Tramp: İslamabad görüşünün ləğvi İranla müharibənin yenidən başlaması demək deyil

Tramp: İslamabad görüşünün ləğvi İranla müharibənin yenidən başlaması demək deyilABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və iş adamı Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün İslamabada səfərinin ləğvi hərbi əməliyyatların yenidən başlaması demək deyil.

"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" portalına bildirib.

"Xeyr, bu o demək deyil. Biz hələ bu barədə (İrana qarşı hərbi əməliyyatların yenidən başlaması - red.) düşünməmişik", - Tramp məsələ ilə bağlı suala cavab verərkən deyib.

Bundan əvvəl Vaşinqton Administrasiyasının rəhbəri iranlı danışıqçılarla görüşmək üçün nümayəndələrinin İslamabada səfərini ləğv etdiyini bildirib.

Onun sözlərinə görə, bütün kartlar ABŞ-nin əlindədir və səfərlərə çox vaxt sərf olunur, halbuki İranla danışıqlar telefonla da aparıla bilər.

Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 130   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pezeşkian 30 milyon könüllüdən kömək istəyib

İran Prezidenti Məsud Pezeşkian 30 milyon könüllüdən kömək istəyib. "Report" xəbər verir ki, bununla bağlı SNNTV məlumat yayıb. "30 milyon könüllü, lütfən, enerji istehlakının idarə olunmasında bizə kömək edin, sənaye üçün elektrik və qazı kəsmək olmaz", - Pezeşkian bildirib və əlav

15:50 46
.

ABŞ vətəndaşlarının Meksikada ölümləri ilə bağlı rəsmi açıqlama

Meksika hökuməti ölkənin şimalındakı Çiuaua ştatında həlak olan iki ABŞ vətəndaşının yerli əməliyyatlarda iştirak üçün rəsmi icazəsinin olmadığını açıqlayıb. xəbər verir ki, bu barədə Meksika Təhlükəsizlik Kabineti və Meksika Xarici İşlər Nazirliyinin birgə bəyanatında bildirilib. Qeyd olunub ki, həla

10:40 134
.

Argentina Böyük Britaniyanı Malvin adaları üzrə danışıqları bərpa etməyə çağırdı

Argentina rəhbərliyi Malvin (Folklend) adalarına dair suverenlik hüquqlarını yenidən bəyan edərək, Böyük Britaniya hökumətini ikitərəfli müzakirələrə başlamağa dəvət edir. xəbər verir ki, bu məlumatı Cənubi Amerika dövlətinin xarici işlər, beynəlxalq ticarət və ibadət naziri Pablo Kirno açıqlayıb. "Argentin

14:40 114
.

Əraqçi: ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı aydın deyil

ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı hələ aydın deyil. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan səfərindən sonra "X" sosial şəbəkə hesabında yazıb. Əraqçinin sözlərinə görə, İslamabadda Pakistanın Baş naziri Şahbaz Şəriflə İrana qarş

11:50 140
.

"Son zəng" tədbirlərində QADAĞA

Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib. xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsind

12:10 192
.

Rumıniyada NATO-nun antidron sistemlərinin sınaqları keçirilib

Konstansa qraflığında yerləşən Kapu Midia poliqonunda NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Rumıniya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Şərqi Feniks" hərbi təlimi baş tutub. Təlim çərçivəsində pilotsuz uçuş aparatları (PUA) əleyhinə müdafiə sistemləri yoxlanılıb. -ın məlumatın

15:30 83
.

Əfqanıstanda güclü yağışlar səbəbindən ev çökdü, bir ailənin beş üzvü öldü

Əfqanıstanın Badqis vilayətində yaşayış evinin damının çökməsi nəticəsində dörd uşaq və bir qadın olmaqla ailənin beş üzvü həlak olub. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli polisə istinadən məlumat yayıb. Hadisə bu gün səhər saatlarında bölgənin inzibati mərkəzi olan Qala-e-Na

25.04.2026 217
.

Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub

Göygöl rayonunda qadın dəm qazından boğulub. -ın məlumatına görə, hadisə aprelin 25-i saat 11 radələrində saatlarında rayonun Bəhrambağı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1964-cü il təvəllüdlü İradə Allahverdiyeva evində dəm qazından boğularaq ölüb. Məlumata görə, qadın evində tək yaşayırmış. Onu

12:40 141
.

Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıb

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allen olduğu müəyyən edilib. xəbər verir ki, bu barədə CNN və "New York Post" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. K.Alle

11:27 192
.

TOP MP3