Ukraynanın Aİ-yə üzvlük yolu: danışıqlar 2027-ci ildə başa çata bilər - POLİTOLOQDAN AÇIQLAMA
Ukraynanın Avropa İttifaqına üzvlük prosesi yeni mərhələyə qədəm qoyub. Brüssel və Kiyev arasında aparılan danışıqlara əsasən, ölkənin Avropa Birliyinə inteqrasiyası üzrə müzakirələrin 2027-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Müharibə şəraitinə baxmayaraq, Ukrayna islahatlar paketini sürətləndirməyə və Avropa standartlarına uyğunlaşma prosesini dərinləşdirməyə çalışır. Bu isə həm siyasi, həm də iqtisadi baxımdan regionda yeni geosiyasi balansın formalaşdığını göstərir.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, Ukrayna-Avropa İttifaqı münasibətləri indiki mərhələdə sürətli şəkildə hər hansısa bir formada nəticə ehtiva etməsədə gələcəyə yönəlik Ukraynanın Avropaya inteqrasiya prosesinin qarşısında ciddi maneələr hələki müşahidə olunmur. Onun sözlərinə görə, müharibənin davam etdiyi mərhələdə Ukraynaya dəstəyin davam etməməsi, eyni zamanda hər hansısa bir formada müharibə yönümlü yanaşmaların dəstəklənməməsi gələcəkdə Ukraynanın Avropa İttifaqına üzvlük məsələsinin müzakirəsində də Sloveniyanın, Macarıstanın yada digər dövlətlərin eyni mövqedən çıxış edəcəyi ehtimallarını gücləndirmir: "Düşünürəm ki, həttda ABŞ prezidenti Donald Trampın ilkin olaraq paylaşdığı 28 bəndlik sülh razılaşmasında Rusiya tərəfinin Avropa İttifaqına üzvlüklə bağlı Ukraynanın yanaşmalarına hər hansı bir maneçilik yaratmaması ilə bəndlərdə öz əksini tapmışdır. Əsas maneə həm Rusiyanın mövqeyindən, həmdə Şərqi Avropa dövlətlərinin yanaşmalarında düşünürəmki NATO-Ukrayna münasibətlərinin dondurulması və tamamilə sıradan çıxarılması ilə bağlıdır.
Amma ümumilikdə Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsi və gələcəyə yönəlik Avropaya inteqrasiya prosesi ilə bağlı mərhələnin başlanması hər hansısa bir formada istisna edilmir. Amma bu mütləq şəkildə Ukrayna Avropa İttifaqının tam hüquqlu üzvü ola bilər ehtimalınıda gücləndirmir. Çünki üzv dövlətlərin hər birinin suveren xarici siyasət yanaşmalarını nəzərə alsaq, Rusiya-Ukrayna müharibəsinin gələcəyi düşünürəm ki, Avropa İttifaqı ilə Ukrayna münasibətlərinədə mütləq şəkildə təsir eliyəcək".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 575 Tarix: 04 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Eşref" geri qayıdır - Amma təkdir
"Eşref Rüya" serialının "Eşref"i Çağatay Ulusoy yeni layihə ilə geri dönür. BİG.AZ xəbər verir ki, TİMSBİ şirkəti yeni serialın yaxın zamanda dijital platformada yayımlanacağını açıqlayıb. Şirkət layihəni "Tek isim. Tek başlangıç. Eşref Tek. Her efsanenin bir başlangıcı vardır"
02.10.2026 201 Qardaşı da nişanlandı
Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb
02.10.2026 335 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
02.10.2026 188 Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma
02.10.2026 200 YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha
02.10.2026 173 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 127 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
02.10.2026 161 "Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona
02.10.2026 167 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs
02.10.2026 296