Qlobal brendlərə bənzər adlarla yerli məhsullar: hüquqi boşluqlar və risklər - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Qlobal brendlərə bənzər adlarla yerli məhsullar: hüquqi boşluqlar və risklər - HÜQUQŞÜNASDAN AÇIQLAMASon illər Azərbaycanda mağaza rəflərində diqqət çəkən bir tendensiya formalaşıb: adları, şriftləri və ümumi vizual görünüşü ilə tanınmış qlobal brendləri xatırladan yerli məhsulların sayı artır. Bəzən bu oxşarlıq cəmi bir hərfin dəyişdirilməsi ilə yaradılır, bəzən isə adın tələffüzü elə qurulur ki, alıcı onu məşhur brendlə eyniləşdirir. İlk baxışdan bu, sadə marketinq fəndi kimi görünə bilər. Ancaq məsələ dərinləşdikcə ortaya daha ciddi problemlər çıxır.

Belə məhsullar xüsusilə tələsik alış-veriş edən istehlakçı üçün yanıltıcı ola bilər. İnsanlar tanış ada güvənərək məhsulu seçir, lakin evə çatdıqda aldıqlarının düşündükləri brendlə heç bir əlaqəsi olmadığını anlayırlar. Bu vəziyyət təkcə alıcının aldadılması deyil, eyni zamanda bazarda ədalətli rəqabətin pozulması, orijinal brendlərin reputasiyasından dolayısı ilə yararlanma və istehsalçı məsuliyyətinin kölgədə qalması deməkdir.
Qlobal brendlərə bənzər adlarla yerli məhsullar: hüquqi boşluqlar və risklər - HÜQUQŞÜNASDAN AÇIQLAMAMövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov BiG.AZ-a açıqlamasında bildirdi ki, markalar hamısı əmtəə nişanı hesab olunurlar. Onun sözlərinə görə, əmtəə nişanları hamısı fiziki və hüquqi şəxslərə məxsus olurlar: "Eyni zamanda qeydiyyatdan keçdikləri ölkələrdə rəsmi sertifikat formasında əldə edirlər. Əmtəə nişanları ilə bağlı iki konvensiya var. Birinci konvensiya Madrid konvensiyasıdır. İkinci konvensiya isə Paris konvensiyasıdır. Əksər ölkələr Madrid konvensiyasına qoşulublar. Madrid konvensiyasının tələblərindən biri budur ki, həmin konvensiyanı imzalayan ölkələrdə qeydiyyatdan keçmiş əmtəə nişanı 6 ay müddətində beynəlxalq arenada tanıdılırsa, bu artıq həmin əmtəə nişanının digər ölkələrdə yalnız həmin markanın icazəsi olmaqla, istehsal olunması və distributorluğunun həyata keçirilməsinə icazə veriləcəkdir.

Məsələn, yerli istehsalçı Azərbaycanlı bir sahibkar dünyaca məşhur "Snikers" brendinin adına oxşar sadəcə bir hərfi dəyişdirməklə, "Şnikers" adı altında şokolad istehsal edirsə, yəni eyni elementlər və eyni qablaşdırmadan istifadə edirsə bu artıq istehlakçının aldadılmasıdır. İstehlakçı bununla bağlı Prezident yanında Antiinhisar siyasəti və İstehlak bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidir və agentlik tərəfindən araşdırma başladılmalıdır. Əgər toplanmış materiallar cinayət məsuliyyəti üçün əsas vermiş olursa, yəni burda markanın saxtalaşdırılması olsun, istərsədə sənədlərin saxtalaşdırılması, tərkibin saxtalaşdırılmasından söhbət gedirsə, yəni cinayət əməli varsa, burda artıq Azərbaycan Respublikasının Baş Prokrorluğu bu işi araşdırır və yekunda qərar qəbul olunur.

Əgər burda sadaladığım məsələlər yoxdursa, sadəcə olaraq istehlakçıların hüquqları başqa formada pozulursa, bu artıq inzibati xətaya düşür və inzibati xətaya uyğun olaraq, Antiinhisar agentliyi tərəfindən araşdırma aparılır, protokol tərtib olunur, hüquqi şəxsdirsə iş göndərilir məhkəməyə, fiziki şəxsdirsə bununla bağlı yerindəcə qərar qəbul olunur. Birdə burda əsas məsələ ondan ibarətdir ki, burda təkcə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun pozulması deyil, eyni zamanda Rəqabət Məcəlləsinin tələblərinin pozulmasıda nəzərdə tutulacaqdır. Buna görədə həmin fiziki və hüquqi şəxslə bağlı qərar qəbul olunacaqdır. Eyni zamanda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidə əsasən araşdırmada iştirak edən qrum olacaqdır. Azərbaycan Madrid konvensiyasına qoşulub.

Ölkədə hansısa bir məhsul satışa çıxardılırsa, həmin məhsulun sertifikatı ilk olaraq Qida Təhlükəsizliyi Agentliyindən alınır. Qida Təhlükəsizliyi Agentliyi məhsulun qablaşdırılmasınada birbaşa nəzarət edir. Eyni zamanda agentlik məhsulun qablaşdırılmasında istifadə olunan materiala dair sənədləridə tələb etməyə ixtiyarı var. Bəzən olur ki, sahibkar Qida Təhlükəsizliyi Agentliyinə bir ad və qablaşdırma təqdim edir, ancaq istehsal zamanı tamamilə başqa ad və qablaşdırmadan istifadə edir. Buda əlbəətdəki qanun pozuntusudur və buna görədə cəza tədbirləri görülə bilir.

Qlobal brendlər özləri öz markalarına uyğun məhsul istehsal edən yerli istehsalçı haqqında sənəd toplayıb, şikayət ərizəsini yazıb, həmin məhsulun nümunələri ilə birlikdə Baş Prokrorluğa və Prezident yanında Antiinhisar siyasəti və İstehlak Bazarına Nəzarət dövlət Agentliyinə göndərə bilərlər. Artıq prokrurluq həmin məhsulu istehsal edən sahibkarı müəyyən edir. Bunun üçündə məhsulun satıldığı satış nöqtəsinə yaxınlaşır və satdığı məhsulu kimdən aldığını öryənir. Əgər həmin şəxslərlə əlaqə qurulması mümkün olmazsa, artıq prokrorluğun əməliyyat tapşırığı yazılmaqla, polis tərəfindən həmin şəxslərin dairəsi müəyyən oluna bilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 945   Tarix: 22 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

19:15 1
.

Sahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaq

Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında"

11:36 204
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 452
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

18:15 1
.

Ombudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas

17:55 60
.

Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz

Havaların soyuması ilə mövsümi virus infeksiyaları yenidən gündəmə gəlir. Payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və otaqların az havalandırılması respirator virusların yayılmasını asanlaşdırır. Son günlər havanın yağıntılı və sərin keçməsi də diqqəti qripdən qorunma yolların

19:00 1
.

Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun

Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza

18:30 1
.

Ərzurum Koridorun harasındadır?

Zəngəzur dəhlizi ilə Qars-Iğdır-Dilucu xətti bölgənin ticarət xəritəsini dəyişdirərkən Ərzurumun qarşısındakı əsas məsələ bu hərəkətliliyin iqtisadi dəyərə çevrilməsini təmin etməkdir. Bir şəhərin taleyini bəzən sahib olduğu resurslar deyil, coğrafiyasından necə istifadə etməsi müəyyənləşdirir. Ərzuru

11:10 188
.

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş

10:14 174
.