"Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu niyə vacibdir?

"Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu niyə vacibdir?"Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu niyə vacibdir?Dünyada indiyədək cəmi 50 nəfərdə "Rh null" adlı son dərəcə nadir qan qrupu müəyyən edilib.

Bu şəxslərin qan köçürülməsinə ehtiyacı yarandıqda uyğun donoru tapmaq demək olar mümkün olmur. Alimlər bu səbəbdən həmin şəxslərə gələcəkdə istifadə üçün öz qanlarını donduraraq saxlamağı məsləhət görürlər. Bəs "Rh null" qan qrupunun mənşəyi nədir və bu qan laboratoriyada istehsal edilə bilərmi?

"Qızıl qan" adlandırılan "Rh null" qan qrupu hər altı milyon insandan birində rast gəlinir. Alimlər indi bu qan növünü laboratoriya şəraitində yenidən yaradaraq həyatları xilas etməyi ümid edirlər.

Qan köçürülməsi müasir təbabətdə inqilabi dəyişiklik yaradıb. İnsan yaralandıqda və ya əməliyyata ehtiyacı olduqda, başqalarının bağışladığı qan çox vaxt həyat qurtarır. Lakin nadir qan qrupuna malik şəxslər üçün uyğun qan tapmaq böyük çətinlik yaradır. "Rh null" qrupuna sahib insanlar isə bu baxımdan ən çətin vəziyyətdə olanlardandır. Onların qanında təxminən 50 Rh antijenindən heç biri yoxdur, buna görə də yalnız eyni qrupdan qan ala bilirlər. Lakin onların qanı bir çox digər Rh növləri ilə uyğun gəlir və bu səbəbdən "qızıl qan" adlanır.

Mütəxəssislərin fikrincə, "Rh null" qrupundan olan qan, müxtəlif qan tiplərinə sahib insanlara uyğun gəlmə potensialına görə universal donor ola bilər. Xüsusilə xəstənin qan qrupunun bilinmədiyi təcili hallarda, "Rh null" qan allergik reaksiyanın yaranma riskini xeyli azaldır.

Tədqiqatlar göstərir ki, "Rh null" qan qrupu, eritrositlərin səthində yerləşən və Rh antijenlərinin formalaşmasında əsas rol oynayan RHAG adlı züləldə baş verən genetik mutasiyalardan yaranır. Bu mutasiyalar nəticəsində zülalın forması dəyişir və nəticədə digər Rh antijenləri səthdə əmələ gələ bilmir.

Bristol Universitetindən professor Eş Toye və komandası 2018-ci ildə laboratoriyada "Rh null" qanı istehsal etməyə nail olublar. Onlar "Crispr-Cas9" adlı gen redaktə texnologiyasından istifadə edərək, ABO və Rh antijenləri də daxil olmaqla beş əsas qan qrupuna aid genləri deaktiv ediblər. Nəticədə bu şəkildə əldə edilən hüceyrələr bir çox qan növü ilə uyğun olub, hətta "Rh null" və "Bombay" fenotipi kimi çox nadir qruplara da uyğunluq göstərib.

Bununla belə, gen redaktəsi texnologiyaları hələ də bir çox ölkələrdə ciddi şəkildə tənzimlənir və bu cür qanların klinik istifadəyə verilməsi üçün uzunmüddətli sınaqlar tələb olunur.

Professor Toyenin rəhbərlik etdiyi "Scarlet Therapeutics" şirkəti "Rh null" daxil olmaqla nadir qan qruplarından nümunələr toplayaraq laboratoriyada bu hüceyrələrdən çoxsaylı eritrositlər istehsal etməyi planlaşdırır.

2021-ci ildə ABŞ-ın Milvaukee şəhərindəki Versiti Qan Araşdırma İnstitutundan immunoloq Qreqori Denomme və komandası "Crispr-Cas9" texnologiyası ilə insan mənşəli pluripotent kök hüceyrələrdən "Rh null" da daxil olmaqla fərdiləşdirilmiş qan tipləri yaradıblar.

Kanadadakı Laval Universitetindən tədqiqatçılar A pozitiv qan qrupuna malik donorlardan götürülmüş hüceyrələrdə A və Rh antijenlərini silərək O "Rh null" qan hüceyrələri əldə ediblər. İspaniyanın Barselona şəhərindəki alimlər isə "Rh null" donordan alınmış kök hüceyrələri A tipindən O tipinə çevirərək, qanı daha universal hala gətirməyə nail olublar.

Lakin laboratoriyada istehsal olunan qan hələ geniş istifadə üçün hazır deyil. Əsas çətinlik kök hüceyrələrin təbii şəkildə olgun eritrositlərə çevrilməsini təmin etməkdir.

Professor Toyenin rəhbərlik etdiyi RESTORE layihəsi bu istiqamətdə ilk klinik sınaqlardan biridir və laboratoriyada yetişdirilən eritrositlərin sağlam könüllülərdə sınaqdan keçirilməsini nəzərdə tutur.

Alimlərin fikrincə, yaxın gələcəkdə adi qan bağışları hələ də əsas mənbə olacaq. Lakin nadir qan qruplarına malik insanlar üçün laboratoriyada istehsal olunan qan böyük bir inqilab yarada bilər. (qaynarinfo)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 586   Tarix: 16 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu

Sağlam qidalanma deyildikdə ilk ağla gələn qidalardan biri olan qatıq tərkibindəki kalsium, zülal və vitaminlərlə qidalanma rejimimizin təməl daşlarını təşkil edir. Lakin market rəflərində və mətbəxlərdə qarşılaşdığımız müxtəlif qatıq növlərinin bədənə təmin etdiyi faydalar bir-birindən xeyli fərqlənir

27.09.2026 226
.

Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir

İdmanın bütün faydaları əslində məşq bitən kimi ortaya çıxır. İnsan bədəni yaşlandıqca əzələlər əzələ yaradan siqnallara və zülala qarşı daha dözümlü olur. xəbər verir ki, xüsusilə 30 yaş və üzəri şəxslərdə əzələ kütləsini qorumaq, toxuma bərpasını təmin etmək və keyfiyyətli yaşlanmaq tamamilə məşqdə

27.09.2026 239
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21.09.2026 382
.

Rusiyada muzeydə ziyarətçi şəkilə baxanda gözlərinə inanmadı: Şüşədə naməlum qadın üzü GÖRÜNDÜ

Rusiyadakı muzeylərdən birində ziyarətçi eksponatların yaxınlığında "xəyalət" olduğunu iddia edib. xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. Qazaxıstanlı turist Nərgizə Sankt-Peterburq şəhərində yerləşən Leninqradın mühasirəsi muzeyində olarkən blokad

27.09.2026 280
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20.09.2026 246
.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20.09.2026 242
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20.09.2026 280
.

Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə "Nature" jurnalında dərc olunan araşdırmada yer alıb. xarici KİV-ə istinadla bildirir ki, yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yən

27.09.2026 157
.

Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ

"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"

27.09.2026 201
.