Mobil bazarda diqqətçəkən statistika: istifadəçi az artır, gəlir sürətlə yüksəlir - İKT EKSPERTİNDƏN AÇIQLAMA

Mobil bazarda diqqətçəkən statistika: istifadəçi az artır, gəlir sürətlə yüksəlir - İKT EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda mobil rabitə bazarında son statistika maraqlı və eyni zamanda suallar doğuran mənzərə ortaya qoyur. Rəsmi məlumatlara görə, ölkədə mobil telefon istifadəçilərinin sayı cəmi 6 faiz artsa da, mobil operatorların gəlirləri ötən il 41 faiz artıb. Bu artımın isə əsasən mobil xidmətlərin qiymətlərinin bahalaşması hesabına baş verdiyi görünür. Xatırladaq ki, 2018-ci ildə bazarda iki mobil operatorun birləşməsi nəticəsində faktiki olaraq rəqabət mühiti zəifləyib və hazırda bazarda cəmi iki mobil operator fəaliyyət göstərir. Rəqabətin məhdud olması isə qiymətlərin artmasına və istehlakçıların seçim imkanlarının azalmasına səbəb olduğu barədə müzakirələri daha da gücləndirir. Bu baxımdan bazara yeni mobil operatorların daxil edilməsi və rəqabət mühitinin genişləndirilməsi məsələsi yenidən gündəmə gəlir.
Mobil bazarda diqqətçəkən statistika: istifadəçi az artır, gəlir sürətlə yüksəlir - İKT EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı İKT üzrə Fərid Kazımov BiG.AZ-a açıqlamasında bildirdi ki, mobil operatorlar qiymətləri nəyə görə artırdıqlarını ictimayyətə izah etməlidirlər. Onun sözlərinə görə, mobil operatorlar əvvəllər gəlirlərinin əsas hissəsini telefon danışıqlarından əldə edirdilərsə, hazırda gəlirlərinin əsas hissəsini internet xidmətləri təşkil edir: "Mən Böyük Britaniyanın mobil operatorlarından birinin abonentiyəm. Yəni onlara məxsus nömrəm var və Böyük Britaniyaya getdiyim zaman istifadə edirəm. Böyük Britaniyadakı mobil operatora cəmi 10 funtsterlinq pul ödəyirəm və bu məbləğ illərdir ki, dəyişməyib. Ancaq qiymət dəyişməsədə mobil operator tərəfindən verilən internet paketinin həcmi artmaqdadır. İlk istifadə etdiyim vaxtlar 7GB internet paketi alırdım, hazırda isə bu həcm 10GB-a qədər artıb. Bundan başqa bizdə paketin istifadə müddəti bitdikdə, qalıq bütün dəqiqələr və internet trafiki sıfırlanır. Böyük Britaniyada isə sıfırlanmır və növbəti aya keçir.

Nəyə görə bizdə abonentin fantastik qiymətə aldığı paketin qalıq hissəsi növbəti aya keçirilmir? Bunu mobil operatorlar izah etməlidir. Bütün dünyada mobil danışıq və internet qiymətləri sürətlə ucuzlaşır, bizdə isə sürətlə bahalaşır. Adiyyatı dövlət qurumlarının bu məsələyə susması anlaşılan deyil. Nə üçün məhz İKTA qiymət artımlarına görə, mobil operatorlara bir söz demir. Çünki əslində onlar bazarı tənzimləyirlər. Bu sahə ilə bağlı onların əlində resurslar var. Qiymət artımları bir çox səbəbdən ola bilər. Məsələn, mobil operatorlar arasında kartel sövdələşməsi ola bilər. Bütün bunlar araşdırılmalıdır. Mobil operatorların gəlirləri azalırsa, bunun günahı abunəçilərdə deyil. Mobil operatorlar azaldığı gəlirlərini, qiymətləri artırmaq hesabına artırmaq istəyirlər. Mobil operatorlar əlavə xidmətlərini inkişaf etdirmək istəmirlər, xərcləri artanda da abonentlərin üstünə düşürlər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 11 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 130
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 253
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 232
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

14:00 129
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 125
.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

16:10 70
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

16:20 69
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 189
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 129
.