"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal - Şirkət Taleh Heydərovun adını hallandırır

"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal - Şirkət Taleh Heydərovun adını hallandırırTibbi, estetik və dental avadanlıqlarının satışını həyata keçirən "İnex" şirkətindən epilyasiya cihazı alan lazeroloqlar aldadıqlarını iddia edir.

Beyləqan rayonunda fəaliyyət göstərən lazeroloq Mədinə Əsədzadə Qaynarinfo-ya bildirib ki, "İnex" şirkətindən kredit yolu ilə 65 000 manata aldığı epilyasiya cihazı qısa müddətdə sıradan çıxıb. Mədinə Əsədzadə şirkətlə əlaqə saxlayıb. Şirkətdən cihazın təmiri üçün əlavə ödəniş tələb edilib. Lakin cihazın bundan sonra işləyəcəyinə zəmanət verilməyib.

"Cihazı alarkən ilkin ödəniş kimi 5000 manat tələb ediblər. Ayda 2500 manat olmaqla 3 ay ödəniş etmişəm. Beləliklə, şirkətə 12 500 manat pul ödəmişəm. Əlavə olaraq təmir üçün məndən 1150 manat alıblar. Cihaz təxminən 20 gün müddətində sıradan çıxıb. Hər dəfə təmir etdirmişəm. Nəhayət, gördüm ki, bu cihaz yararsızdır. Qiyməti 65 000 manat olan bir cihazın qısa müddətdə sıradan çıxdığına və təmirin də nəticəsi olmadığına görə kredit ödənişini dayandırmışam. Həmçinin şirkətdən tələb etmişəm ki, mənə dəymiş zərər ödənilsin", deyə Mədinə Əsədzadə bildirib.

"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal - Şirkət Taleh Heydərovun adını hallandırırŞikayətçinin sözlərinə görə, şirkət problemi aradan qaldırmaq əvəzinə ona həd-qorxu gəlib: "Deyirlər ki, sizi məhv edərik. Bizim arxamızda nazir dayanır. Konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adını hallandırırlar. Bizi onun adı ilə hədələyirlər".

Qubada fəaliyyət göstərən "Jamila Beauty and Laser" gözəllik salonunun sahibi Gülşən Paşayeva da oxşar problemlə üzləşib. Onun sözlərinə görə, "İnex" şirkətindən aldığı epilyasiya cihazı 20 gün müddətində sıradan çıxıb.

"Şirkətlə əlaqə saxladım ki, gəlib təmir etsinlər. Ödəniş istədilər. Mən də bildirdim ki, 20 gün keçməyib, cihaz xarab olub. Niyə təmirinə görə əlavə ödəniş etməliyəm?! Məsələni ictimailəşdirəcəyimi bildirdim. Bundan sonra ödənişsiz təmirə razılaşdılar. Lakin təmirdən sonra cihazın normal işləyəcəyinə zəmanət vermədilər. Mən də etdiyim ödənişi geri tələb edərək cihazı geri qaytarmaq istədiyimi bildirdim. Əvvəlcə razılaşmadılar. Sonra isə bildirdilər ki, bir şərtlə cihazı geri alacağıq ki, dəymiş zərəri tələb etməyəsən. Həmçinin bununla bağlı görüntülü halda iltizam verəsən. Məlumat üçün deyim ki, cihazı 24 aylığına kreditə götürmüşdüm. 5000 manat ilkin ödəniş etmişdim. 2500 manat da kredit borcumu vermişdim. Yəni, mənə 7500 manat ziyan dəyib", deyə Gülşən Paşayeva bildirib.

"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal - Şirkət Taleh Heydərovun adını hallandırırŞikayətçi əlavə edib ki, çarəsiz qalaraq şirkətlə razılaşıb: "Məni videoya çəkdilər ki, məsələni ictimailəşdirməyim. Dedilər, əks halda bu videonu əsas gətirərək səni həbs etdirərik. Lakin buna baxmayaraq mən məsələni ictimailəşdirərək pulumu tələb etdim. Bundan sonra başqa təhdidlər gəldi. Dedilər ki, şirkət Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovundur. Ona görə də hara şikayət etsən, xeyri olmayacaq, əvəzində sənin özünə problem yaranacaq".

Gülşən Paşayeva deyib ki, qalmaqal barədə Taleh Heydərov da məlumatlıdır. "Taleh Heydərovun köməkçisi mənə zəng vurmuşdu. Dedi ki, şirkətin ona aidiyyəti yoxdur. Mən də dedim ki, şirkət israrla onun adını çəkir və onun adı ilə məni hədələyib, pulu geri qaytarmır", deyə sahibkar vurğulayıb.

