Bir toyuq və soyuducu… Sosial yardımın əldə olunmasında əngəllər - SOSİOLOQDAN AÇIQLAMA

Bir toyuq və soyuducu… Sosial yardımın əldə olunmasında əngəllər - SOSİOLOQDAN AÇIQLAMAAzərbaycanda sosial yardım sistemi əksər vətəndaşlar üçün əlçatmaz görünür. Rəsmi orqanlar tərəfindən absurd bəhanələr irəli sürülür, nəticədə yardım çoxlarına çatmır. Məsələn, bəzi hallarda vətəndaşın qapısında bir ədəd toyuğu olması, yaxud evində bir soyuducunun mövcudluğu sosial yardımın verilməməsi üçün əsas kimi göstərilir. Bu vəziyyət həm vətəndaşlarda narazılıq yaradır, həm də sosial ədalət prinsiplərinin pozulduğunu ortaya qoyur. Belə hallarla üzləşən vətəndaşlardan biri, bu yaxınlarda supermarketdə işləyən satıcı, millət vəkili Razi Nurullayevə yaxınlaşaraq sosial yardım ala bilməməsi ilə bağlı şikayətini bildirib.
Bir toyuq və soyuducu… Sosial yardımın əldə olunmasında əngəllər - SOSİOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı sosioloq Mail Yaqub BiG.AZ-a açıqlamasında bildirdi ki, sosial yardım vətəndaşlarla dövlət arasında çox mühüm əlaqədir. Yəni bu incə məsələdir. Ona görədə nazirlik bu qanunu dönə-dönə nəzərdən keçirməlidir. Şübhəsiz ki, bəzən kriteriyalar o qədər daralır ki, haqqı çatanlarada sosial yardım düşmür. Bu yaxşı hal deyil. Biz sırf statistika xatirinə, büdcəyə qənaət etmək xatirinə real ehtiyacı olanları sosial yardımdan məhrum ediriksə, bu vətəndaşın dövlətə qarşı bədbin olmasına gətirib çıxarır və nazirlik bununla qürrələnə bilməz ki, biz büdcəyə bu qədər qənaət etdik. Onun sözlərinə görə büdcəyə qənaət etmək yaxşıdır, amma o vaxtki bu yerində olsun: "Yəni biz doğurdanda israfın qarşısını alaq. Əgər biz ehtiyacı olan vətəndaşın boğazından kəsib, büdcəyə qənaət ediriksə, bu yaxşı hal deyil. Bu vətəndaşları dövlətə qarşı bədbin etməkdir. Ona görədə, mən belə düşünürəm ki, bu məsələdə çox həssas yanaşılmalıdır və ehtiyacı olan ailələr dövlətin sosial qayğısından mütləq yararlanmalıdır.

Ekspertlərlə iş aparılmalıdır və əgər qanunda boşluqlar varsa, bu düzəldilməlidir. Bəzən qanunlarda da boşluqlar olur. Bu qanun yenidən işlənilməlidir, meyarlar nəzərdən keçirilməlidir və real ehtiyacı olanlar dövlətin bu mühüm qayğısından mütləq bəhrələnməlidirlər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 798   Tarix: 04 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

TOP MP3