"Rüzgar tapılsa, qurban kəsəcəkdik" - Transı öldürən əmi DANIŞDI

"Rüzgar tapılsa, qurban kəsəcəkdik" - Transı öldürən əmi DANIŞDIBakı Ağır Cinayətlər Məhkəməsində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Babək İbadovun ifadəsi ilə davam edib:

"Yasin ailəliklə bizi bloka atmışdı. Bir il qabaq kafe götürmüşdüm ki, işlədim. Onu da yanımda işə götürmüşdüm. Babamızın adını vermişdik deyə Yasini əzizləyirdik. Mən onun transseksual olduğunu hiss eləməmişdim. Uzun saç saxlayırdı. Yasin iyun ayında Mingəçevirə imtahan sessiyasına getdi, bir aydan sonra qayıdacaqdı. Anası zəng eləyib ağlamağa başladı ki, Yasin evə gəlmir. Öz instagramında Türkiyəyə uçmaq üçün aldığı biletin şəkilini paylaşmışdı. Bir gün sonra qardaşımla pul tapıb Türkiyəyə getdik. Dedik bu sadəlövh uşaqdır, tapıb evə gətirək ki, narkotikə, pis vərdişlərə qurşanmasın. Rayondakı qohumlar hətta qurban demişdilər ki, tapılsa, qurban kəsəcəyik. İstanbulda hətta hüquq-mühafizə orqanlarına da müraciət etdik. Onlar bizə dedilər ki, bu 19 yaşı tamam olmuş insandır, istəməsə, güclə apara bilmərik.

Noyabrın 1-də instagram-da Yasinin üzü və dodağı boyalı, gözü sürməli şəkili qabağıma çıxdı. Telefonu əsəblə qırağa tulladım. Evdəkilər əsəbiləşdiyimi görüb dedilər boş ver, bəlkə montaj ediblər. Mən müharibə iştirakçısı olmuşam, parada gedəcəkdim müharibə iştirakçısı kimi. Amma buna görə getmədim ki, biri tanıyıb bilsə, biabır olacam. Hadisə günü Yasin məni görən kimi biədəb səslərlə qışqırdı ki, "Kömək edin, nə olar kömək edin". Müharibədən bəri 5 ildir üstümdə gəzdirdiyim bıçağı zərblə Yasinin kürəyinə sancdım. Özümə gələndən sonra bildim ki, 20 dəfə bıçaq zərbəsi vurmuşam. Bir də baxdım ki, o, yerə sərilib. Dəqiq xatırlamıram kimdir, ayılanda bir səsin "Sən neylədin?" dediyini eşitdim. Sonra bir polis yaxınlaşdı mənə, əllərimi uzadıb dedim ki, "Qandalla qollarımı". Əməlimdən peşmanam. Soyadını çıxarsaydı, itib cəhənnəm olsaydı, onunla işim olmazdı".

Şahid İ.T. hadisədən sonradan xəbər tutduğunu deyib:

"Anası zəng elədi ki, universitetdən çıxıb evə qayıtmayıb. Babəklə getdik Türkiyəyə. Yasinə zəng çatmırdı, tapa bilməyib Bakıya qayıtdıq. Kaş ki, belə olmayaydı, nəticədə ölən də mənimkidir, öldürən də".

Şahid X.B. ifadəsində eşitdiyi səs-küydən sonra hadisə yerinə getdiyini bildirib:

"Tarqovıda 6 saylı postda xidmətdə idim. Bu qardaş (Babək İbadovu göstərir) özü yaxınlaşdı ki, qardaşım oğludur, mən öldürmüşəm. Yaxınlaşanda yerdə uzanmış gəncin kürəyində bıçaq vardı, o xırıldayırdı".

Şahid İ.S. ifadəsində hadisə olan vaxt həbsdə olduğunu deyib:

"31 dekabr 2025-də həbsdən çıxdım. Mingəçevirdə imtahanları verən vaxtı telefonla danışmışdım. Oğlumun cinsi azlıq olduğunu çıxandan sonra bilmişəm.Yasin hirsli vaxtımda mənim də qabağıma çıxsaydı, bəlkə mən də vurardım".

Növbəti proses 23 fevral saat 11:20-yə təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov bıçaqlanaraq öldürülüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.

Qətlə yetirilən Yasin İbadovun LGBT+ nümayəndəsi olduğu bildirilir. O, "Rüzgar" ləqəbi ilə tanınırmış.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, B. İbadova Cinayət Məcəlləsinin 120.2.2 120.2.4 221.3 228.5 maddələri ilə ittiham irəli sürülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1691   Tarix: 04 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?

"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə

11:33 169
.

İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunu

10:41 167
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

12:55 122
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

04.10.2026 252
.

Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"

Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin

11:04 148
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

04.10.2026 228
.

Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?

Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura

13:07 151
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 249
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

10:03 159
.