Charles III-ün Konqres çıxışı: ABŞ-ın Ukrayna və NATO siyasətində dönüş nöqtəsi? - POLİTOLOQDAN AÇIQLAMA

Charles III-ün Konqres çıxışı: ABŞ-ın Ukrayna və NATO siyasətində dönüş nöqtəsi? - POLİTOLOQDAN AÇIQLAMABöyük Britaniya kralı Charles III-ın ABŞ-a rəsmi səfəri çərçivəsində Konqresdə etdiyi çıxış beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tarixi çıxışında kral ABŞ və Böyük Britaniya arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulamaqla yanaşı, Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini önə çəkib və NATO-nun qlobal təhlükəsizlikdə roluna xüsusi diqqət ayırıb.

Çıxış zamanı o, müttəfiqlər arasında birliyin qorunmasının vacibliyini qeyd edərək Ukraynanın müdafiəsi üçün "sarsılmaz iradə" nümayiş etdirilməsinə çağırıb və transatlantik ittifaqların zəifləməməsinin əhəmiyyətini vurğulayıb. Bəs, Charles III-ün bu çıxışı ABŞ-ın Ukrayna siyasətində və NATO siyasətində dəyişikliyə səbəb ola bilərmi?
Charles III-ün Konqres çıxışı: ABŞ-ın Ukrayna və NATO siyasətində dönüş nöqtəsi? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, Charlesin ABŞ-a səfəri və konqresdəki məlum çıxışı qlobal gündəliyin ən çox müzakirə olunan məsələlərindən birinə çevrilib və bu istiqamətdə verilən ən önəmli mesajlar məhz NATO ilə bağlı uzun müddətdir yaranmış gərginliyin ətrafında da ciddi suallar yaradır. Onun sözlərinə görə çünki Anqlo-Sakson ittifaqının dağılması yeni formalaşacaq beynəlxalq münasibətlər nizamında Böyük Britaniya və ABŞ-ın əks qütblərdə və ya rəqib düşərgələrdə təmsil olunması ilə bağlı ssenarilərdə uzun müddətdir ki, müzakirə olunur və bununla bağlıda ciddi yanaşmalar ortaya qoyulub: "Amma düşünürəm ki, Charles lll-ün ABŞ-a səfəri və səfər çərçivəsində verilən mesajlar onu deməyə əsas verir ki, yeni formalaşacaq dünya nizamında da ABŞ və Böyük Britaniya ortaq mövqeydən çıxış eliyən maraqlar nisbətində vahid bir ittifaq çərçivəsində beynəlxalq nizamda baş verən problemlərin həll olunması və təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılması ilə bağlı müəyyən yanaşmalara sahibdir. Bu təbiiki Rusiya-Ukrayna müharibəsi, eyni zamanda Orta Şərqdə baş verən qarşıdurmalar və məlum olduğu kimi İran və ABŞ arasında olan müharibə və yaranmış gərginliyin aradan qaldırılmasınada töhvə verə bilər. Düşünürəm ki, Charlesin bu istiqamətdə verdiyi mesajlar ABŞ-ın xarici siyasətində də müəyyən redaktələrədə səbəb ola bilər.

Xüsusi ilədə NATO ittifaqı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində real addımları müşahidə edə bilərik. Çünki son zamanlarda biz NATO çərçivəsində daha çox böhtana səbəb olan yanaşmaların ortaya çıxdığını, eyni zamanda ABŞ-ın digər NATO dövlətləri arasında yaranmış gərginlikləri müşahidə edirik. ABŞ-ın Rusiya-Ukrayna müharibəsi və eyni zamanda İranla olan qarşıdurma fonunda ənənəvi tərəfdaşlarına bir qədər "küskün" mövqeydən çıxış etməsi, onları pis tərəfdaş adlandırması NATO çərçivəsində parçalanma və eyni zamanda blokun gələcəyi ilə bağlı ciddi sualları daha çox ön plana çıxarırdı və Böyük Britaniyanın ortaya qoyduğu yanaşmalar, eyni zamanda ABŞ ilə Böyük Britaniya arasında ola biləcək hər hansısa bir fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməsi istiqamətində verilən mesajlar düşünürəm ki, qlobal sistemin gələcəyi ilə bağlıda qeyri-müəyyən qalan məqamlara müəyyən mənada işıq salmış olur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 517   Tarix: 30 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.