Azərbaycana Sibir mənşəli hava kütlələri daxil olub - Çovğundur
"Hazırda ölkə ərazisində hava şəraiti mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşır".
"Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.
O bildirib ki, fevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətindən ölkə ərazisinə daxil olan arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub.
"Eyni zamanda, rütubətli Aralıq dənizi siklonunun təsiri ilə buludluluq artıb, yağış, bəzi yerlərdə sulu qar, qar yağması müşahidə olunur. Fərqli xüsusiyyətlərə malik hava kütlələrinin qarşılıqlı təsiri nəticəsində atmosferdə təzyiq qradiyenti yüksəlib, qeyri-sabitlik müşahidə olunur. Bu səbəbdən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə edilir. Hazırda Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 m/s-yə çatır.
Müşahidə olunan küləkli hava şəraitinin fevralın 5-i səhərədək davam edəcəyi gözlənilir. Fevralın 4-dən 5-nə keçən gecə Abşeron yarımadasının bəzi ərazilərində havanın minimal temperaturun 0 dərəcədən mənfi 2 dərəcəyədək enməsi nəticəsində bəzi yolların buz bağlaması ehtimalı var. Eyni zamanda bölgələrdə də intensiv yağıntılar davam edəcək, əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq", - qurum rəsmisi qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1040 Tarix: 04 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?
"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə
11:33 169 İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunu
10:41 167 Sabah yağış yağacaq
Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər
12:55 122 Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
04.10.2026 252 Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"
Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin
11:04 148 Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib
Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"
04.10.2026 228 Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?
Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura
13:07 151 Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
04.10.2026 249 Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi
10:03 159