Mədinə Əsədzadə və Gülşən Paşayevanın iddiaları ilə bağlı "İnex" şirkəti ilə əlaqə saxladıq. Şirkətin Ləman adlı operatoru məsələ ilə şirkətin hüquqşünasının məşğul olduğunu deyərək bizimlə əlaqə saxlanılacağını bildirdi. İş gününün sonunadək gözləsək də, şirkətdən heç bir zəng gəlmə

"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal - Şirkət Taleh Heydərovun adını hallandırırAraşdırmalarımız zamanı məlum olub ki, "İnex" şirkəti vergi sistemində "İnex" MMC olaraq 16 sentyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Tofiq Məmmədov küçəsi, ev 20, mənzil 34-də yerləşir. "İnex" MMC-nin qanuni təmsilçisi Aslanov Mahir Zahid oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Şirkətin Kəmaləddin Heydərova, yaxud da oğlu Taleh Heydərova məxsusluğuna dair hər hansı fakta rast gəlinmir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 147   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tələbələr bu tarixlərdə distant oxuyacaq

Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədris mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil olunacaq. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Əmr Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçünc

17:43 110
.

Kreml Moldovaya təzyiqi artırır - Dnestryanı kartı yenidən aktivləşir

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu "Komsomolskaya Pravda"ya verdiyi müsahibədə bildirib ki, Moskva lazım gələrsə, Dnestryanıdakı Rusiya vətəndaşlarını qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək. "Dnestryanıda 220 mindən çox Rusiya vətəndaşı yaşayır və onları

12:29 192
.

İsmayıllıda lotereyadan 100 000 manat uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın təşkil etdiyi "Super Keno" tirajlı lotereyasında növbəti böyük uduş qeydə alınıb. 100 00 manatlıq böyük uduş İsmayıllı rayon sakini 27 yaşlı İzzət Ağaya qismət olub. Qalibə 2, 12, 23, 32, 34, 43

17:53 92
.

Dörd azərbaycanlının 41 milyard dollar sərvəti var

"Forbes" jurnalı Rusiyanın ən varlı iş adamlarının yeni siyahısını təqdim edib. Qaynarinfo xəbər verir ki, siyahıda 4 Azərbaycan əsilli milyarder də yer alıb. Ən varlı Azərbaycan əsilli rusiyalı Vahid Ələkbərov olub. "Lukoyl"un keçmiş sahibi, "Gələcəyimiz" Fondunun İctima

15:21 217
.

"Hökümətin vəzifəsi odur ki, bazara çoxlu mobil operatorlar buraxsın" - EYYUB HÜSEYNOV

Azərbaycanda mobil rabitə bazarı ilə bağlı narazılıqlar son illərdə daha da artmaqdadır. Xüsusilə 2018-ci ildə iki mobil operatorun birləşdirilməsindən sonra bazarda faktiki olaraq məhdud sayda - cəmi iki mobil operatorun fəaliyyət göstərməsi rəqabətin zəifləməsi və qiymət siyasətinə təsiri ilə bağl

14:33 273
.

Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var - Yenilənib

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ və Cəbrayıl rayon şöbələrində əməliyyat keçirib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb. Şöbə əməkdaşları korrupsiy

16:23 205
.

Xəzər dənizi təhlükədə: Su səviyyəsi 21 metrə qədər azala bilər

Tehran Konvensiyasının Katibliyinin koordinatoru Mahir Əliyev Astanada keçirilən Regional Ətraf Mühit Sammitində bildirib ki, Xəzər dənizində suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr azala bilər. Onun sözlərinə görə, problemin həlli üçün Xəzəryanı beş dövlətin - Azərbaycan, İran, Qazaxıstan

14:37 158
.

Təbii çayı necə seçək? - İstehlakçılar üçün vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən çay istehlakı ilə bağlı son vaxtlar mühüm bir sual daha çox gündəmə gəlir: bazarda satılan məhsulların nə qədəri həqiqətən təbiidir? Rəng, ətir və dad baxımından cəlbedici görünən bir çox çay növünün tərkibi ilə bağlı şübhələr istehlakçıları daha diqqətl

15:21 181
.

Aynişan bu dəfə geyimlərini satışa çıxardı

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva bu dəfə geyimlərini satışa çıxarıb. Axşam.az xəbər verir ki, bloger illərdir qarderobunda yığılan paltarları müxtəlif qiymətə satdığını sosial şəbəkədə nümayiş etdirib. Qeyd edək ki, Aynişan bundan əvvəl istifadə edilən kosmetik vasitələrin

14:30 263
.

TOP MP3