İstehlak bazarında yeni trend: kiçilən məhsullar, artan narazılıq - EYYUB HÜSEYNOVDAN AÇIQLAMA

İstehlak bazarında yeni trend: kiçilən məhsullar, artan narazılıq - EYYUB HÜSEYNOVDAN AÇIQLAMASon illər qlobal brendlərin istehsal etdiyi qida, təmizlik və şəxsi gigiyena məhsullarında diqqət çəkən dəyişikliklərdən biri də qablaşdırmaların və məhsul həcmlərinin getdikcə kiçilməsi ilə bağlıdır. Bir vaxtlar daha böyük həcmdə satılan məhsulların indi eyni qiymətə, bəzən isə daha baha qiymətə daha az miqdarda təqdim olunması alıcıların narazılığına səbəb olur.

Xüsusilə şampun, yuyucu vasitə, şokolad, qazlı içki və digər gündəlik məhsullarda müşahidə olunan bu tendensiya bir çoxları tərəfindən istehlakçının aldadılması və alıcılıq qabiliyyətinin nəzərə alınmaması kimi qiymətləndirilir. Mövzu artıq istehlakçı hüquqları və şirkətlərin bazar strategiyası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
İstehlak bazarında yeni trend: kiçilən məhsullar, artan narazılıq - EYYUB HÜSEYNOVDAN AÇIQLAMAMövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirdi ki, İstehlakçı Hüquqları bütün dünyada və bütün zamanlarda ən çox pozulan insan hüququdur. Onun sözlərinə görə, dünyanın elə bir ölkəsi yoxdur ki, məsələ həll olunmuş olsun: "İstehlakçı ömrü boyu biliksizdir. Çünki istehlakçı təkdir. İstehsalçı yəni satıcı isə komandadır. Bir oyun başlasa və o oyunda peşəkar ilə qeyri-peşəkar oynasa aydındır ki, qeyri-peşəkar oyunu uduzacaq. Yəni bu əvvəlcədən məlumdur. İstehlakçı biliksizdir. Müasir texnologiya dövründə istehlakçı hər şeyi bilə bilməz və bütün istehlakçıların belə olması, eləcədə dünyada istehlakçı hərəkatının cəmi 1962-ci ildə yaradılması, biznesin isə min illərdir mövcud olduğu bir şəraitdə və hər il İstehlakçı Hərəkatının dünyada zəifləməsi fonunda əlbbətdəki bu məsələlər mövcud olacaqdır. Bütün ölkələr və ölkə başçıları yalnız biznesin inkişafında maraqlıdır.

Yəni istehlakçıların soyulmasında maraqlıdır. Mən dəfələrlə demişəmki hər hansısa bir dövlət başçısının son 30 ildə istehlakçıları aldatmaq olmaz sloqanını kimsə mənə göstərsə mən ona hədiyyə verəcəm. Çünki yoxdur belə bir şey. Azad İstehlakçılar Birliyi Dünya İstehlakçılar Birliyinin (Consumer İnternational) 1998-ci ildən üzvüdür. Biznesi irəli aparan Ümumdünya Ticarət Təşkilatı və çox çoxsaylı qurumlar var. Lakin İstehlakçı Hərəkatı isə mərkəzi ofisi Londonda yerləşən bir təşkilatdır. Bu təşkilat 130 ölkəni özündə birləşdirir. Bir çox ölkələrdə istehlakçı təşkilatları biznes qurumları içərisində əriyib.

Məsələn Türkiyə, Belarus, İsrail kimi dövlətləri buna misal çəkə bilərəm. Mən beynəlxalq yığıncaqlarda onları açıq mətnlə tənqid edirəm. Belə bir fonda nə gözləmək olar. Əlbbətdəki hansı ölkələrdəki İstehlakçı Hüquqları zəif qorunursa və ya qanunlar zəifdirsə biznes qurumları yəni istehsalçılar bu cür "jestlər" edir. Həttda ən brend markalar belə məhsullarının çəkisini və keyfiyyətini azaldırlar. Brendlər bir ölkəyə daxil olub bir-iki il istehlakçıların simpatiyasını qazanırlar, sonra isə tamam başqa keyfiyyətdə ölkəyə məhsul gətirirlər və bunlar təsadüfi deyil. Ona görədə dövlət orqanları yaxşı analizlər aparmalıdır. Təbiiki əgər istəyirlərsə istehlakçılar aldadılmasın fəal iş görməlidirlər. Bütün dünyada bunlar İstehlakçı Hüquqlarının arxa planda qalmasından qaynaqlanan məsələlərdir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 919   Tarix: 07 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.