlilərin əcdadları üçün yeni təkamül imkanları yaradıb.

5. Antroposen – insan dövrünün başlanğıcı

Dünyanı dəyişdirən güclərin çoxu təbiətdən qaynaqlanmışdı, amma son bir neçə min ildə insan bəşəriyyətin özünü geoloji gücə çevirib. Əkinçiliklə meşələr məhv edildi, heyvanlar evcilləşdirildi və xüsusilə sənaye inqilabı ilə fosil yanacaqların istifadəsi atmosferi kəskin dəyişdirib.

XX əsrdə nüvə sınaqları və texnoloji inkişafa bağlı dəyişikliklər Yerin geoloji təbəqələrində silinməz izlər buraxıb. Nüvə partlayışlarından qalan radioaktiv maddələr, sanki bir asteroid toqquşması kimi, planetin tarixində yeni bir dövrün simvoluna çevrilib. Buna görə alimlər hazırkı mərhələni "Antroposen" – yəni "İnsan dövrü" adlandırmağı təklif edirlər.(qaynarinfo)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 822   Tarix: 13 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.