Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib

Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyibƏksəriyyət hesab edir ki, Trampın Qrenlandiya istəyi təsadüfi siyasi ritorika deyil. ABŞ Prezidenti "America First" doktrinasını həyata keçirmək üçün ənənəvi diplomatik çərçivələrdən kənara çıxmağa da hazırdır.

Qrenlandiya məsələsinin bu il də dünya gündəminin əsas mövzularından biri olacağı şəksizdir. ABŞ Prezidenti Donald Trampın ard-arda səslənən bəyanatları bu qənaəti gücləndirir. O, yeni ilin ilk günlərində növbəti dəfə bəyan edib ki, ABŞ-nin Qrenlandiyaya nəzarət etməsinə ehtiyac var. Ardınca da adanın "Rusiya və Çin gəmiləri" ilə əhatə olunduğunu qeyd edib. Trampın bu bəyanatından sonra "Politico" nəşri öz mənbələrinə istinadən yazıb ki, ABŞ 2026-cı ilin əvvəlində Qrenlandiyaya nəzarəti ələ keçirə bilər. Bəziləri isə Vaşinqtonun qarşıdakı aylarda siyasi cəhətdən əlverişli bir məqamdan istifadə etməyə çalışacağını iddia edirlər. Bildirilib ki, bu, ABŞ-nin ara seçkiləri və 4 iyulda qeyd olunacaq müstəqilliyinin 250 illiyi ərəfəsində baş verə bilər. Bu istəyin Venesueladakı kimi hərbi əməliyyat deyil, genişmiqyaslı siyasi təsir kampaniyası ilə həll olunacağı iddia edilir. Ümumiyyətlə, ABŞ-nin Qrenlandiya ilə bağlı niyyətlərinin real və ciddi olduğu vurğulanır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib

Özünüidarəetmə qorunur, müdafiə Vaşinqtona həvalə edilir

"The Economist"in məlumatına görə, Tramp administrasiyası Qrenlandiyada əhalinin həyat səviyyəsini yaxşılaşdıra biləcək müqavilə layihəsi üzərində işləyir. Məlumata görə, ABŞ rəsmiləri ada sakinlərinə Mikroneziya, Marşal adaları və Palau kimi kiçik ölkələrdə tətbiq edilən Azad Birlik Sazişi təklif edəcəklər. Belə müqavilələrə əsasən, ABŞ həmin ölkələrə maliyyə dəstəyi verir. Bunun qarşılığında daxili özünüidarəetmə qorunur, müdafiə məsələləri isə Vaşinqtona həvalə edilir. Tramp Administrasiyasının Qrenlandiya siyasəti iki məqsəd güdür: Danimarka və Qrenlandiya hakimiyyətləri arasındakı fikir ayrılıqlarını daha da şiddətləndirmək və birbaşa yerli hökumət orqanları ilə razılığa gəlmək. Nəşr qeyd edib ki, artıq ABŞ hərbi bazası Qrenlandiyada mövcuddur. Amma bazadakı əsgər sayının əhəmiyyətli dərəcədə artırılması üçün Kopenhagenin təsdiqi tələb olunur. Qrenlandiya hakimiyyəti bu məsələ ilə bağlı ABŞ ilə birbaşa danışıqlar təklifini rədd edib.

Hüquqi baxımdan Danimarkaya aiddir

Hüquqi baxımdan Qrenlandiya Danimarkaya aiddir və krallıq dəfələrlə bəyan edib ki, ABŞ təhdidlərini dayandırmalıdır. Baş nazir Mette Frederiksen deyib ki, Vaşinqtonun adaya nəzarəti ələ keçirməsinin heç bir anlamı yoxdur: "ABŞ-nin krallığın üç subyektindən (Danimarka, Qrenlandiya və Farer adaları) heç birini ilhaq etmək hüququ yoxdur. Danimarka Krallığı və buna görə Qrenlandiya da NATO-nun bir hissəsidir, alyansın təhlükəsizlik zəmanətləri altındadır".

Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib

Müşahidəçilər hesab edirlər ki, Danimarkanın suverenliyinə yönəlmiş istənilən addım NATO daxilində ciddi böhran yarada bilər. Bu səbəbdən ABŞ hələlik açıq güc tətbiqindən uzaq durur. Yerli əhalinin reaksiyasına gəldikdə, onlar Danimarka ilə münasibətlərdən ümumilikdə razıdırlar. Buradakı sosial rifah səviyyəsi, muxtariyyət imkanları və idarəetmə modeli ciddi narazılıq yaratmır.

Bəziləri hesab edir ki, Danimarka üçün Qrenlandiya o qədər də önəmli deyil. Bu səbəbdəndir ki, qrenlandiyalılara istənilən vaxt müstəqillik referendumu keçirmək hüququ verib. Danimarka hər il adanın büdcəsini subbsidiyalaşdırmağa 77 milyon dollar ayırır. Faktiki olaraq bu pulun xərclənməsinə nəzarət etmir və əvəzində də nəsə almır.

Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib

ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib

Yeri gəlmişkən, Qrenlandiyanın kimə məxsusluğu ilə bağlı ilk münaqişə ötən əsrin 30-cu illərinin əvvəllərində Danimarka və Norveç arasında baş verib. Nəticədə, Norveç 1931-ci ildə adanın yaşayış olmayan şərq hissəsinin işğalına sanksiya verib. 1933-cü ildə bu qərar Haaqa Beynəlxalq Məhkəməsi tərəfindən qeyri-qanuni sayılıb. Bundan sonra Norveç ada ilə bağlı iddialarından imtina edib. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Danimarka Qrenlandiya üzərində suverenliyinin bərpasına nail olsa da, ABŞ orada əsas hərbi-strateji obyektlərini saxlaya bilib. ABŞ siyasi dairələri 1867 və 1946-cı illərdə ən azı iki dəfə Qrenlandiyanın alınmasını təklif ediblər. Xüsusən də Harri Trumen administrasiyası 1946-cı ildə Kopenhagenə adanı 100 milyon dollara almaq üçün gizli təklif göndərib, lakin bu plan Danimarka hakimiyyəti tərəfindən rədd edilib.

Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib

ABŞ-Rusiya-Çin qarşıdurması

Hazırda isə əksəriyyət hesab edir ki, Trampın Qrenlandiya istəyi təsadüfi siyasi ritorika deyil. Bu onu göstərir ki, Tramp "America First" doktrinasını həyata keçirmək üçün ənənəvi diplomatik çərçivələrdən kənara çıxmağa hazırdır. Məsələ burasındadır ki, ABŞ-nin gələcək qlobal strategiyasında Arktika mərkəzi yer tutacaq. Qrenlandiya isə coğrafi baxımdan dünyanın ən həssas geosiyasi nöqtələrindən birində yerləşir. Ada Şimali Amerika ilə Avrasiya arasında körpü rolunu oynayır. Arktika üzərindən keçən qısa qütb trayektoriyaları Rusiyanın qitələrarası ballistik raketləri üçün əsas istiqamət hesab olunur. Qrenlandiyanın hava məkanı ABŞ və Kanadanın havadan müdafiəsi üçün vacibdir. Bu baxımdan, ada ABŞ üçün birinci müdafiə xəttidir.

Qrenlandiya nadir torpaq elementləri, uran, neft və qaz ehtiyatları baxımından da böyük potensiala malikdir. ABŞ bu sahədə Çindən asılılığı azaltmaq üçün alternativ mənbələr axtarır və Qrenlandiya bu boşluğu doldura biləcək əsas regionlardan biridir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 376   Tarix: 10 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfsanəvi canavarın sirri açılır? DNT nəticələri müzakirə yaradır

Amerikalı ovçu Çarlz Stüart əfsanəvi "Biqfut" (Bigfoot) hesab etdiyi məxluqun qalıqlarını tapdığını iddia edib. O bildirib ki, qalıqlar DNT analizinin aparılması üçün laboratoriyaya göndərilib. xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb. Stüartın sözlərinə görə, o, sözügedə

11:34 120
.

Qızı "Ələkbər əmi"ni belə yad etdi - Video

Bir vaxtlar "Ələkbər əmi" kimi tanınan mərhum Əməkdar artist Ələkbər Hüseynov doğum günündə yaxınları tərəfindən anılıb. "Qafqazinfo" xəbər verir ki, aktyorun qızı Nərgiz onunla bağlı paylaşım edib. O, atasının arxiv videosunu yayımlayaraq "65 yaşın mübarək, ata. Qoy, hər kə

07.07.2026 447
.

Mark Rütte: NATO dronlarla mübarizə vasitələrinə 40 milyard dollar ayıracaq

NATO-ya üzv ölkələr qarşıdakı beş ildə pilotsuz uçuş aparatlarından müdafiə sistemlərinin inkişafına 40 milyard dollardan çox vəsait yönəldəcək. "Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Ankarada keçirilən müdafiə sənayesi forumund

07.07.2026 284
.

Bəzi rayonlarda leysandır

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclüdür

11:54 107
.

İsrail niyə Türkiyənin F-35 almasını istəmir? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ-ın Türkiyəyə yenidən F-35 qırıcılarının satışı ehtimalı Yaxın Şərqdə yeni geosiyasi müzakirələrə səbəb olub. Məlumata görə, İsrail Baş naziri Benjamin Netanyahu Vaşinqtonu bu addımdan çəkinməyə çağıraraq, Türkiyənin F-35-lərlə təchiz edilməsinin regiondakı hərbi güc balansını dəyişdirə biləcəyin

07.07.2026 316
.

Aeroportda türkiyəli əsgərləri belə salamladı - Video

Hazırda Türkiyədə səfərdə olan ABŞ Prezidenti Donald Trampın fəxri qarovulun əsgərlərini türkcə salamlaması diqqət çəkib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Trampın Ankara hava limanında rəsmi qarşılama mərasimi zamanı baş verib. Belə ki, təyyarədən eniş edən AB

07.07.2026 342
.

Telefonunuza gizli hücum olur? - Bu cür biləcəksiniz

Müasir smartfonlarda şəxsi məlumatların böyük hissəsi saxlanıldığı üçün kibercinayətkarlar istifadəçilərin cihazlarına gizli şəkildə daxil olmağa çalışırlar. Mütəxəssislər smartfonun izlənilməsi və ya məlumatların oğurlanması ehtimalını göstərə biləcək əsas əlamətləri açıqlayıb, eyni zamanda istifadəçilər

07.07.2026 274
.

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində "Mitsubishi Pajero İO" markalı avtomobil "156 Evakuasiya Xidməti"nin avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdə

10:13 195
.

ABŞ İrana qarşı əməliyyat keçirdi: CENTCOM səbəbi açıqladı

ABŞ Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlardan sonra İrana qarşı irimiqyaslı hərbi zərbələr endirib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media platforması X-də məlumat yayıb. Bəyanatda bildirilib:. "ABŞ-ın zərbələri İranın Hörmüz boğazından keçə

10:48 124
.

TOP MP3