Süd BAHALAŞACAQ

Süd BAHALAŞACAQ2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.

Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətlə artmasıdır. Belə ki, bu məhsullar üçün ümumilikdə 10,386 milyon ABŞ dolları ödənilib. Bu isə illik müqayisədə 3,945 milyon dollar və ya 61 faiz artım deməkdir. Yəni idxal həcmi artsa da, dəyər artımı onu xeyli üstələyib.

Mütəxəssislərin fikrincə, idxal xərclərinin bu templə artması daxili bazarda süd və süd məhsullarının qiymətlərinə də təsir göstərə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, idxal olunan südə xərclənən vəsaitin artmasının əsas səbəbləri qlobal ərzaq inflyasiyası, istehsal xərclərinin yüksəlməsi və logistika xərclərinin artmasıdır:

"Bundan əlavə, daha yüksəkkeyfiyyətli və baha məhsullara üstünlük verilməsi də ümumi idxal dəyərini artırmış ola bilər. Daxili bazara gəlincə, bu artım tempinin davam etməsi süd məhsullarının pərakəndə qiymətlərinə də yansıya bilər. Yəni yaxın bir ayda süd məhsullarının qiymətləri arta bilər.

İdxalın ümumi xərclər içindəki payı 0,2% olsa da, daxili tələbatın bir hissəsi hələ də xaricdən gətirilən məhsullarla ödənilir. Bu isə sektoru ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətli edir. Belə bir mənzərə yerli südçülük istehsalının gücləndirilməsi məsələsini daha da aktuallaşdırır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 282   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya ordusu Kiyevdə "Flamingo" raketlərini istehsal edən zavoda zərbə endirib

Rusiya ordusu ötən gecə Kiyev şəhəri və Kiyev vilayətində yerləşən hərbi təyinatlı obyektlərə və enerji infrastrukturu obyektlərinə uzaq mənzilli və yüksək dəqiqlikli raketlər və dronlarla kütləvi zərbə endirib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat

02.07.2026 323
.

Sevgilisi İkardidən ayrıldı - Qısqanclığa görə

"Qalatasaray"ın keçmiş futbolçusu Mauro İkardi ilə aktrisa Çin Suaresin münasibətinin başa çatdığı iddia olunur. xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi cütlüyün şəxsi həyatında davam edən problemlər və İkardinin bəzi davranışları olub. Gündəlik həyatd

02.07.2026 338
.

Avstraliyanın sirri: Quru çölün ortasındakı yollarda niyə iki metrlik xətkeşlər var?

Avstraliya təbiəti, iqlimi və qeyri-adi infrastruktur həlləri ilə dünyanın ən maraqlı ölkələrindən biri hesab olunur. Bu ölkəyə ilk dəfə səfər edənlərin diqqətini çəkən qəribə obyektlərdən biri də səhralıq ərazilərdə yolların kənarında quraşdırılmış iki metrlik şaquli ölçü reykalarıdır. Qaynarinfo xəbə

02.07.2026 334
.

Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir

ABŞ NATO-nun maliyyələşdirilməsində ən böyük paya malikdir. APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb. "ABŞ NATO-ya hamıdan qat-qat çox pul xərcləyir ki, onları qorusun, amma bunun qarşılığında heç bir fayda əldə etmir. 2014-2015-ci illər arası ABŞ 9

02.07.2026 308
.

Çinin addımı dünyaya nümunə olacaq? Azərbaycanda da süni intellekt məktəblərdə məcburi tədris oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Çində orta məktəblərdə süni intellektin tədrisinin məcburi hala gətirilməsi dünyada təhsil sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkə rəhbərliyi hesab edir ki, gələcəyin əmək bazarında uğur qazanmaq üçün şagirdlər hələ məktəb illərindən süni intellekt texnologiyalarını öyrənməl

12:21 105
.

Qurana hörmətsizlik edən komediyaçı saxlanıldı

Türkiyəli komediyaçı Deniz Göktaş saxlanılıb. Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun barəsində sosial media hesablarında paylaşdığı videolarda cinayət tərkibi əlamətləri aşkar edildiyi iddiası ilə istintaq başladılıb. İstanbul Respublika Baş Prokurorluğunun başladığı araşdırma çərçivəsində xaric

02.07.2026 305
.

Tehranda Xamenei ilə vida mərasimi başladı

Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, mərasim paytaxt Tehranın Böyük Müsəlla məscidində başlayıb. Tədbirdə din xadimləri və xarici ölkələrin rəsmilər

10:50 141
.

Ronaldonun nişanlısı öz biznesini qurdu

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes öz geyim brendini yaradıb. -ın xarici mediaya istinadən məlumatına görə, onun son sosial media paylaşımlarına və xüsusi "Instagram" hesabına əsasən, o, birinci sinif uçuşlar üçün sadə idman geyimləri istehsal etməyi planlaşdırır. Kolleksiyay

02.07.2026 349
.

Bu ölkədə nəm salfetlərin satışı qadağan edilir

Böyük Britaniya plastik lif tərkibli birdəfəlik nəm salfetlərdən imtina etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Mindmegette" nəşri məlumat yayıb. Həm mağazalarda, həm də onlayn satışlara şamil ediləcək qadağa Birləşmiş Krallığın müxtəlif hissələrində mərhələl

02.07.2026 307
.

TOP MP3