Colgate və P&G xəbərdarlıq etdi - Azərbaycanda şəxsi gigiyena və təmizlik məhsulları sürətlə bahalaşacaq - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ-İran müharibəsinin qlobal iqtisadiyyata təsirləri artıq gündəlik istehlak məhsullarının qiymətində hiss olunmağa başlayır. Colgate-Palmolive şirkətinin açıqlamasına görə, artan xammal və logistika xərcləri səbəbindən 2026-cı il ərzində əlavə 300 milyon dollarlıq maliyyə yükü yaranıb və bu, qiymət artımını qaçılmaz edir. Eyni istiqamətdə Procter & Gamble və Henkel kimi qlobal nəhənglər də enerji, neft və kimyəvi xammal bahalaşmasının istehsal xərclərini artırdığını bildirərək qiymət artımlarına hazırlaşdıqlarını açıqlayıblar.
Mütəxəssislərin qiymətləndirməsinə görə, müharibə səbəbilə neft və petro-kimya məhsullarının qiymətində kəskin artım (bəzən 50-60%-ə qədər) baş verir ki, bu da gigiyena və təmizlik vasitələrinin istehsalında əsas rol oynayan komponentlərin bahalaşmasına gətirib çıxarır. Bu səbəbdən dünya bazarında şəxsi gigiyena məhsullarında orta hesabla 3-4%-dən başlayaraq bəzi hallarda 15-18%-ə qədər qiymət artımı proqnozlaşdırılır. Bəs qlobal bahalaşma fonunda Azərbaycanda şəxsi gigiyena və təmizlik məhsullarının qiyməti neçə faiz arta bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Colgate-Palmolive, P&G və Henkel kimi şirkətlər ABŞ-İran müharibəsinə görə 300 milyon dollar əlavə xərc çəkdiyini və qiymətləri qaldıracağını deyirsə, bu Azərbaycana da birbaşa təsir edəcək. Çünki təmizlik və şəxsi gigiyena məhsullarının böyük hissəsi ölkəyə xaricdən gəlir, yerli istehsal çox azdır. Onun sözlərinə görə, bu şirkətlərin qlobal qiymət artımı adətən 3-7 faiz olur: "Amma Azərbaycanda qiymətə təkcə zavodun qaldırdığı məbləğ təsir etmir. Müharibə fonunda Fars körfəzi və Hörmüz boğazında daşınma riski artdığı üçün yük sığortası və nəqliyyat xərcləri qalxır. Neftin bahalaşması isə plastik qab, yuyucu maddələrin xammalını bahalaşdırır. Üstəlik distribyutorlar və marketlər də riskləri nəzərə alıb marjaya əlavə edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də bildirir ki, müharibə neft və daşınma xərclərini artırır, bu da demək olar bütün məhsullarda qiymət artımı yaradır. İrandan gələn malların tədarükü çətinləşəndə dolayı yolla digər ölkələrdən idxal da baha başa gəlir.
Bütün bunları toplasaq, 2026-cı ilin yay-payız aylarında Azərbaycanda şampun, diş məcunu, sabun, yuyucu toz, qabyuyan, uşaq bezi kimi idxal gigiyena məhsulları təxminən 9-18 faiz aralığında bahalaşa bilər. Diş məcunu və ağız baxımı məhsulları 12-18 faiz, pampers və yuyucu tozlar 10-15 faiz, yerli istehsal sabunlar isə 5-9 faiz arta bilər.
Qiymət artımı birdən-birə olmayacaq. Şirkətlər adətən 2-3 mərhələdə qaldırır. Əvvəlcə 5-7 faiz, sonra yenə 4-8 faiz. Marketlər də köhnə mal qurtarandan sonra rəflərə yeni qiymət qoyur.
Yəni ABŞ-İran gərginliyi davam etdikcə gigiyena səbətinin orta hesabla 12-15 faiz bahalaşması realdır. Endirimlərdə ehtiyat almaq və iri qablaşdırmaya üstünlük vermək qənaət etməyə kömək edər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 888 Tarix: 04 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Eşref" geri qayıdır - Amma təkdir
"Eşref Rüya" serialının "Eşref"i Çağatay Ulusoy yeni layihə ilə geri dönür. BİG.AZ xəbər verir ki, TİMSBİ şirkəti yeni serialın yaxın zamanda dijital platformada yayımlanacağını açıqlayıb. Şirkət layihəni "Tek isim. Tek başlangıç. Eşref Tek. Her efsanenin bir başlangıcı vardır"
02.10.2026 201 Qardaşı da nişanlandı
Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb
02.10.2026 335 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
02.10.2026 188 Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma
02.10.2026 200 YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha
02.10.2026 173 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 127 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
02.10.2026 161 "Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona
02.10.2026 167 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs
02.10.2026 296