Kartellərin qorxulu yuxusu: Bir itin başına niyə mükafat qoyulur?
Bəzi itlər yalnız "yaxşı" olmaqla kifayətlənmir, eyni zamanda cinayət dünyasının balansını dəyişdirəcək qədər istedadlı olurlar.
Qaynarinfo xəbər verir ki, Kolumbiyanın ən böyük narkotik karteli "Clan del Golfo"nun bir Alman çoban itinin başına mükafat qoyması məhz belə bir hekayəyə əsaslanır.
İt dünyasında burun həssaslığı dedikdə ilk ağla gələnlər onlar olmasa da, Alman çoban itləri ağılları və hər sahədəki bacarıqları ilə polis qüvvələrinin vazkeçilməz üzvünə çevrilib. Xüsusilə disiplinli təlim proseslərinə sürətlə reaksiyaları onları cinayətə qarşı mübarizənin ön sıralarına çıxarıb.
Adı "Kölgə" mənasını verən "Sombra", Kolumbiya polis təşkilatında xidmət edərkən narkotik qaçaqçılarının kabusuna çevrilib. Baxıcısı Xose Rojasın ifadəsinə görə, "Sombra"nın qoxu alma qabiliyyəti digər bütün növlərin çox üstündə idi. Bu bacarıq sayəsində karyerası boyunca yüzlərlə əməliyyat həyata keçirən "Sombra", Avropaya göndəriləcək banan koliləri arasına gizlədilmiş təxminən 3 ton kokaini sanki əli ilə qoymuş kimi tapıb. Beynəlxalq hava limanlarında işlədiyi müddətdə isə 245-dən çox həbs əməliyyatına rəhbərlik edərək kartelin milyonlarla dollar ziyanına səbəb olub.
Başına 7 min dollar mükafat qoyuldu
"Sombra"nın uğuru, Kolumbiyanın sahil şəhəri Turboda 4,5 tonluq başqa bir böyük göndərişi də aşkar edəndə kartelin səbrini daşırıb. Cinayət təşkilatları adətən özlərinə mane olan şəxslər üçün qətl əmri çıxarır, lakin bu dəfə hədəf dörd ayaqlı bir məmur idi. "Clan del Golfo", "Sombra"nın təsirsiz hala gətirilməsi üçün başına 7 min dollar mükafat qoyub. Bu təhdid o qədər ciddi qəbul edilib ki, polis təşkilatı "Sombra"nın təhlükəsizliyini təmin etmək üçün onu Boqotadakı El Dorado Beynəlxalq Hava Limanına köçürmək məcburiyyətində qalıb.
Hava limanındakı vəzifəsinə başladığı zaman "Sombra" artıq tək olmayıb. Yanında onu qorumaqla məsul olan əlavə polis əməkdaşları ilə birlikdə işləməyə başlayıb. Kartellərin hədəfi olmasına baxmayaraq, "super burun" təqaüdə çıxana qədər sahədən çəkilməyərək narkotik tacirlərinə keçid verməməyi davam etdib. Bir zamanlar Almaniyada yetişdirilməyə başlayan bu növün okeanın o tayında bir karteli diz çökdürəcəyini heç kimin ağlına gətirməsi çətin olardı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1041 Tarix: 03 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB
Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə
13:07 296 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
14:39 59 ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
04.10.2026 239 Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?
Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura
13:07 151 Azərbaycanda əlavə iş yerləri yaradılacaq
Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai
11:08 148 B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı
ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç
10:35 147 "Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"
"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca
12:35 133 Bakıda tanınmış restoranda biabırçılıq
Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara
11:50 185 Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı
Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv
14:05 95