Qərb mətbuatında sensasion iddia - Rusiya İrana ABŞ hədəfləri barədə məlumat verir - POLİTOLOQDAN AÇIQLAMA

Qərb mətbuatında sensasion iddia - Rusiya İrana ABŞ hədəfləri barədə məlumat verir - POLİTOLOQDAN AÇIQLAMAThe Washington Post və The Telegraph qəzetlərinin yaydığı məlumata görə, Rusiya İranın ABŞ hərbi hədəflərinə qarşı mümkün hücumları üçün kəşfiyyat məlumatları təqdim edir. İddialara əsasən, söhbət xüsusilə Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazaları və hərbi gəmiləri ilə bağlı məlumatlardan gedir. Məlumatlar beynəlxalq mediada ciddi müzakirələrə səbəb olub və bu iddialar fonunda regionda onsuz da gərgin olan hərbi-siyasi vəziyyətin daha da mürəkkəbləşə biləcəyi barədə narahatlıqlar artır.
Qərb mətbuatında sensasion iddia - Rusiya İrana ABŞ hədəfləri barədə məlumat verir - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, İran Rusiya münasibətlərində arxa pərdədə əməkdaşlığın olması və eyni zamanda Rusiyanın İrana müəyyən kəşfiyyat məlumatlarını verməsi ilə bağlı ehtimallar heç bir halda istisna edilmir. Nəzərə alsaq ki, hər iki dövlətin regional siyasətində ciddi fikir ayrılıqları və zidiyyətlər müşahidə edilmir. Onuda qeyd etmək lazımdır ki, Rusiya və İran ABŞ-ın yeni Orta Şərq arxitekturasının formalaşdırması istiqamətində atdığı addımların öz təsir mexanizmlərini qisməndə olsa itirmiş, eyni zamanda Suriyada digər bölgələrdə təsir dairələrini məhdudlaşdırmaq məcburiyyətində qalmışdır. Onun sözlərinə görə, bu istiqamətdə atılan addımları izlədikdə biz aydın şəkildə müşahidə edə bilirik ki, Amerikanın Orta Şərq siyasəti heçdə Rusiyanın maraqlarına uyğun deyil: "Baxmayaraq ki, Rusiya-Ukrayna müharibəsi fonunda biz Rusiya-ABŞ münasibətlərinin müəyyən bir yumşalmanın, həttda ABŞ-ın Rusiyanın mövqeyini dəstləyəcək istiqamətdə sülh prosesi çərçivəsində danışıqların sürətləndirilməsi ilə bağlı mövqe nümayiş etdirdiyini müşahidə edə bilirik. Amma Rusiya-Ukrayna müharibəsindən kənar ikinci bir istiqamət olaraq, Orta Şərq siyasətini nəzərə alsaq, bu istiqamətdə atılacaq addımlarda İranın dəstəklənməsi, eyni zamanda İranın hərbi əməliyyatları və əks hücum əməliyyatlarını davam etdirməsi, Amerika ilə İran arasında olan müharibənin müddətinin uzanması həm Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın maraqlarına uyğundur, həmdə ABŞ-ın regional siyasəti ilə bağlı atacağı addımların müəyyən mənada məhdudlaşdırması istiqamətində Rusiyanın hədəflərinə və strateji yanaşmalarına uyğun gələn istiqamətlərdir. Düşünürəm ki, telefon danışığında Putinin bunu təkzib etməsi təbiiki hər hansısa bir formada açıq bəyanatla strateji tərəfdaşlıq münasibətlərinin ifadə olunmamasının təcəssümüdür. İstənilən dövlətlə olan münasibətlərin konkret olaraq digər bir dövlətlə müzakirə edilə biləcəyi, xüsusi ilə ABŞ və Rusiya münasibətləri fonunda bunu nəzərdən keçirsək, əzəli rəqib olan iki dövlətlərin münasibətlərində bu qədər aydın və şəffaf bir ritorikanı gözləmək doğru olmaz.

Amma hər bir halda arxa pərdədə Rusiya-İran münasibətlərinin hansı əsaslarda olduğunu düşünürəm ki, ABŞ-da yetəri qədər aydın və konkret şəkildə başa düşür və ola biləcək mümkün hər hansısa bir məlumatların mübadiləsi, həmçinin başqa istiqamətdə dəstəyin olması ehtimalı heç bir halda istisna edilmir. Amma açıq olaraq Rusiya tərəfindən yadaki digər dövlətlər tərəfindən İrana münasibətdə konkret dəstəyin nümayiş etdirilmədiyini biz aydın şəkildə görə bilirik. Ancaq diplomatik kanallar vasitəsi ilə İrana olan hücumun pislənilməsi və bu istiqamətdə atılan addımların beynəlxalq hüquqa zidd olması ilə bağlı biz Rusiya rəsmilərinin bəyanatlarını müşahidə edirik. Amma arxa pərdədə ola biləcək əməkdaşlıq ehtimalları yenədə qeyd edirəm hər bir halda istisna edilmir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 761   Tarix: 11 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 130
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 253
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 232
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

14:00 129
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 125
.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

16:10 70
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

16:20 69
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 189
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 129
.