İnsanlarla danışmaqdan daha asan: Gənclər niyə süni intellektə üz tutur?
Süni intellektin inkişaf dövründə böyüyən yeni nəsilin qarşılaşdığı erkən siqnallar olduqca narahatedicidir.
Qaynarinfo xəbər verir ki, İngiltərənin gənclər yardım təşkilatı "OnSide" tərəfindən 11–18 yaş arası 5.035 gənci əhatə edən illik tədqiqat – "Nəsil İzolyasiyası Hesabatı" – gənclərin getdikcə daha çox təcrid olunduğunu göstərir.
Tədqiqat nəticələrinə görə, hər beş gəncdən ikisi məsləhət, dostluq və ya dəstək üçün süni intellektə müraciət edir. Bu gənclərin 20%-i süni intellektlə danışmağın real insanla danışmaqdan daha asan olduğunu bildirir. "OnSide" İcra Komitəsinin sədri Ceymi Masraff deyib: "Süni intellekt dəstəyi ani ola bilər, amma insan söhbətinin gətirdiyi güvən, empatiya və anlayışın yerini tutmaq mümkün deyil".
Təqdim olunan məlumatlara görə, iştirakçıların yarısından çoxu geyim, dostluq, əqli sağlamlıq kimi mövzularda xüsusi məsləhət almaq və ya kədər və stresslə başa çıxmaq üçün süni intellektdən kömək istədiklərini qeyd edib. Tədqiqat göstərir ki, bu gənclər əsasən ekran qarşısında vaxt keçirir – 76%-i boş zamanlarının çoxunu belə keçirir, 34%-i isə özünü yüksək və ya çox yüksək səviyyədə tənha hiss edir. Masraff əlavə edir:
"Tənha olmaq, rəqəmsal asılılıq və izolyasiya kimi problemlər gənclərin həyatına kök salıb".
Süni intellekt hələ tənzimlənməmiş bir sahədir və tənha gənclərin sürətli dostluq axtarışında süni intellektə üz tutması ciddi risklər gətirir. Böyük yaşda beyinləri tam işləyən insanlar üçün belə təhlükəli dərəcədə asılılıq yarada bilən söhbət robotlarının, inkişaf mərhələsində olan gənclərə təsiri daha ciddi ola bilər.
Amerika Psixologiya Assosiasiyası süni intellekt söhbət robotlarının lisensiyasız terapevt kimi istifadəsini nəzərdən keçirmək üçün Federal Ticarət Komissiyasına (FTC) təzyiq göstərir. Assosiasiya xəbərdarlıq edir ki, bu robotlar riskləri qiymətləndirmək təcrübəsi olmayan uşaqlar və gənclər kimi həssas qrupları təhlükəyə ata bilər.
Qısa müddət əvvəl iki ayrı ailə, oğullarının intiharına söhbət robotlarının təsir etdiyini iddia edərək "Character.AI" və "OpenAI" şirkətlərinə məhkəmə müraciəti edib. Bir hadisədə, "OpenAI"ın ChatGPT-si 16 yaşlı bir gəncə intihar planlamasında kömək edib və bunu ailəsindən gizlətməyi tövsiyə etdiyi iddia olunur. Bundan əlavə, "Meta"nın süni intellekt vasitələrinin uşaqlarla "emosional" söhbətlərə girməsinə icazə verdiyini göstərən sızmalar texnologiya nəhənginə tənqidlər gətirib.
Keçən ay ABŞ Konqresi, süni intellekt şirkətlərini saytlarında yaş doğrulaması etməyə və 18 yaş altı istifadəçiləri bloklamağa məcbur etmək məqsədilə GUARD Qanunu adlı qanun layihəsini təqdim etdi. Layihəni təqdim edən senator Ciş Havli deyib: "Süni intellekt söhbət robotları uşaqlarımız üçün ciddi təhlükə yaradır".
Amma sosial media platformalarının yaş doğrulama üsullarının uşaqlar üzərində kifayət qədər təsirli olmaması bu qanunun uğuru ilə bağlı suallar yaradır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 675 Tarix: 27 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEv qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
Sağlam qidalanma deyildikdə ilk ağla gələn qidalardan biri olan qatıq tərkibindəki kalsium, zülal və vitaminlərlə qidalanma rejimimizin təməl daşlarını təşkil edir. Lakin market rəflərində və mətbəxlərdə qarşılaşdığımız müxtəlif qatıq növlərinin bədənə təmin etdiyi faydalar bir-birindən xeyli fərqlənir
27.09.2026 226 Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
İdmanın bütün faydaları əslində məşq bitən kimi ortaya çıxır. İnsan bədəni yaşlandıqca əzələlər əzələ yaradan siqnallara və zülala qarşı daha dözümlü olur. xəbər verir ki, xüsusilə 30 yaş və üzəri şəxslərdə əzələ kütləsini qorumaq, toxuma bərpasını təmin etmək və keyfiyyətli yaşlanmaq tamamilə məşqdə
27.09.2026 239 30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21.09.2026 382 Rusiyada muzeydə ziyarətçi şəkilə baxanda gözlərinə inanmadı: Şüşədə naməlum qadın üzü GÖRÜNDÜ
Rusiyadakı muzeylərdən birində ziyarətçi eksponatların yaxınlığında "xəyalət" olduğunu iddia edib. xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. Qazaxıstanlı turist Nərgizə Sankt-Peterburq şəhərində yerləşən Leninqradın mühasirəsi muzeyində olarkən blokad
27.09.2026 280 Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20.09.2026 246 Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20.09.2026 242 Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20.09.2026 280 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT
Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə "Nature" jurnalında dərc olunan araşdırmada yer alıb. xarici KİV-ə istinadla bildirir ki, yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yən
27.09.2026 157 Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ
"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"
27.09.2026 201