"Bu gün Avropa Parlamentində müəyyən dairələrin erməni lobbisinin təsiri altında qərarlar verməsi artıq sirr deyil" - BƏHRUZ QULİYEV

"Bu gün Avropa Parlamentində müəyyən dairələrin erməni lobbisinin təsiri altında qərarlar verməsi artıq sirr deyil" - BƏHRUZ QULİYEV"Avropa Parlamentinin Azərbaycana münasibətdə qəbul etdiyi sənədlərin tarixinə baxanda aydın görünür ki, bu qurum uzun illərdir Cənubi Qafqaz məsələlərində balanslı yanaşmadan çox, siyasi təsirlər altında qərarlar verməyə üstünlük verir. Xüsusilə, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə eyni sərtlik və prinsipiallıq nümayiş etdirən bu institut, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra daha fəal şəkildə qərəzli qətnamələr qəbul etməyə başlayıb." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Bu gün Avropa Parlamentində müəyyən dairələrin erməni lobbisinin təsiri altında qərarlar verməsi artıq sirr deyil" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, tarixi faktlar göstərir ki, 2015-ci ildən başlayaraq müxtəlif dövrlərdə Azərbaycanda insan haqları, media, siyasi proseslər adı altında bir sıra sənədlər qəbul olunub. 2023-cü ildə Qarabağdakı antiterror tədbirlərindən sonra isə həmin ritorika daha da sərtləşdirildi, sanksiya çağırışları və Azərbaycana qarşı ittiham xarakterli müddəalar gündəmə gətirildi. Halbuki regionda separatizmin ləğvi və suverenliyin bərpası beynəlxalq hüququn tələbi idi.

"Sonuncu qəbul edilən sənəddə isə yenidən ermənipərəst yanaşma açıq şəkildə hiss olunur. 30 aprel 2026-cı ildə qəbul edilən qətnamədə Ermənistana siyasi dəstək ifadə olunmaqla yanaşı, Azərbaycana qarşı əsassız ittihamlar, saxlanılan şəxslərlə bağlı birtərəfli çağırışlar və Qarabağ ermənilərinin geri dönüşü məsələsinin yenidən gündəmə gətirilməsi yer alıb. Bu isə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir. Diqqət çəkən əsas məqam odur ki, sənəddə Ermənistanın illərlə işğal siyasəti, şəhər və kəndlərimizin dağıdılması, mina terroru, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün taleyi yaşaması barədə demək olar ki, heç nə yoxdur. Bu susqunluq özü də siyasi ikili standartların sübutudur.

Bu gün Avropa Parlamentində müəyyən dairələrin erməni lobbisinin təsiri altında qərarlar verməsi artıq sirr deyil. Onlar regionda sülhün möhkəmlənməsinə yox, gərginliyin saxlanmasına xidmət edən addımlar atırlar. Halbuki real həqiqət budur ki, Cənubi Qafqazda davamlı sülh yalnız Azərbaycanın suveren hüquqlarına hörmət və qarşılıqlı tanınma əsasında mümkündür.

Azərbaycan isə bu cür qətnamələrdən asılı dövlət deyil. Rəsmi Bakı öz milli maraqlarını müdafiə etmək gücündədir və beynəlxalq münasibətlərdə ədalətli mövqe tələb etməkdə haqlıdır. Zaman göstərir ki, qərəzli sənədlər kağız üzərində qalır, amma reallığı meydanda dövlətlərin gücü və hüquqi əsasları müəyyən edir, "- deyə B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 549   Tarix: 04 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Eşref" geri qayıdır - Amma təkdir

"Eşref Rüya" serialının "Eşref"i Çağatay Ulusoy yeni layihə ilə geri dönür. BİG.AZ xəbər verir ki, TİMSBİ şirkəti yeni serialın yaxın zamanda dijital platformada yayımlanacağını açıqlayıb. Şirkət layihəni "Tek isim. Tek başlangıç. Eşref Tek. Her efsanenin bir başlangıcı vardır"

02.10.2026 201
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

02.10.2026 335
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

02.10.2026 188
.

Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma

02.10.2026 200
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

02.10.2026 173
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

02.10.2026 161
.

"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"

"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona

02.10.2026 167
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

02.10.2026 296
.