Doğrama taxtalarını əsla yuyucu tozla yumayın - SƏBƏB
Mətbəxdə istifadə etdiyiniz bəzi ləvazimatları daha güclü təmizləyicilərlə yumaq istəyə bilərsiniz. Amma qida ilə birbaşa təmasda olan əşyalar üçün kimyəvi maddələrdən uzaq durmaq ən doğru seçimdir. Doğrama taxtaları da bu siyahıya daxildir. Buna görə də onları xlor, yuyucu toz və digər sərt kimyəvilərlə yumaq məsləhət görülmür.
BiG.AZ xəbər verir ki, bu taxtalar düzgün təmizlənmədikdə bakteriya yığa və sağlamlıq üçün risk yarada bilər. Amma onları kimyəvi maddələrlə yumaq, xüsusilə taxta materialdan olanları korlayır və qurudaraq çatlamasına səbəb ola bilər.
Əslində doğrama taxtasını dərindən təmizləmək üçün lazım olan tək şey tuzdur.
Duz taxtanın səthindəki ləkələri, qida qalıqlarını çıxarır və aşındırıcı təsir göstərir. Eyni zamanda suyu özünə çəkdiyi üçün bakteriyaların içindəki nəmi alıb onları qurudur və məhv edir.
Xüsusi bir duz növünə ehtiyac yoxdur. Evdə olan iri dənəli və ya adi mətbəx duzu kifayətdir. Limonla birlikdə istifadə etdikdə nəticə daha yaxşı olur.
Limonun turşuluğu yağlı qalıqları əridir, ləkələri açır, köhnə qoxuları aradan qaldırır.
Doğrama taxtasının düzgün təmizlənmə qaydası
Taxtanı əvvəlcə su ilə durulayın.
Üzərinə təxminən 1-1,5 stəkan duz səpin.
Bir limonu iki yerə bölün və kəsik hissəsi ilə duzu taxtaya yaxşıca yedirdin.
Qarışığı 5-10 dəqiqə taxtanın üzərində saxlayın.
Sonra duzu taxtadan sıyırın və ya su ilə yuyun.
Üstündəki qalıqları təmizləmək üçün süngərdən istifadə edin.
Bu zaman duz və limonun qarışığının rənginin bozlaşdığını görəcəksiniz - bu, çıxan yağ və kir hissəcikləridir.
Tuz-limon üsulu daha çox ayda bir dəfə edilən dərin təmizlik üçündür. Gündəlik olaraq sadəcə isti su ilə yumaq kifayətdir.
Dərin təmizləmədən sonra taxta tam quruduqda üzərinə qida üçün uyğun mineral yağ çəkmək onun çatlamasının qarşısını alır və ömrünü uzadır.(milli.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1625 Tarix: 17 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEv qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
Sağlam qidalanma deyildikdə ilk ağla gələn qidalardan biri olan qatıq tərkibindəki kalsium, zülal və vitaminlərlə qidalanma rejimimizin təməl daşlarını təşkil edir. Lakin market rəflərində və mətbəxlərdə qarşılaşdığımız müxtəlif qatıq növlərinin bədənə təmin etdiyi faydalar bir-birindən xeyli fərqlənir
27.09.2026 226 Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
İdmanın bütün faydaları əslində məşq bitən kimi ortaya çıxır. İnsan bədəni yaşlandıqca əzələlər əzələ yaradan siqnallara və zülala qarşı daha dözümlü olur. xəbər verir ki, xüsusilə 30 yaş və üzəri şəxslərdə əzələ kütləsini qorumaq, toxuma bərpasını təmin etmək və keyfiyyətli yaşlanmaq tamamilə məşqdə
27.09.2026 239 30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21.09.2026 382 Rusiyada muzeydə ziyarətçi şəkilə baxanda gözlərinə inanmadı: Şüşədə naməlum qadın üzü GÖRÜNDÜ
Rusiyadakı muzeylərdən birində ziyarətçi eksponatların yaxınlığında "xəyalət" olduğunu iddia edib. xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. Qazaxıstanlı turist Nərgizə Sankt-Peterburq şəhərində yerləşən Leninqradın mühasirəsi muzeyində olarkən blokad
27.09.2026 280 Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20.09.2026 246 Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20.09.2026 242 Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20.09.2026 280 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT
Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə "Nature" jurnalında dərc olunan araşdırmada yer alıb. xarici KİV-ə istinadla bildirir ki, yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yən
27.09.2026 157 Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ
"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"
27.09.2026 201