Qərb mediası xəbərdarlıq edir: Neftin qiyməti 200 dolları keçə bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Qərb mediasında yayılan son xəbərlərə görə, Yaxın Şərqdə artan hərbi gərginlik qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb və bəzi analitiklər neft qiymətlərinin rekord səviyyələrə yüksələ biləcəyini istisna etmirlər. Xüsusilə ABŞ-İsrail və İran arasında qarşıdurmanın genişlənməsi, həmçinin dünya neft tədarükünün mühüm hissəsinin keçdiyi Hörmüz boğazında təhlükəsizlik risklərinin artması fonunda bəzi ekspertlər bir barel neftin qiymətinin 200 dollara qədər yüksələ biləcəyi ehtimalını gündəmə gətirir. Artıq beynəlxalq bazarlarda neft qiymətləri sürətlə bahalaşmağa başlayıb və son günlərdə Brent markalı neft 100 dollar həddini yenidən keçib.
Analitiklər bildirirlər ki, regionda münaqişə daha da dərinləşərsə və neft daşımaları ciddi şəkildə pozularsa, bu, qlobal enerji bazarında yeni şok yarada və qiymətlərin kəskin sıçrayışına səbəb ola bilər. Belə bir ssenari yalnız enerji bazarına deyil, həm də dünya iqtisadiyyatına təsir edə bilər. Qərb ekspertləri hesab edir ki, neftin qiymətinin kəskin artması inflyasiyanın yüksəlməsinə, nəqliyyat və istehsal xərclərinin bahalaşmasına, hətta bəzi ölkələrdə iqtisadi tənəzzül riskinin artmasına gətirib çıxara bilər.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, geosiyası gərginlik neftin qiymətinə təsir edir. Çünki müharibə gedir. Neftin üçdə birinin hasil olunduğu, beşdə birinin daşındığı bir bölgədə müharibə gedir. Təbiiki bu psixoloji olaraq neft qiymətlərinə təsir göstərir. Ancaq neftin qiymətinin 200 dolları keçəcəyi xəbərləri İranın basqı yaratmaq cəhdidir. Çünki neftin qiyməti 200 dolları keçərsə, bunu dünya iqtisadiyyatı qaldıra bilməz. Neftin qiyməti 200 dollar olacağı təqdirdə bunun təsirləri bütün dünyaya yayılsa, dünyadakı inflyasiyanı necə təsəvvür etmək olar? Onun sözlərinə görə, bəzi ölkələr bununla bağlı qərarlar alıb: "ABŞ 170 milyon barel nefti öz ehtiyatlarından gələn həftədən satışa çıxaracaqki, neftin qiyməti aşağı düşsün. Avropa Birliyi ölkələridə 400 milyon barel nefti öz ehtiyatlarından satışa çıxaracaq, neftin ucuzlaşması üçün. Yəni istənilən halda qiyməti aşağı salmağa cəhd edəcəklər.
Amma qiymətlərin artmasının səbəbi geosiyasi gərginlikdir. Sabah Tramp elan etsəki, müharibə bitdi və biz məqsədlərimizə çatdıq, bununlada neftin qiymətinin aşağı düşməsinin şahidi olacağıq. Yəni neftin indiki qiymətləri psixoloji qiymətlərdir, real iqtisadi qiymətlər deyil".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 648 Tarix: 12 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBank kartından istifadə ilə bağlı YENİ VƏZİYYƏT: MƏHDUDLAŞDIRILACAQ?
Son dövrlərdə bank kartları ilə bağlı yaşanan problemlər, o cümlədən kartlardan vəsaitin əsassız silinməsi, köçürmə əməliyyatlarından sonra kartların bloklanması və bank sistemlərində baş verən texniki nasazlıqlar elektron ödənişlərə olan etimada mənfi təsir göstərib. Xüsusilə son texniki problem nağdsı
00:11 100 Bazarlarda meyvə və tərəvəz UCUZLAŞDI: Yeşiyi 1 manat
Havaların istiləşməsi ilə bazarlarda meyvə və tərəvəz məhsullarının qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti o qədər enib ki, alıcılar ehtiyaclarından artıq alış-veriş edirlər. Bəs ən çox hansı məhsullar ucuzlaşıb?. BİG.AZ milliaz-
00:19 93 Konqoda Eboladan bir gündə 26 nəfər öldü - RƏSMİ STATİSTİKA
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı son sutka ərzində 42 nəfər artaraq 1 502-yə çatıb. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi məlumat yayıb. Təhlükəli virusdan həyatını itirənlərin sayı əvvəlki günlə müqayisədə 26 nəfər ço
04.07.2026 168 Azərbaycan nar ixracından 4 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-may aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə 299 min dolla
04.07.2026 162 Gələn il pensiyalar nə qədər arta bilər? - FAİZ AÇIQLANDI
Azərbaycanda inflyasiya, yaşayış minimumu və gündəlik xərclərin artması fonunda pensiya məbləğinin artırılması məsələsi yenidən gündəmə gəlib. Bəs mövcud iqtisadi şərait nəzərə alınaraq orta pensiyanın əlavə şəkildə artırılması mümkündürmü?. Mövzu ilə bağlı -a danışan iqtisadçı Xalid Kərimli bildiri
04.07.2026 228 Millət vəkilinin evindən QIZIL ALT PALTARI TAPILDI - FOTO
İraqda keçirilən antikorrupsiya əməliyyatı zamanı millət vəkili Hind əl-Abbasinin evindən 57 milyon dollar nağd pul, 27 kiloqram qızıl və qızıldan hazırlanmış alt paltarları tapılıb. BİG.AZ -a istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, istintaq çərçivəsində parlamen
00:23 95 Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır. BİG.AZ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkild
04.07.2026 197 Bazar gününə plan qurun - 34° isti olacaq
İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətl
04.07.2026 196 Leninqraddakı Vısotsk limanının ərazisinə Ukrayna PUA-larının qalıqları düşüb
Rusiyanın Leninqrad vilayətindəki Vısotsk limanının ərazisinə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qalıqları düşüb. "Report" xəbər verir ki, bu barədə özünün teleqram kanalında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib. "Leninqrad vilayəti üzərində düşmənin 6
04.07.2026 123