Naxçıvanın idarəetmə modelində əsas dəyişikliklər: Ali Məclis və icra hakimiyyətləri

Naxçıvanın idarəetmə modelində əsas dəyişikliklər: Ali Məclis və icra hakimiyyətləri"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklər Muxtar Respublikanın idarəetmə modelinin Azərbaycan Respublikasının unitar dövlət quruluşuna tam uyğunlaşdırılması və mərkəzi icra hakimiyyətinin şaquli iyerarxiyasının daha da möhkəmləndirilməsi məqsədini daşıyır".

Bunu BiG.AZ-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib.

O, qeyd edib ki, Prezidentin sərəncamı ilə təsdiq edilən dəyişikliklər əsasən aşağıdakıları əhatə edir: Konstitusiyaya iki yeni maddənin əlavə olunması, 5-ci maddənin çıxarılması, bir sıra maddələrdə və preambulada əhəmiyyətli dəyişikliklər, həmçinin sənədin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırılması və texniki xarakterli dəqiqləşdirmələr:

"Preambula yenidən formalaşdırılaraq Naxçıvanın muxtariyyət statusu beynəlxalq müqavilələrdən ziyadə 1991-ci il Bəyannamə və Konstitusiya Aktı ilə, həmçinin 1995-ci il ümumxalq səsverməsində qəbul edilən Azərbaycan Konstitusiyası ilə əsaslandırılır. Buraya Azərbaycan Respublikasının Konstitusiyasının 134-cü maddəsinin 3-cü hissəsi əsasında Muxtar Respublikanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə müddəa əlavə olunub.
Naxçıvanın idarəetmə modelində əsas dəyişikliklər: Ali Məclis və icra hakimiyyətləriƏn mühüm dəyişikliklərdən biri "hakimiyyətlərin bölgüsü" prinsipi ilə bağlıdır. Konstitusiyaya "Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddə əlavə edilir. Bu orqan Prezidentin təyin etdiyi səlahiyyətləri yerinə yetirəcək və birbaşa Prezidentə tabe olacaq.

Həmçinin, Konstitusiyadan "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi" adlı 5-ci maddə çıxarılır və aidiyyəti səlahiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun orqanlara ötürülür.

Dəyişikliklərlə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti artıq Ali Məclisə tabe olmayacaq, iş qaydası Azərbaycan Prezidenti ilə razılaşdırılacaq. Yerli icra hakimiyyətlərinin başçıları isə Ali Məclisin sədrinin təqdimatı əsasında Prezident tərəfindən təyin ediləcək.

Bundan əlavə, Ali Məclisin sədri seçilmək üçün əvvəllər tələb olunan 5 illik daimi yaşayış şərti aradan qaldırılıb. Ali Məclisə seçkiləri isə sədrin təklifi əsasında Prezident tərəfindən təyin olunacaq. Sessiyaların qapalı iclasları yalnız Prezidentin və Milli Məclisin təklifi ilə keçirilə bilər.

Yeni dəyişikliklərlə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin buraxılması ilə bağlı 28-1-ci maddə əlavə edilir. Burada, deputatların və ya Konstitusiyanın müvafiq maddələrinin icrasının mümkün olmadığı hallarda Ali Məclis Azərbaycan Prezidenti tərəfindən buraxıla bilər. Bundan başqa, dəyişikliklər artıq konstitusiya qanunu deyil, qanun formasında qəbul olunacaq, Ali Məclisin sədrinin aktları isə qərar deyil, sərəncam adlandırılacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 805   Tarix: 11 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 130
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 253
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 232
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

14:00 129
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 125
.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

16:10 70
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

16:20 69
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 189
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 129
.