Eviniz düşündüyünüz qədər təmiz deyil - Ən çirkli əşya bu imiş
Ev təmizliyi çox zaman yalnız görünən çirklərin aradan qaldırılması ilə məhdudlaşır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, gündəlik həyatda istifadə etdiyimiz bir çox əşya əslində mikrob yuvasıdır və ev daxilində xəstəliklərin yayılmasında əsas rol oynayır. Hər gün dəfələrlə əlimizin dəydiyi bu əşyalar mütəmadi olaraq dezinfeksiya edilmədikdə bakteriya və virusların sürətlə çoxaldığı "gizli təhlükə nöqtələri"nə çevrilir.
BiG.AZ xəbər verir ki, araşdırmalar ağıllı telefonların tualet oturacağından qat-qat daha çox bakteriya yığdığını ortaya çıxarıb.
Gün boyunca əldən düşməyən telefonlar çöldə topladığı kir, yağ, tər və mikrobları evə daşıyır. Mütəxəssislər telefonların hər gün ən az bir dəfə spirt tərkibli salfetlə silinməsini tövsiyə edirlər.
Ev içərisində mikrobların ən sıx olduğu yerlərdən biri də mətbəx süngərləridir. Daim nəm qalan bu süngərlər salmonella kimi təhlükəli bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Buna görə də süngərlərin tez-tez dəyişdirilməsi, müəyyən aralıqlarla qaynar suda və ya mikrodalğada dezinfeksiya edilməsi tövsiyə olunur.
Televizor pultları, işıq açarları və qapı qolları evdə ən çox toxunulan səthlər sırasında olsa da, çox vaxt təmizlənməsi unudulur. Xüsusilə qrip və soyuqdəymə mövsümündə bu hissələr virusların və mikrobların ən tez yayıldığı nöqtələrə çevrilir. Mütəxəssislər bu səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsini vacib hesab edir.
Ev şəraitində işləyənlərin intensiv istifadə etdiyi klaviatura və siçan üzərində toz, yağ və yemək qalıqları toplanır. Bu isə mikrob yükünü artırır və infeksiya riskini yüksəldir. Klaviatura və siçanın həftədə ən az bir dəfə diqqətlə təmizlənməsi məsləhətdir.
Hamam və mətbəxdə istifadə edilən dəsmallar nəm qaldıqda bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Mütəxəssislər əl dəsmallarının bir neçə gündən bir, hamam dəsmallarının isə həftədə bir dəyişdirilməsini tövsiyə edirlər.
Hamamın nəm mühiti diş fırçaları üzərində mikrobların yerləşməsi üçün ideal şərait yaradır. Bu səbəbdən diş fırçalarının üç aydan bir yenilənməsi və dik vəziyyətdə saxlanması tövsiyə olunur.(yeni sabah)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 895 Tarix: 24 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022