Müasir müstəqil Azərbaycan dövlətinin banisi

Müasir müstəqil Azərbaycan dövlətinin banisiTarixin axarında elə liderlər meydana çıxır ki, onların uzaqgörənliyi, cəsarəti və xilaskarlıq missiyası bir millətin taleyində həlledici dönüş nöqtəsinə çevrilir. Belə şəxsiyyətlər dərin böhranlar şəraitində çıxış yolu göstərərək varlığı və gələcəyi təhlükə altında olan bir xalqın dirçəliş iradəsini əks etdirir. Məhz bu səciyyəvi xüsusiyyətlərə malik tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olmuşdur.
Ötən əsrin 60-cı illərində SSRİ-nin tərkibində olan Azərbaycan İttifaqın ən geridə qalmış, bütün sahələrdə tənəzzülün girdabına yuvarlanmış respublikalardan biri idi. Ölkənin belə acınacaqlı durumda olduğu bir vaxtda - 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın həyatında inkişaf və tərəqqi dövrünün əsası qoyuldu. Həmin dövrdə məhz Ümummilli Liderin rəhbərliyi ilə bugünkü müstəqil, hüquqi, dünyəvi, unitar və demokratik Azərbaycan dövlətinin təməlləri atıldı.
Ulu Öndərin 1969-1982-ci illəri əhatə edən respublikamıza rəhbərliyinin birinci dövründə Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar haqqında günlərlə, aylarla, hətta illərlə danışmaq olar. Təkcə fakt - Sovet rejiminin sərt qaydalarının mövcud olduğu həmin dövrdə dahi rəhbər Heydər Əliyevin ana dilimizin dövlət dili statusu alması yönündə dönməz mübarizəsi deməyə əsas verir ki, Ulu Öndərin həyat və fəaliyyətinin hər anı Vətənə və xalqa misilsiz xidmət nümunəsidir.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Nəticədə Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Ulu Öndərin bu cəsarətli addımı, eyni zamanda, gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birinin məharətlə qorunub saxlanılmasına zəmin yaratdı, Heydər Əliyevin siyasi irsinin əbədiyaşarlığını təmin etdi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin sarsıldığı, idarəetmədə xaosun hökm sürdüyü, iqtisadi və sosial tənəzzülün dərinləşdiyi, ölkəmizin parçalanma təhlükəsi ilə üzləşdiyi bir zamanda tarixi məsuliyyəti üzərinə götürdü. Həmin dövrdə yenicə müstəqilliyini elan etmiş ölkədə yaranmış xaos, anarxiya, özbaşınalıq şəraitindən istifadə edərək hakimiyyəti silah gücünə zəbt etmiş AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində ərazilərimiz biri-birinin ardınca Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunur, iqtisadiyyat çökür, sosial gərginlik pik həddə çatırdı. Bir sözlə, ölkə sürətlə uçuruma yuvarlanır, vətəndaş müharibəsi təhlükəsi real görünürdü. Ölkəmiz üçün belə bir taleyüklü məqamda xalqın təkidli çağırışlarına səs verərək siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin həmin vaxt söylədiyi fikirlər, onun Azərbaycan xalqını və dövlətini, hətta öz canından da çox sevdiyini aydın şəkildə göstərirdi: "Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".
Bəli, xilaskar Lider bu dəfə də vədinə sadiq qaldı. Ulu Öndər Heydər Əliyev dərin zəkası, tükənməz intellektual potensialı, qətiyyətli siyasi iradəsi və zəngin dövlətçilik təcrübəsi ilə yanaşı, canından da artıq sevdiyi, uğrunda, hətta ölümə belə getməyə hazır olduğu Azərbaycan xalqının etimadına arxalanaraq, ölkəmizi parçalanmaq təhlükəsindən məharətlə xilas etdi.
Ümummilli Lider Heydər Əliyev milli maraqlara əsaslanan fəaliyyəti ilə ölkəmizdə davamlı inkişafın təməlini qoydu. Məhz Ulu Öndərin gərgin səyi nəticəsində 1994-cü il mayın 12-də Birinci Qarabağ müharibəsində atəşkəs sazişi imzalandı və münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqlar başlandı. Eyni zamanda, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişi cəhdlərinə son qoyuldu və ölkənin təhlükəsizliyi ilə yanaşı, daxili sabitlik təmin olundu. Müstəqil Azərbaycanda ilk parlament seçkiləri keçirildi, referendum yolu ilə Milli Konstitusiya qəbul edildi. Mətbuat üzərində senzura aradan qaldırıldı. Dünyanın tanınmış transmilli şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi dirçəlişinin əsasını qoydu. Eyni zamanda, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və inkişaf etdirilməsi, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsinə yol açdı. Həmçinin Ulu Öndərin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional, praqmatik xarici siyasət kursu sayəsində beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən dövlətlərlə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı.
Ulu Öndər Heydər Əliyev xalqımızın dünəni, bu günü və gələcəyi naminə misilsiz tarixi xidmət nümunəsi ortaya qoymuşdur. Heydər Əliyevin zəngin siyasi irsindən söhbət açarkən Ulu Öndərin yaratdığı və ölkəmizin bütün sahələrdə qazandığı nailiyyətlərdə böyük payı olan Yeni Azərbaycan Partiyasının fəaliyyəti, xüsusilə təqdirəlayiqdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Ümummilli Liderin ideyalarına sadiqliyini nümayiş etdirir və öz tarixi missiyasını yüksək məsuliyyət və ardıcıllıqla davam etdirir. Bu gün YAP milli maraqları qorumaq və müstəqil dövlətçiliyimizi daha da möhkəmləndirmək istiqamətində əhəmiyyətli töhfələr verir.
Bəli, 1993-cü ilin təlatümlü iyun günlərindən ötən zaman məsafəsi xalqımızın o dövrdəki seçiminin nə dərəcədə düzgün və ədalətli olduğunu bir daha sübut edir. Məhz xalqımızın doğru seçiminin nəticəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan dövləti Ümummilli Liderin həmişəyaşar ideyaları əsasında uğurla inkişaf edərək yeni zirvələr fəth edir. Ulu Öndərin özü qədər inandığı və şah əsəri olan müstəqil Azərbaycanın sükanını etibar etdiyi cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyini daha da möhkəmləndirdi və tarixi qələbələrə imza atdı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi, Vətən müharibəsi günlərində Azərbaycan xalqını bir daha milli şüur, özünüdərk və Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsi ətrafında bir yumruq kimi birləşdirdi. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi də dahi şəxsiyyətin ideyalarının yaşamasının və Azərbaycana yeni qələbələr qazandırmasının əyani təzahürüdür.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 656   Tarix: 07 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.