İsrail Həmas Terror Təşkilatına Qarşı Əməliyyatları Genişləndirir - POLİTOLOQDAN AÇIQLAMA

İsrail Həmas Terror Təşkilatına Qarşı Əməliyyatları Genişləndirir - POLİTOLOQDAN AÇIQLAMAİsrail hökuməti Həmas terror təşkilatına qarşı həyata keçirilən hərbi əməliyyatların genişləndiriləcəyini açıqlayıb. Rəsmi Tel-Əviv bölgədə təhlükəsizlik təhdidlərinin davam etdiyini bildirərək əməliyyatların daha intensiv mərhələyə keçəcəyini qeyd edib. Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyətin daha da mürəkkəbləşəcəyi ehtimal edilir. Beynəlxalq ictimaiyyət isə artan humanitar risklər və münaqişənin regiona təsiri ilə bağlı narahatlığını ifadə edir.
İsrail Həmas Terror Təşkilatına Qarşı Əməliyyatları Genişləndirir - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, Həmas və Hizbullah terror təşkilatları üzərində İsrailin hərbi əməliyyatları hələ bir müddətdə davam edəcək və onların tamamilə terror təşkilatı olaraq ləğv olunması yadaki məğlub olunması istiqamətində yekun bir əməliyyatın icra olunması üçün regional dövlətlərin bu istiqamətdə geniş maştablı bir anti-terror əməliyyatını həyata keçirməsi mütləq xarakter daşıyır ki, İranla davam edən müharibə və gərginlik fonunda da biz aydın şəkildə müşahidə edirik ki, İranın bu və ya digər formada Həmas və Hizbullah terror təşkilatlarına olan dəstəyi hər hansısa bir formada dayanmayıb. Həttda müharibənin davam etdiyi dövrdə də kifayət qədər çox sanksiyalarla mübarizə apardığı, maliyyə və enerji sahəsində böhranla qarşı-qarşıya olduğu bir mərhələdə də proksi qüvvələri dəstəkləməkdən imtina etməsi ilə bağlı qarşıya qoyulan tələbləri heç bir halda qəbul etmir və buda ona deməyə əsas verir ki, müharibə bitdikdən yəni atəşkəsdən sonrakı dövrdə də biz Hizbullah və Həmas terror təşkilatlarına qarşı münasibətdə İranın mövqeyində hələki ciddi dəyişiklikləri müşahidə etmiyəcəyik. Onun sözlərinə görə, digər bir istiqamətdə Hizbullah terror təşkilatının kifayət qədər çox zəifləməsi və hələdə Həmas terror təşkilatı üzərinə eyni əməliyyatların təsir mexanizmlərinin olmaması ilə bağlı yanaşma isə düşünürəm ki, Həmas və Hizbullah terror təşkilatlarına yanaşmanın kifayət qədər fərqli olmasından irəli gələn bir nəticədir: "Çünki bir çox dövlətlər Həmas terror təşkilatını terror təşkilatı olaraq tanımır, tam əksi olaraq Fələstinin rəsmi nümayəndəsi və eyni zamanda fələstinlilərin hüquqlarının müdafiəsi, ərazi bütövlüyünün təmin olunması istiqamətində aparılan əməliyyatların birbaşa icraçısı qismində qəbul edirlər və buda təbiiki Həmas terror təşkilatına qarşı hər hansısa bir formada anti-terror əməliyyatının regional səviyyədə olması, yada qlobal miqyasda tam dəstəklənməsinə mane olan əsas istiqamətlərdən biridir.

Birbaşa olaraqda Həmas terror təşkilatının zəifləməsini hədəfləyən əməliyyatların bir çoxunda uğursuzluğun əsas səbəblərindən biri kimi qiymətləndirilə bilər. Amma yaxın perspektivdə Həmas və Hizbullah terror təşkilatları üzərində İsrailin əməliyyatlarının davam etməsi və ümumiyyətlə bu qarşıdurmanın davam etməsi və həttda biraz dahada gərginlik mərhələsinə keçməsi ilə bağlı ehtimallar çox təssüflər olsunki daha yüksək səslə səsləndirilə bilir. Biz atəşkəs yada hər hansısa bir formada qəbul olunan qərarların Orta Şərqdə çox uzun müddət davam edə biləcəyi yadaki ömrünün uzun ola biləcəyi ilə bağlı tarixi təcrübəni görməmişik.

Ona görədə Livanla əldə olunmuş atəşkəs fonunda Hizbullah terror təşkilatının hər hansısa bir formada tərki silah edilməsi ilə bağlı götürülən öhdəliklər faktiki olaraq demək olarki icra olunmur. Eyni qaydada Həmas terror təşkilatı ilə İsrail arasında qarşıdurma fonunda da biz aydın şəkildə müşahidə edirik ki, bu qarşıdurmanın ən fəlakətli nəticələrini məhz həmin ərazilərdə məskunlaşan, Qəzza bölgəsində məskunlaşan mülki vətəndaşlar çəkir və bu əməliyyatlar davam etdiyi müddətcə anti-terror əməliyyatının humanitar fəlakətə çevrildiyinidə biz aydın şəkildə müşahidə edə bilirik".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 493   Tarix: 08 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

02.10.2026 156
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

02.10.2026 347
.

Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?

Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfə

02.10.2026 196
.

Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir

Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay

02.10.2026 188
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

02.10.2026 326
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

02.10.2026 181
.

"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"

"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona

02.10.2026 165
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

02.10.2026 280
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

02.10.2026 174
.