Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEO
Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur.
Baku TV-nin məlumatına görə, Coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzərdə suyun artıb-azalması onun "həyatının" əsas göstəricisidir.
Onun sözlərinə görə, dənizin su balansı əsasən daxil olan və çıxan suların nisbətindən asılıdır: suyun təxminən 80%-i çaylar və yerüstü axınlar, həmçinin yağıntılar və yeraltı sular hesabına formalaşır.
Azalma isə daha çox buxarlanma hesabınadır. Mütəxəssislər qeyd edirlər ki, Xəzər dənizində suyun artıb-azalması təxminən 200 ildən bir baş verir və son illər azalma daha çox müşahidə olunur. Bunun isə təxminən 2050-ci ilə qədər davam edəcəyi gözlənilir. Həmin tarixdən sonra isə prosesin əksini müşahidə edə bilərik.
Əmir Əliyev dənizin sahilində ev və ya hər hansı obyekt inşa edənlərə suyun səviyyəsinin artıb-azalmasını nəzərə almağı məsləhət görür. Çünki həmin tikililər bir müddət sonra su altında qala bilər.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 115 Tarix: 26 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib
Prezidenti iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qazaxıstanın Astana şəhərində keçirilən Regeional Ekoloji Sammit (RES 2026) çərçivəsində Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov ilə görüşüb. "Report" xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbək
10:50 121 Ötən gün qanunsuz saxlanılan 3 tapança, 5 tüfəng aşkarlanıb
Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 5 tüfəng, 3 patron darağı və 21 patron aşkar edərək götürüblər. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşka
25.04.2026 223 Əraqçi: ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı aydın deyil
ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı hələ aydın deyil. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan səfərindən sonra "X" sosial şəbəkə hesabında yazıb. Əraqçinin sözlərinə görə, İslamabadda Pakistanın Baş naziri Şahbaz Şəriflə İrana qarş
11:50 126 Dollar saxlayanlara şad XƏBƏR
Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə - 51,1%-ə yüksəlib. Reytinqdə ikinci yerdə böyük fərqlə avro (təxminən 21%) qərarlaşıb. On
11:20 185 Əfqanıstanda güclü yağışlar səbəbindən ev çökdü, bir ailənin beş üzvü öldü
Əfqanıstanın Badqis vilayətində yaşayış evinin damının çökməsi nəticəsində dörd uşaq və bir qadın olmaqla ailənin beş üzvü həlak olub. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli polisə istinadən məlumat yayıb. Hadisə bu gün səhər saatlarında bölgənin inzibati mərkəzi olan Qala-e-Na
25.04.2026 214 ABŞ vətəndaşlarının Meksikada ölümləri ilə bağlı rəsmi açıqlama
Meksika hökuməti ölkənin şimalındakı Çiuaua ştatında həlak olan iki ABŞ vətəndaşının yerli əməliyyatlarda iştirak üçün rəsmi icazəsinin olmadığını açıqlayıb. xəbər verir ki, bu barədə Meksika Təhlükəsizlik Kabineti və Meksika Xarici İşlər Nazirliyinin birgə bəyanatında bildirilib. Qeyd olunub ki, həla
10:40 129 XƏBƏRDARLIQ! Bakıda güclü külək əsəcək, yağış yağacaq - BU TARİXDƏ
Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duma
13:32 131 Azərbaycanda bu qədər şəxs birdəfəlik yardım ALACAQ
Prezident İlham Əliyevin yeni "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında"
12:20 150 Pakistan və İran Yaxın Şərqdə sülhün bərqərar olunması səylərini müzakirə edib
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdəki vəziyyəti, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Pakistan hökuməti başçısının dəftərxanası məlumat yayıb. Qeyd olunur ki, 50 dəqiq
12:50 114